11 dek 13:31aktual, manset

Qurbanov, Qriqorçuk, yoxsa Prosineçki?

İl sona yaxınlaşdıqca müxtəlif nominasiyalar üzrə seçimlər gündəmə gəlir, "ən yaxşı” adı uğrunda mübarizə qızışır. Artıq bir neçə gündü futbol ictimaiyyəti 2016-nın məşqçisi adına kimin layiq olduğunu müzakirə edir. Təbii, ən yaxşı məşqçini müəyyənləşdirmək yönündə yola çıxarkən, seçimin üç mütəxəssis arasında aparılacağı məlumdu. Bunlar komandaları Avroliqanın qrupunda çıxış edən Qurban Qurbanov və Roman Qriqorçuk və DÇ-2018-in seçmə mərhələsinin startında "boyundan yuxarı tullanan” yığmanın baş məşqçisi Robert Prosineçkidi. Hər üç mütəxəssisin 2016-da bizləri sevindirəcək nəticələri oldu. Ancaq məyus etdikləri məqamlar da var idi. Odu ki, adıçəkilənlərin il ərzindəki göstəricilərinə nəzər salmaq yerinə düşər. Vəziyyət elədi ki, hər üç məşqçini birinci edə biləcək dəlillər var. Özü də artıq ilin sonuna kimi bizi heç bir beynəlxalq oyun gözləmir. Bu üzdən həmin məqam üzərində düşünməyin əsl vaxtıdı. Bütün amilləri qabartmaqla seçim haqda düşünənlərə yardımçı olacağıq.

 

Qurban Qurbanov

Təbii, "Qarabağ” Avroliqanın 1/16 final mərhələsinə vəsiqə qazansaydı, "ən yaxşı məşqçi kimdi” sualı artıq əhəmiyyətini itirəcəkdi. Yaxud da "köhlən atlar” Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla ölkə futbolu tarixində ilkə imza atsaydı, çox güman, Qurbanovun rəqibi olmayacaqdı. Bütün bunlar haqda bir qədər sonra. Öncə onu qeyd edək ki, Qurbanovun çalışdırdığı komanda 2016-da "qızıl dubl”la yadda qaldı. "Qarabağ” ardıcıl ikinci mövsüm həm ölkə çempionatının, həm də kubokun qalibi oldu. Bu həm də premyer-liqadakı ardıcıl 3-cü qızıl medallar idi. Bu il "Qarabağ” çempionatda 31 oyun keçirib, bunlardan 25-də qalib gəlib, 4-də məğlub olub, 2 görüşdə heç-heçə edib. Kubokda isə 6 oyuna 6 qalibiyyət var. Avrokuboklara gəlincə, ÇL-dəki 4 matçın nəticəsi belədi: 1 qələbə, 3 heç-heçə. AL-də isə 8 oyuna 3 qələbə qazanan ağdamlılar 4 dəfə məğlub olub, yalnız 1 heç-heçə edib. Təbii, Qurbanovun ilin ilk yarısını iki titulla başa vurması xüsusi qeyd edilməlidi. Hazırda da onun komandası premyer-liqanın lideridi, kubokda 1/4 finaldadı. Bundan başqa, ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla sabitlik nümayiş etdirən "köhlən atlar” burda da bir sıra ilklərə imza atdı. Belə ki, ölkənin futbol tarixində ilk dəfə qrupda təmsilçimiz 2 qələbə qazandı, 7 xalı hesabına yazdı, bir rəqibi həm evdə, həm də səfərdə yendi, hamıdan çox qol vurdu. Bütün bunlar yeni rekordlar demək idi. Hətta Qurbanovun rəhbərlik etdiyi komanda 1/16 finala adlamağa da çox yaxın idi. Təbii, bu sadalananlar müsbət məqamlar idi. Ancaq razılaşaq ki, "Qarabağ”ın qarşısına qoyulan builki hədəf ÇL-in qrup mərhələsi idi. "Viktoriya” səddinin aşılmaması uğursuzluq kimi qeyd edilməlidi. Xüsusən ilk görüşdə rəqibin azlıqda qalmasına baxmayaraq, "köhlən atlar”ın fərqlənə bilməməsi, evdəki oyunda isə son dəqiqələrdə qapısında qol görməsi haqlı tənqidlərə yol açdı. Təbii, uğursuzluq varsa, əsas hədəf baş məşqçi olur. Belə deyək, ÇL-dəki uğursuzluğu AL-in qrupu ilə müəyyən mənada unutdurmaq lazım idi ki, Qurbanovun komandası bunu bacardı. Lakin azarkeşlərin, futbol ictimaiyyətinin ardıcıl 3-cü mövsüm AL-in qrupunda çıxış edən komandadan, onun baş məşqçisindən 1/16 final həyəcanı gözləməsi tam təbiidi. Özü də püşk ağdamlıları münasib rəqiblərlə üz-üzə qoymuşdu. Ancaq bu da reallaşmadı. Sanki çalışdırıcı son addımı atmağı, məlum səddi aşmağı heç cür bacarmır. Elə məhz bu üzdən Qurbanovun ən yaxşı məşqçi adı uğrunda mübarizədə iki rəqibi var.

 

Roman Qriqorçuk

Sözsüz, ukraynalı "Qəbələ” tarixinin ən uğurlu baş məşqçisidi. Ardıcıl iki mövsüm komandasına "bürünc” qazandıran, Avroliqanın qrupuna düşən mütəxəssisi "uğursuz” adlandırmaq absurddu. Onun rəhbərliyi altında "Qəbələ” 2016-da premyer-liqada keçirdiyi 31 oyundan 17-də qələbə qazanıb, 8 heç-heçə edib, 6 dəfə məğlub olub. Kubokda isə 6 oyundan 3-nü udub, 2 heç-heçə edib və 1 dəfə yenilgi ilə üzləşib. Avroliqadakı 14 oyundakı nəticəsi belədi: 5 qələbə, 1 heç-heçə, 8 məğlubiyyət. Statistik göstəricilər bu qədər. Qriqorçukun ötən mövsümü bürünc medalla başa vurduğunu artıq qeyd etdik. Hazırkı çempionatda isə komandası 2-ci pillədədi, 13-cü tura kimi məğlubiyyətsiz irəliləyirdi. Kubokun 1/8 finalını uğurla dəf edib. "Qırmızı-qaralar” onun rəhbərliyi altında öz rekordunu yenilədi. Belə ki, 2015-ci ildə olduğu kimi, yenə də AL-in 1-ci təsinfat mərhələsindən mübarizəyə start verib, birnəfəsə bütün turları adlayaraq, qrupa vəsiqə qazandı. Özü də "Qəbələ” ardıcıl iki mövsüm bunu bacarmaqla Avropada ilkə imza atmış oldu. Daha bir uğur isə AL-in 3-cü təsnifat mərhələsində Fransa "Lill”inin mübarizədən kənarlaşdırılması idi. Elə bu uğur nəyə desən, dəyər. Çünki ilk dəfə "böyük beşlik” ölkələrindən birinin təmsilçisini məğlub edir, hansısa mərhələdə sindroma son qoyurduq. Həmçinin ikinci mövsüm AL-in qrupuna vəsiqə sabit çıxışdan xəbər verirdi ki, bu da çalışdırıcının işinin önəmli tərəfidi. Lakin qrupdakı oyunlar Qriqorçuka başucalığı gətirmədi. Düzdü, burdakı rəqiblərdən ikisi "böyük beşlik”dən idisə, "Anderlext” də onlardan geri qalmırdı. Elə növbəti mərhələyə 2 vəsiqədən birinin sahibinin Belçika təmsilçisi olması belə deməyə əsas verir. Ancaq komandanın qrupu xalsız başa vurması ölkənin futbol tarixinə antirekord kimi düşdü. Özü də AL-in qruplarında mübarizə aparan 48 komanda arasında da yalnız "qırmızı-qaralar” bir xal belə toplaya bilmədi. Bəlkə də rəqiblərin gücünü nəzərə alıb, buna da haqq qazandırmaq olardı. Ancaq Qriqorçukun əksər oyunlarda avantürist addımları, hesabda öndə olduğu matçları əldən verməsi məsələni qəlizləşdirir. Halbuki "Qəbələ” belə çətin qrupda bacardığı qədər xal toplasaydı, antirekorda imza atmasaydı, Qriqorçuk "ən yaxşı” adı uğrunda mübarizədə rəqiblərindən öndə ola bilərdi.

 

Robert Prosineçki

Təbii, uzun müddətdən sonra ən yaxşı məşqçi seçimində yığmanın çalışdırıcısının da adının hallanması xoş mənzərədi. Əvvəlki illərdə millinin uğursuz nəticələri klub çalışdırıcılarını xeyli önə çıxarırdı. Düzdü, hələ DÇ-nin seçmə mərhələsi davam edir və tsikli hansı pillədə, necə başa vuracağımızı bilmirik. Lakin startı uğurlu saymaq olar. Əslində həm Qurbanov, həm də Qriqorçukla bağlı qeyd etdiyimiz bir məqam xorvat çalışdırıcı üçün də keçərlidi: Şimali İrlandiya ilə səfərdə ən azı heç-heçə qeydə alınsaydı, Prosineçkinin ilin ən yaxşısı adına yiyələnməsinə şübhə etməzdik. Çünki komanda britaniyalılarla görüşə kimi bir sıra ilklərə imza atmışdı. Qazanılan 7 xal, ilk 3 matçda məğlubiyyətsiz və "quru” seriya, startdakı ardıcıl iki qələbə - bunlar hamısı yığma adına tarixi rekord idi. Bütün bu göstəricilərlə qrupda ikinci pillədə qərarlaşan millinin nəticələri hətta qitədə belə təəccüblə qarşılanırdı. Lakin Belfastdakı böyükhesablı məğlubiyyət "ən yaxşı” adı uğrunda mübarizədə Prosineçkinin əleyhinə işlədi. Qrupdakı 2-ci yer əldən verildi, məğlubiyyətsiz və "quru” seriya qırıldı. Həmçinin Belfastdakı yenilgi mundialın final mərhələsi ilə bağlı ümidlərə də ciddi zərbə vurdu. Yeri gəlmişkən, yoxlama oyunlarını da xatırladaq. Düzdü, rəsmi matçlar əsas götürülür. Lakin yığmanın il ərzində klublarla müqayisədə daha az oyun keçirdiyini nəzərə alıb, yoldaşlıq görüşlərini də unutmamalıyıq. Yığma 2016-da çıxdığı 4 sınaq görüşündən 2-də heç-heçə edib, 2-də uduzub.

 

Son söz əvəzi

Yuxarıda qeyd etdiyimiz kimi, ən yaxşını müəyyənləşdirmək üçün hər kəsin fikri önəmlidi. Maraqlıdı ki, AFFA-nın baş katibi Elxan Məmmədov seçimlə bağlı suala "Prosineçki hələ yol gedir, bitirməyib. Qurban müəllim isə qrup mərhələsindəki çıxışı ilə böyük uğur qazanıb. Hesab edirəm ki, Qurban Qurbanov ilin ən yaxşı məşqçisi titulunu qazanmağa layiqdi” deməklə cavab verib. Biz isə hər məşqçinin lehinə və əleyhinə olan məqamları qeyd etdik. Seçim qarşısında qalanların saf-çürük etməsi üçün…

FARİZ

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar