29 noy 23:25aktual

“Sportinq” Bakıya ciddi itkilərlə gəlib

“Sportinq” Bakıya ciddi itkilərlə gəlib
Bu gün bütün diqqətlər Bakı Olimpiya Stadionuna dikiləcək. “Qarabağ” Avroliqanın sonuncudan əvvəlki turu çərçivəsində “Sportinq”lə qarşılaşacaq. Lissabon təmsilçisi 2-ci pillədədisə, “köhlən atlar” “Vorskla” ilə eyni xal toplamasına baxmayaraq, sonuncudu. Qeyd edək ki, portəgizlərlə Qurban Qurbanovun yetirmələri qrupun ilk turunda üz-üzə gəlmişdi. Lissabondakı qarşılaşmanın ilk hissəsində tərəflər arasında ciddi uçurum nəzərə çarpmamışdı. Əksinə, “Qarabağ” yetərincə inamlı oyun sərgiləmişdi. Lakin ikinci hissədə “Sportinq”li futbolçular ustalıq səviyyəsini ortaya qoyaraq, iki qol vurmağı bacardı. Belə ki, 54-cü dəqiqədə Rafinya, 88-ci dəqiqədə isə Covani Kabralın qolları “yaşıl-ağlar”a qələbə qazandırdı. Halbuki “Qarabağ” bir neçə qol vəziyyətdindən yararlana bilmədi. Hazırda bu komandalar arasında 4 xal fərqi olsa da, vəziyyət bir qədər dəyişib.
“Qarabağ”da bir itki var...
Premyer-liqanın son turunda “Qarabağ”ın əsas hücumçusunun xidmətindən məhrum olduğu açıqlandı. İnnosent Emeqara “Sabah”la oyundan öncə məşq zamanı zədələnib və uzun müddətə sıradan çıxıb. Təbii, istənilən itki baş məşqçinin planlarını pozur. Ancaq Emeqaranın yoxluğunu unutdurmaq üçün Qurban Qurbanovun bir neçə variantı var. Əvvəla onu qeyd edək ki, Dani Kintana artıq sıraya dönüb. Onun cinahda şans qazanması fonunda Mahir Mədətov, yaxud da Araz Abdullayev hücumun sivri ucunda çıxış edə bilər. Göründüyü kimi, çalışdırıcının əsas qol ümidi kimi güvənmək imkanının olduğu iki futbolçu var. İkincisi, Emeqara onsuz da ondan gözlənilən performasnı sərgiləyə bilmirdi. Bu baxımdan onun olmaması komandaya ciddi problem yaratmayacaq.
...“Sportinq”də onların sayı yetərincədi
Portuqaliya təmsilçisi isə Bakıya ciddi itkilərlə gəlib. “Yaşıl-ağlar”ın baş məşqçisi Marsel Keyzer “Qarabağ”la görüşdə bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcək. Bu haqda Portuqaliya mətbuatı yazıb. Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün “köhlən atlar”la matçı buraxacaqsa, Fredi Montero və Rafinya tam hazır deyil. Bundan başqa, “Sportinq”in 4-cü turda, "Arsenal"la qolsuz heç-heçə etdiyi qarşılaşmada Markos Akunya və Jeremi Matye cəzalı duruma düşüb. Bir sözlə, portəgizlərin Bakıya təşrif buyuran 19 nəfərlik heyətini diqqətinizə çatdırırıq: qapıçılar - Romalin Salin, Renan Ribeyro, Dioqo Souza; müdafiəçilər - Sebastyan Koates, Cefferson Moreyra, Andre Pinto, Tyaqo Dyalo, Bruno Qaspar, Tyerri Korreyra; yarımmüdafiəçilər - Bruno Fernandes, Vendel, Radoslav Petroviç, Nemanya Qudeli, Migel Luis; hücumçular - Nani, Karlos Mane, Abdulay Diabi, Bas Dost, Covani Kabral.
Gəlməyənlər hamısı oynamışdı
Yeri gəlmişkən, “Sportinq”in “Qarabağ”la evdəki oyununa nəzər yetirdik. Məqsədimiz Bakıya gətirilməyən futbolçuların həmin qarşılaşmada iştirak edib-etmədiyini üzə çıxarmaq idi. Maraqlıdı ki, həmin 6 futbolçunun hamısı ilk turun görüşündə meydanda olub. Markus Akunya, Jeremi Matye, Stefan Ristovski, Rodriqo Battalya və Rafinya matçı əvəzlənmədən keçirib. Sonuncunun hesabı açdığını yuxarıda vurğuladıq. Fredi Montero isə 90+1-ci dəqiqədə əvəzlənib. Başqa sözlə, sentyabrın 20-dəki görüşdə “Sportinq”in start heyətində yer alan 6 futbolçu BOS-dakı matçda iştirak etməyəcək. Olduqca ciddi itkilərin olduğu faktdı və bu, “köhlən atlar”ın işinə yaraya bilər.
Səfəröncəsi darmadağın
“Sportinq” noyabrın 24-də ölkə kubokunda növbəti oyununa çıxıb. “Yaşıl-ağlar” 3-cü liqa təmsilçisi “Lusitano”nun qonağı olub. Lissabon təmsilçisi böyükhesablı qələbə (4:1) qazanıb. Qonaqlar 42-ci dəqiqədə Bas Dostla hesabı açıb, ancaq meydan sahibləri cəmi 2 dəqiqə sonra “status-kvo”nu bərpa edib. Lakin “Sportinq” sensasiyaya imkan verməyib. 62-ci dəqiqədə Bruno Fernandes yenidən komandasını hesabda önə çıxarıb. 71-ci dəqiqədə Dost dublunu rəmsiləşdiribsə, cəmi 1 dəqiqə sonra Abdulay Diabi aşağı liqa təmsilçisinin qapısına yol tapıb. Həmin görüşdə paytaxt klubunun baş məşqçisi Marsel Keyzer bu heyətə güvənib: Renan Ribeyro, Jeremi Matye, Cefferson Moreyra, Sebastyan Koates, Bruno Qaspar, Nemanya Qudeli (Radoslav Petroviç, 85), Bruno Fernandes, Vendel (Bruno Sezar, 79), Nani, Bas Dost (Covani Kabral, 75), Abdulay Diabi.
Gəlin...
BOS-dakı qarşılaşma “Qarabağ”ın qrup mərhələsində son ev oyunudu. Təəssüf ki, bilet satışındakı mənzərə heç də ürəkaçan deyil. Ümumiyyətlə, bu il “Arsenal”la oyun istisna olmaqla, həm yığmanın, həm də “köhlən atlar”ın ev oyunlarında azarkeş biganəliyinin şahidi olduq. Nəzərə alaq ki, “Sportinq”lə qarşılaşma marta qədər ölkəmizdəki sonuncu beynəlxalq oyundu. Heç olmasa, bunu nəzərə alıb, stadiona üz tutmaq olar. Həmçinin “köhlən atlar”ın cüzi şansı var. Həmin qığılcımın alova çevrilməsinə dəstək vermək lazımdı. “Qarabağ” bunu bacarmasa, AL-in finalına qədər azərbaycanlı futbolsevərlər hansısa avrokubok matçını stadiondan izləyə bilməyəcək. Deməli, bugünkü görüş bu baxımdan da bir fürsətdi. Özü də “Sportinq” sıradan rəqib yox, Avropanın köklü klublarından biridi. Təmsilçilərimiz hər an belə komandalarla qarşılaşmır. Klub metro, nəqliyyat kimi məsələlərdə də köməyini əsirgəmir. Odu ki, təmsilçimizi belə anda tək buraxmamaq lazımdı. Ən azı kapitan Rəşad Sadıqovu yubileyində tək qoymamaq üçün. Ən azı növbəti avrokubok mövsümündə yenidən qrup mərhələsini tələb edərkən, bu oyunlardakı azarkeş sayına baxıb utanmamaq üçün... Gəlin...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar