16 noy 15:42aktual

Ölkə kubokunda yenilik olacaq

Ölkə kubokunda yenilik olacaq
PFL final üçün Gəncəni və “Tofiq Bəhramov”u nəzərdə tutub
Dünən AFFA-nın inzibati binasında ölkə kubokunun 2018/19 mövsümünün püşkatma mərasimi keçirildi. Tədbirdə yarışa qatılacaq 12 komandanın nümayəndələri ilə yanaşı, media təmsilçiləri də iştitak edirdi. Onu da qeyd edək ki, cari mövsümdə titul uğrunda elitanın 8, biurinci divisionun 4 klubu mübarizə aparacaq. Şaiq Həsənov (Qarabağ), Səbuhi Səfiyarlı (Qəbələ), Qədir Həsənov (Neftçi), Cahangir Məmmədov (Zirə), Zamiq Hüseynov (Sumqayıt), Eldəniz Yusifov (Keşlə), Fərəc Əliyev (Səbail) və Yusif Abdullayev (Sabah) premyer-liqa klublarını təmsil edirdisə, Elnur Camalxanov (Kəpəz), Elçin Dərgahquliyev (Qaradağ Lökbatan), Səid Babayev (Şüvəlan) və Aqil Sarıyev aşağı dəstə klublarının nümayəndələri kimi püşkatmada iştirak edirdi.
Saat 13.00-da başlayan tədbiri giriş sözü ilə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev açdı. Aslan bəy mərasımdə iştirak edən klub nümayəndələrini təqdim etdikdən sonra püşkatmanın şərtlərini izah etdi. Komandalar ötən mövsümdəki reytinqə əsasən 3 səbətə bölünmüşdü. 3-cü səbətdə aşağı dəstə klubları yer almışdı. Şahgəldiyev qısa izahatdan sonra sözü PFL-in prezidenti Ramin Musayevə verdi. Musayev də öz növbəsində hamını, xüsusilə də media namüyəndələrini salamlayıb qısa çıxış etdi: “Hər birinizi salamlayıram. Ölkə kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzulayıram. Güclü olan qalib gəlsin. Kubokun sahibi olacaq yeni komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azı “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin uğurlarını təkrarlasın. Kubokun yeni mövsümü ilə bağlı yenilik ondan ibarətdi ki, 4-cü əvəzetməyə icazə veriləcək. Belə ki, məşqçilər oyun əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən yararlana biləcəklər. Düzdü, kubokda komandaların sayı azdı. Amma bu nə AFFA-nın, nə də PFL-in günahıdı. Ümumi vəziyyət belədi. Onu qeyd etmək istəyirəm ki, bizim çempionat maraqlı mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biriylə tez-tez görüşür. Ancaq matçlar gərgin mübarizə şəraitində keçir. Ümid edirəm ki, kubok qarşılaşmalarında da eyni mənzərəyə şahidlik edəcəyik. Yeri gəlmişkən, bilirəm ki, ilk sual ölkə kubokunun sponsoru ilə bağlı olacaq. Sponsor yoxdu, ölkə kuboku uğrunda yarışı öz gücümüzə keçiririk”.
Musayevin qısa nitqindən sonra püşkatmaya start verildi. Yuxarıda qeyd etdiymiz kimi, 12 komandanın iştirakı ilə keçiriləcək kubok mövsümündə mübarizə 1/8 final mərhələsindən başlayacaq. 1/4 finaldan isə ev-səfər prinsipi tətbiq olunacaq. Püşkatmanın nəticələri belə oldu:
1/8 final
6 dekabr
1. Ağsu - Sabah
2. Şüvəlan - Keşlə
3. Qaradağ Lökbatan - Sumqayıt
4. Kəpəz - Səbail
1/4 final
15-16/19-20 dekabr
5. Qəbələ - 1-ci cütün qalibi
6. Qarabağ - 2-ci cütün qalibi
7. Neftçi - 3-cü cütün qalibi
8. Zirə - 4-cü cütün qalibi
yarımfinal
23 aprel/1 may
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-cı cütün qalibi
final
19 may
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
Cütlər məlum olandan sonra PFL prezidenti mərasimdə iştirak edən azsaylı jurnalistlərin suallarını cavabladı.
- Kubokun finalı harda keçiriləcək?
- Həmin vaxta kimi Gəncə şəhər stadionu təmir olunsa, final görüşü orda keçiriləcək. Yox, o vaxta kimi arenada dəyişiklik olmasa, yəqin ki, kubokun həlledici qarşılaşması “Tofir Bəhramov”da olacaq. Daha nə qədər Qəbələyə yollanmaq olar?
Bu yerdə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı “Bəhramov” “Neftçi” üçün uğurlu məkandı” deyib, yerdən replika atdı.
- Səbuhi, bilirsən ki, harda işləməyimdən asılı olmayaraq, həmişə “Neftçi” mənə doğma olub. Mən o klubu ürəkdən sevirəm.
- İmkansızlıqdan ölkə kubokuna qatılan komandaların sayının az olduğunu bildirdiz. Postsovet məkanında yalnız bizdə və düşmən Ermənistanda ölkə kubokunda 12 komanda titul uğrunda mübarizə aparır. Gürcüstanda ilk mərhələdə 60 komanda mübarizəyə qoşulur. Gürcüstan klubları büdcə baxımından bizimkilərdən üstündülər?
- Onlarla bizi müqayisə etməyin. Gürcüstan klublarının maliyyə durumu buna imkan verir. Çünki daha az pul xərcləyirlər. 100 manatla Gürcüstana yollanıb, 3 gün orda istirahət edə bilərsən. Bizdə isə bu qeyri-mümkündü.
- Avropanın əksər ölkələrində kubok uğrunda yarışa həvəskar komandalar da qatılır. Hazırda Region Liqasında çıxış edən 3-4 klub var ki, onların maliyyə vəziyyəti kubokda iştirak etməyə imkan verir. Yarışa maraq qatmaq üçün onların da iştirakına imkan yaratmaq olmazdı?
- Birincisi, Region Liqasında çıxış edən komandalar həvəskar statusa malikdilər. İkincisi, tutaq ki, biz onlara bu imkanı qazandırdıq və onlar finala qədər irəlilədilər. Bəs sonra? Həmin komandalar UEFA lisenziyası almaq iqtidarında deyillər axı. Belə olan halda həmin komanda avrokuboklara qatıla bilməyəcək. Bu üzdən Region Liqasının təmsilçilərinin yarışda iştirakı məqsədəuyğun deyil.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar