20 noy 00:13aktual

Missiyasını unudan azarkeşlər...

Missiyasını unudan azarkeşlər...
“Matç TV” BOS-dan və “Azərsun Arena”dan reportaj hazırladı
Yığmanın Farer adaları ilə matçı “taleyüklü qarşılaşmalar” sırasına aid olunsa da, nədənsə azərbaycanlı futbolsevərlər şənbə günü baş tutan görüşə biganə qalmışdı. Çox vaxt futbolçuları qınayan, Qurban Qurbanovun rəhbərlik etdiyi millidən nəticə tələb edən azarkeşlər nədənsə öz üzərlərinə düşən missiyanı - stadiona gəlib, belə həssas məqamda ölkənin əsas komandasına dəstək verməyi unutdu. Kosovo ilə görüş ərəfəsində yığmaya laqeyd münasibətlə yadda qaldı. Bu yerdə millinin sabiq çalışdırıcısı, “Azərbaycanda güləş və şahmat bir nömrəli idman növüdü” fikirlərinin müəllifi Berti Foqts yada düşür. Bir neçə il öncə səsləndirilən fikrə görə bir çox azərbaycanlı alman mütəxəssisi az qala çarmıxa çəkməyə hazır idi. Ancaq Millətlər Liqasının qarşılaşmaları göstərir ki, Foqts bəzilərinin xoşuna gəlməsə də, reallığa uyğun fikir səsləndirib. Əks halda adalılarla görüşdə yığmaya dəstək verənlərin sayı rəsmi protokolda yazılandan dəfələrlə çox olardı.
* Şənbə günü oyunun start fitinə dəqiqələr qalmış Bakı Olimpiya Stadionunun ərazisində sakitlik hökm sürürdü. Bu üzdən turniketlərin yanında növbə çəkən asayiş keşikçilərinin və nəzarətçilərin işi asan idi. Onlar heç hara tələsmədən stadiona gələn tamaşaçıları bir-bir yoxlayır, sonra içəri keçməsinə imkan yaradırdı. Çox maraqlıdı ki, asayiş keşikçiləri heç də hamıya eyni gözlə baxmırdı. Bəzilərinə tribunaya “çipsi”, müxtəlif qida məhsulları keçirməyə icazə verildiyi halda, müəyyən qism bu imkandan məhrum oldular. Belə ikili standartın nədən qaynaqlandığı isə bizlərə qeyri-müəyyən qaldı. Stadiona keçirmək istədiklərinin müsadirə olunmasına etiraz edənlər bu cavabı eşidirdi: “yuxarıdan bizə belə göstəriş verilib”.
* Qarşılaşmanı izləyənlər arasında bir çox tanınmışlar olsa da, stadiondakı geniş tabloda Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevə xüsusi diqqət ayrıldı.
* İlk yarının gedişində qonaqların kapitanı Atli Qreqersen zədələndiyinə görə təxminən 5 dəqiqə həkim köməyinə ehtiyac duydu. Tibbi personal onu özünə gətirdikdən sonra forması qanlı olduğuna görə futbolçu geyimini dəyişmək məcburiyyətində qaldı. Ancaq o formanı dəyişmək üçün paltardəyişmə otağına yollanmağı lazım bilmədi. Elə meydanın kənarındaca həm yeni formanı əyninə keçirdi, həm də şortunu dəyişdi.
* Qarşılaşmadan öncə Rusiyanın məşhur “Matç TV” telekanalının əməkdaşları Bakı Olimpiya Stadionundan çəkiliş aparmaqla yadda qaldılar. Rusiyalı həmkarlarımız 2019-cu ildə Avropa Liqasının final oyununa, həmçinin AÇ-2020-nin bəzi qarşılaşmalarına evsahibliyi edəcək arenanı izləyicilərinə tanıtdırmaq niyyəti ilə Bakıya gəldiklərini bildirdilər. Onlarla söhbət əsnasında məlum oldu ki, “Matç TV”nin müxbirləri BOS-dan öncə “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azərsun Arena”ya baş çəkərək, son illər Azərbaycanın dəyişməz çempionunun bazasını da lentə alıblar. Bazada olduqları zaman Filip Ozobiç və “köhlən atlar”ın əsas ulduzu hesab olunan Hannes Halldorssondan müsahibə götürüblər.
* Matçı izləyən azsaylı azarkeşlər arasında “Qarabağ ordu” xüsusi fəallığı ilə seçilirdi. Fanklub üzvləri 90 dəqiqə boyunca dayanmadan milli üzvlərini irəli səsləyib, dəstək verməklə yadda qaldılar.
* Yığmanın son iki qarşılaşmasına dəvət alanlardan biri də “Sumqayıt”ın müdafiəçisi Şəhriyar Əliyev idi. Müdafiəçi Farer adaları ilə görüşdə meydana çıxmasa da, onu sevənlər tribunada şərəfinə plakat açmaqla yadda qaldılar.
* Qarşılaşmaya şəxsi avtomobili ilə gələnlər və P1, yəni stadionun ərazisindəki avtodayanacaqdan istifadə etmək icazəsi olanlar əraziyə keçid zamanı xüsusi təyinatlılar tərəfindən ciddi yoxlamaya məruz qaldılar. Öncə təlim görmüş itlər avtomobilə yaxınlaşırdı. Daha sonra xüsusi təyinatlılar maşının baqaj və salonunu gözdən keçirirdilər. Avtomobilin salonundakı çantalar da yoxlanılırdı. Son mərhələdə isə avtomobillə gələn şəxslər yoxlamaya məruz qalırdılar. Bütün bu proses başa çatandan sonra maşın sahibinə ərazidə park etmək icazəsi verilirdi.
* Farer adaları ilə görüşdə daha bir yenilik “mix-zona” ilə bağlı idi. Əvvəlki qarşılaşmalarla müqayisədə jurnalistlərin futbolçularla danışması üçün məkanın yeri dəyişdirilmiş, daha geniş ərazi ayrılmışdı. Əldə etdiyimiz məlumata görə, bütün bunlar Avroliqanın 2019-ci ildə BOS-da keçiriləcək finalına hazırlıq məqsədi ilə həyata keçirilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar