Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi

AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir?
29 noy 00:02aktual
Zelinkanın briqadasında yer alan hakim “Qarabağ”ın oyununda

Çex referi karyerasında ikinci dəfə qrup matçını idarə edəcək
Cümə axşamı keçiriləcək “Qarabağ” – “Sportinq” oyununu idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. UEFA oyunu Çexiyadan olan ədalət təmsilçilərinə tapşırıb. Belə ki, Petr Ardeleanu meydanda əsas söz sahibi olacaq. Yan xətdə ona Petr Blajeylə Tomaş Mokruş, qapıların arxasında isə Zbinek Proske ilə Emanuel Marek yardım edəcək. Dördüncü hakim funksiyasını Yan Patrak yerinə yetirəcək.
38 yaşlı Ardeleanu 2013-cü ildən beynəlxalq oyunlara dəvət alır ki, bu müddətdə 40 belə qarşılaşmaya baş hakim kimi təyinat alıb. Uzun illər Gənclər Liqası, U-17, U-19 və U-21-lərin, eləcə də Avroliqa və Çempionlar Liqasının təsnifat mərhələsinin matçlarını idarə etsə də, yalnız cari mövsümdən etibarən Avroliqanın qrup oyununa təyinat alıb. “Olimpiakos”la “Düdelanj-91” arasında noyabrın 8-də baş tutan görüşdə çexiyalı baş hakim funksiyasını yerinə yetirib. Yəni Bakıdakı qarşılaşma onun üçün ikinci qrup oyunu kimi yadda qalacaq.
40 beynəlxalq matç arasında bizimkilərin də adlarına rast gəlmək mümkündü. Belə ki, ilk dəfə 2013-ün payızında U-21-lərin qrup mərhələsi çərçivəsində baş tutan Makedoniya - Azərbaycan oyununda fit çalıb və meydan sahibləri 1:0 hesablı qələbəyə sevinib. 5 dəfə əlini cibinə atan referi 3 “sarı”nı bizimkilərə, ikisini rəqibə göstərib. Vərəqələrdən biri hazırda "Qarabağ"da çıxış edən Araz Abdullayevə göstərilib. Qara Qarayev də həmin matçda əsas heyətdə meydana çıxıb. 2016-nın mayında isə U-17-lər arasında Bakıda keçirilən AÇ-nin final mərhələsində baş tutan Azərbaycan - Belçika qrup görüşünü idarə edib. Bu oyunda isə qalib müəyyənləşməyib – 1:1.
Ardeleanu iki dəfə Ağdam klubunun oyununa təyinat alsa da, köməkçi hakim funksiyasını yerinə yetirib. 2013-də “Qarabağ”ın Avropa Liqasının ilk təsnifat mərhələsində Makedoniya “Metallurq”uyla cavab matçında 4-cü hakim olub. Həmin oyunda təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib. Bundan 1 il sonra Qurban Qurbanovun komandasının qrup mərhələsinin son turunda İtaliya “İnter”ylə görüşündə isə əlavə-köməkçi hakim olub. Həmin qarşılaşmada “Qarabağ” son dəqiqələrdə fərqlənsə də, baş hakim Miroslav Zelinka təmiz qolu qeydə almayıb. Ardeleanu qol vurulan qapının arxasında mövqe tutub.
Referini qonaqlar üçün uğursuz hakim kimi təqdim edə bilərik. Beynəlxalq oyunlarda qapılara 5 penalti təyin edib ki, bunların 4-də qonaq komandanı cəzalandırıb. Eyni göstəriciyə qırmızı vərəqələr zamanı da rast gələ bilərik. Yenə 5 “qırmızı” və bunlardan 4-ü qonaq futbolçulara göstərilib. Sarı vərəqələrdə də meydan sahiblərinin üzü gülüb – 62-79. Ümid edək ki, bu dəfə “Sportinq” üçün “qəbirqazan” rolunu oynayacaq.
HƏBİB
Şərh yaz