01 dek 18:19aktual

Elxan Məmmədovdan Elhad Nəziriyə suallı cavab gəldi

Elxan Məmmədovdan Elhad Nəziriyə suallı cavab gəldi
“Belə hadisə baş vermişdisə, niyə həmin vaxt şikayət etmirdi, mətbuata açıqlama vermirdi?”
Vaxtilə Moldova və Rumıniyada legioner həyatı yaşayan, Berti Foqtsun dönəmində yığmaya cəlb olunan Elhad Nəziridən çoxdan səs-soraq yox idi. Futbolun “daşını atan” Elhad bir neçə gün öncə mətbuata verdiyi müsahibə ilə yenidən gündəmə gəldi.
Küskünlüyü, kimlərdənsə narazılığı başadüşüləndi. Onsuz da bu gün AFFA-dan razı olanların sayı narazıların sayından qat-qat azdı. Amma ortada pul söhbəti varsa, ayaq saxlamaq mümkün deyil. Həmin açıqlamanı bir daha nəzərinizə çatdırıb keçək mətləbə: “Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdi. Millidə olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra bir-iki kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm. İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki ordakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi”.
Bir çoxlarının fikrincə, kimsə Elhadın mükafatından faizini götürmək niyyəti ilə ona zəng vurub. Amma uşaq da bilir ki, bur cür söhbətlər telefonda həll olunmur. AFFA-dakılardan kiminsə faiz tutmaq niyyəti olsaydı, həmin məbləğ futbolçunun hesabına köçürülməzdi və ya əlinə verilməzdi. Sadəcə, hesablama və ya bölüşdürmə zamanı hansısa səhvə yol verilib ki, nöqsan üzə çıxandan sonra Nəziriyə zəng olunub. Yəni əsl səbəbin nə olduğunu bilmirik. Bu məqsədlə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışmaq istəsək də, o yalnız Elxan Məmmədovla danışdıqdan sonra fikir bildirəcəyini söylədi. Hazırda ölkə xaricində olan baş katiblə əlaqə yaratdıqdan az sonra bizi aradı: “Yığma üzvlərinin mükafatı baş məşqçinin təqdimatına əsasən verilir. AFFA rəhbərliyi mükafat cədvəlinə baxıb təsdiq edəndən sonra məbləğ futbolçulara çatır. Müsahibədə səsləndirilən fikirlərin heç bir əsası yoxdu. Belə hadisə baş vermişdisə, niyə həmin vaxt şikayət etmirdi, mətbuata bununla bağlı açıqlama vermirdi? Üstündən illər keçəndən sonra bu iddia ilə çıxış etmək həm gülünc, həm də sünidi. İndiyə qədər uğurlu nəticələrdən sonra onlarla futbolçu mükafatlandırılıb, lakin bir dəfə də bu cür məsələ gündəmə gətirilməyib”.
Elhadı sudan duru görmək niyyətindən uzağıq. Amma Elxan Məmmədovu da saf görmək fikrində deyilik. Çünki dediklərində təzadlı məqamlar var. Birincisi, Elhad həmin vaxt danışa bilməzdi, çünki futbol oynayırdı, karyerasını davam etdirmək istəyirdi. İndi illərdi peşəsindən uzaqlaşmasının səbəbini bu məsələdə görür deyə, fikirlərini dilə gətirib. İkincisi, bu cür problem başqa futbolçularla da bağlı yaşanıb. Konkretləşdirsək, Ruslan Qurbanovla Emil Balayevin adlarını çəkə bilərik. Adları çəkilənlərə yanlış hesablama əsasında artıq “premiya” verildiyindən sonradan pulun bir hissəsi geri istənilib. Hələ bunlar bildiklərimizdi, çox güman, xəbərsiz olduqlarımız da var. Odu ki, Elxan Məmmədovun cavabını tutarlı saymaq mümkün deyil. 15 min probleminin kimin səhvinin nəticəsi olduğunu və nəyə görə hələ də Elhaddan geri alınmamasının səbəbini açıqlamaq lazımdı. Bunu isə telefon danışığı ilə etmək mümkün deyil. Üzbəüz görüşəndə yadına salarıq, çox hörmətli baş katib də cavablayar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar