29 noy 23:51aktual

Azərbaycan postsovet məkanında dördüncüdü

Azərbaycan postsovet məkanında dördüncüdü
Erkin İbrahimov: “Son illər UEFA “maliyyə feyr-pleyi”nə xüsusi diqqət ayırır”
“Sporting İntelligence” şirkətinin apardığı araşdırmalara görə Azərbaycan premyer-liqasında çıxış edən klublar 2018-ci ildə futbolçulara orta hesabla 52 min 638 avro ödəyiblər. Ölkəmiz bu göstərici ilə şirkətin açıqladığı siyahıda 40-cı pillədə qərarlaşıb və Cənubi Afrika (54 min 137 avro) ilə Bolqarıstanın (46 min 58 avro) arasında yer alıb.
Ümumiyyətlə, dünyanın 68 ölkə çempionatının qeyd olunduğu siyahıya İngiltərə premyer-liqası başçılıq edir. Burda orta illik əməkhaqqı 3,47 milyon avro təşkil edir. İspaniya la liqası 2,55 milyon avro ilə ikinci, İtaliya A seriyası isə 1,76 milyon avro ilə üçüncü sıradadı. Sonrakı pillələrdə uyğun ardıcıllıqla Almaniya bundesliqası (1,61 milyon avro), Fransa Liqa 1-i (1,15 milyon avro), Çin superliqası (926 min avro), Rusiya premyer-liqası (774 min avro) və Türkiyə superliqası (763 min avro) yer alıb.
Azərbaycan postsovet məkanında 4-cü sıradadı. Bizdə top qovan futbolçular aldıqları əməkhaqqıya görə Rusiya, Ukrayna (191 min 238 avro) və Qazaxıstandan (146 min 520 avro) geri qalır. Bu iki ölkə müvafiq olaraq 22 və 25-ci pillələrdədi. Belarus 31 min 589 avro ilə 44-cü, Gürcüstan 13 min 403 avro ilə 50-ci, Ermənistan isə 2 min 619 avro ilə 67-ci yerdə qərarlaşıb. Sonuncu pillədə 2 min 528 avro göstərici ilə San Mariondu.
“Sporting İntelligence” şirkətinin araşdırmaları sayəsində üzə çıxan rəqəmlərlə bağlı Erkin İbrahimovun fikilərini öyrənməyi lazım bildik. Hər halda, bu cür məsələlərdə agentlər daha çox məlumata sahib olurlar, müxtəlif ölkələrin klubları və futbolçuları ilə əməkdaşlıq etdiklərindən “futbol bazarı”nda hansı pulların dövr etdiyini bilirlər. Erkin bəyin məsələyə reaksiyası belə oldu: “Qeyd etdiyiniz siyahı ilə tanışam və mənə elə gəlir, orda real durum göstərilib. Özünüz də bilirsiz ki, son illər UEFA “maliyyə feyr-pleyi”nə xüsusi diqqət ayırır, klubları şəffaf işləməyə məcbur edir. Lisenziyalaşmanın əsas tələblərindən biri də maliyyə ilə bağlıdı. Hər bir klub lisenziya almaq üçün sənədləri yerli federasiyalara, onlar isə daha üst instansiya sayılan UEFA-ya təqdim edirlər. Və belədə bu yöndə araşdırma aparan şirkətlərin əlində yetərincə dəqiq məlumatlar olur. Azərbaycanın Rusiya, Ukrayna və Qazaxıstandan sonra postsovet məkanında 4-cü olması, demək olar ki, hamıya bəllidi. Ola bilsin, hesabatda belarusların bizdən geri qalması kimlərdəsə təqdim olunan sənədlərə şübhə oyada bilər. Ancaq mən Belarus çempionatında çıxış edən klubları yaxından tanıdığımdan bilirəm ki, BATE, Minsk “Dinamo”su və Brest “Dinamo”sunu çıxmaq şərti ilə digər klublarda futbolçular bizim klubların oyunçulara verdiyi əməkhaqqıdan daha az məvacib alırlar. Adını qeyd etdiyim klublarda isə vəziyyət təxminən bizim elita təmsilçiləri ilə eyni səviyyədədi. Premyer-liqada ən aşağı büdcə “Sumqayıt”dadı. Buna baxmayaraq, hazırda onların heyətində çıxış edən Əfran İsmayılov, Elvin Məmmədov kimi futbolçular heç də qəpik-quruşa oynamırlar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Bu gün, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Bu gün, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Bu gün, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Bu gün, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Bu gün, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Bu gün, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Bu gün, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Bu gün, 13:29 Aydan ulduZa Türkiyə futbolu Bu gün, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar