13 noy 18:27aktual

Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür

Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür
“Fikirlərim təhrif olunub”
“Qarabağ”ın sabit oyun sərgiləyə bilməməsinin kökündə Riçard Almeydanın komandanı tərk etməsinin dayandığını iddia edənlər az deyil. Uzun illər ağdamlıların şərəfini qoruyan və bütün mənalarda “köhlən atlar”ın “ürəyi” sayılan braziliyalının yoxluğu özünü göstərməkdədi. Bu gün Simeon Slavçevlə Miçel, hətta Filip Ozobiç hər nə qədər Almeydanın yoxluğunu unutdurmağa çalışsalar da, bu hənanın o hənadan olmadığı dəqiqdi. “20 nömrə”nin dirijorluq qabiliyyəti heç birində yoxdu.
Artıq bir müddətdi Reynaldo ilə Riçardın yaxın gələcəkdə yenidən “Qarabağ”da peyda olacağı haqda xəbərlər dolaşır. İddialara görə, “sambaçılar” Qazaxıstanda özlərini Azərbaycandakı qədər rahat hiss etmirlər deyə, ölkəmizə dönməkdə maraqlıdılar. Hardasa ehtimal kimi qəbul etmək olardı. Amma bir neçə gün öncə Riçardın Braziliya mətbuatına verdiyi müsahibədə bu mövzu barədə dilə gətirdikləri ... : “Hələ bu ilin yanvarında Qurban Qurbanova demişdim ki, “Qarabağ”la müqaviləmi uzatmayacam. Çünki fərqli ölkədə oynamaq, başqa mədəniyyətlə tanış olmaq istəyirdim. İlk olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçməli idim. Lakin həmin vaxt “Astana”nın baş məşqçisi olan Roman Qriqorçuk menecerimə mənimlə görüşmək istədiyini dedi. Bir neçə dəfə ora getməkdən imtina etdim. Sonda ailəliklə təklifi dəyərləndirdik. Hesab etdik ki, bu, yaxşı variantdı və 2 illik müqavilə bağladım. Burda çempionat yaxşıdı, amma “Qarabağ”a qayıtmaq istəyirəm. Üstəlik, məni çağırırlar. Gələn il bunun olub-olmayacağını bilmirəm. Bildiyim odu ki, komandanın liderləri mənim qayıtmağımı istəyirlər. Ola bilər, daha 1 il “Astana”da qalım. Burda hər şey yaxşıdı, yalnız pis olan çox soyuq olmasıdı”.
Bəlkə də bu açıqlama əks-səda doğurmayacaqdı. Amma Riçardın dedikləri Azərbaycan mətbuatında dərc olunubsa, saytlarımızı dörd gözlə diqqət mərkəzində saxlayan qazax həmkarlarımızın mövzuya toxunmaması absurd olardı. Hər halda, kifayət qədər səs-küylü açıqlamalar və olduqca ciddi siqnaldı. Srağagün “Astana”nın doğma azarkeşləri önündə “İrtış”ı darmadağın etdiyi (4:0) qarşılaşmadan sonra səbəbkar sport.kz saytının əməkdaşı Anuar Abdraxmanovun suallarını cavablayıb. Qazaxıstan çempionu adını qazanan futbolçu öncə məlum uğurla bağlı danışıb: “Çempionsansa, deməli, vacib hadisə baş verib. Komanda yoldaşlarım və məşqçilərin heyəti adına çox şadam. Mehriban kollektivimiz var ki, hər oyunda bunu göstəririk. “İrtış”ı udduq, lakin bu son deyil. İndi Avroliqa görüşlərinə köklənməliyik. Özümü çox yaxşı hiss edirəm”.
- Kiyev “Dinamo”su ilə oyundan əvvəl komandada əhval-ruhiyyə necədi?
- “Dinamo” hər zaman Ukraynanın ən yaxşı komandalarından olub, üstəgəl, heyətlərində güclü futbolçular yer alıb. “Yablonets”lə matçda sübut etdik ki, xarakter hesabına qalib gəlməyi bacarırıq. Bu konsentrasiyanı sona qədər qorumalıyıq. Bilirəm, çətin oyun olacaq, amma məqsədimiz pley-offa yüksəlməkdisə, qələbə qazanmalıyıq.
- Yeni gələndə çox şey alınmırdı...
- Bura gələnə qədər iki aya yaxın idi oynamırdım, hətta məşq də etmirdim. Məndən fərqli, başqaları ideal formada idi. “Artırmaq” üçün zamana ehtiyacım var idi. Məşqçilər heyəti və komanda yoldaşlarım sağ olsunlar, özümə gəlməyim və ab-havaya uyğunlaşmağım üçün əllərindən gələni etdilər.
- Müsahibənizi oxudum, mövsümün sonunda “Astana”nı tərk edib “Qarabağ”a qayıtmaq istəyində olduğunuzu demisiz.
- Yalan məlumatdı. İnanmayın! O müsahibəni braziliyalı jurnalistə vermişəm. Nə vaxtsa “Qarabağ”a qayıtmağın mümkün olduğunu demişəm. Amma deməmişəm ki, bu, yaxın gələcəkdə baş verəcək. Fikirlərim təhrif olunub.
- Bir sözlə, “Astana”da qalacaqsız?
- Klubla 2 illik müqaviləm var və anlaşma müddətinin sonuna qədər burda qalmaq istəyirəm.
- “Kayrat”la derbi oyunundan hansı təəssürat qalıb?
- Derbi hər zaman maraqlı olur. “Kayrat” güclü komandadı, amma bu gün üçün Qzaxıstanın ən yaxşısı “Astana”dı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar