11 noy 14:27aktual

“Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı”

“Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı”
91-də “Qarabağ”a qarşı oynamalı olan futbolçunu çayın sahilində tapdıq
- Müəllim, tapdım, tapdım...
Həmkarım Ruslan Sadıqov elə hövlank içəri girdi ki, dedim yəqin hansısa önəmli futbol adamını tapıb gecənin bu vədəsində. Tez də əlini telefona atıb göstərir:
- Baxın, afişa varmış.
Hə, oyunla bağı afişa idi. O afişa ki iki gün idi “Qarabağ” – “Vorskla” oyununun keçiriləcəyi stadionun ətrafında, şəhərin mərkəzi küçlərində ha axtarsaq da, tapa bilmmirdik. Ruslan isə gecənin bu vaxtında onu tapmışdı. Hansı küçədən? Nə fərqi var ki?
Çox maraqlı durumdu: bir tərəfdən şəhərdə hamı “Voskla” – “Qarabağ” oyunundan danışır, digər tərəfdən məlum olur ki, 25 minlik stadionun yarısı dola, ya dolmaya. Biletlərin qiyməti də baha deyil. 50 qrivnadan – təxminən 3 manat - başlayır. Bəs nədən azarkeşlər stadiona yox, evə, televizorun qarşısına üstünlük veriblər? Məsələn, qaldğımız “Ukrayna” otelinin işçisi Pavlinin dediiynə görə, oyun olduqca gec başlayır.
- Axşam saat 10-da oyun başlayır. 12-də stadiondan çıx, evə necə gedəsən? Nəqliyyat işləmir. Heç taksi də olmur. Bundan başqa, gecə olduqca soyuqdu. Nəvəmi aparmaq isətyirm, amma xəstələnəcəyindən qorxuram.
Dediyim kimi, biletin qiyməti baha deyil. Bundan başqa, “Qarabağ”la oyuna bilet alan şəxs həmin biletlə bazar günü “Şaxtyor”la oyuna da baxa biləcək. Yəni bir bilet al, iki oyuna bax. Bilet demişkən, artıq “Arsenal”la oyunun biletləri də satışdadı. Bu günə qədər 10 mindən çox “Vorskla” azarkeşi londonlularla oyuna bilet əldə edib. Bu oyuna ən ucuz biletin qiyməti isə 20 manatdı.
- Siz bunu “Qarabağ”a hörmətsizlik kimi başa düşməyin. Elə “Arsenal” Bakıda neçə min azarkeşə qarşı oynamışdı? Az qala stadion tam dolmuşdu. 60 mindən çox adam gəlmişdi. Bizimlə oyuna isə 20 min güclə yığılmışdı. Sizin kimi bizdə də ulduzların oyununa maraq böyükdü.
Bunu isə bizə Gennadi Strelyanı deyir. Gena ilə elə Vorskla çayının sahilində tanış olduq. Bəs bu Gennadi kim ola? Heç inanmazsız, düz 27 il əvvəl “Qarabağ”la oynamaq fürsəti varmış. Özü də məhz elə “Vorskla”nın tərkibində. Hə, 1991-ci ildə o vaxtkı SSRİ çempionatının 2-ci dəstəsinin B qrupunda “Qarabağ”a rəqibi imiş “Vorskla”. Komanda Ağdama getsə də, oyuna çıxmır ki çıxmır.
- Biz iki gün əvvəl gedib ora çıxmışdıq. Hər saatda atışma səsi eşidilirdi. Baş məşqçimiz Pavlov dedi ki, belə şəraitdə oynaya bilmərik. İki gün yeyib-içib yatdıq. Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı (gülür). İki gündən sonra isə geri qayıtdıq.
Gennadi Strelyanı deyir ki, “Vorskla”nın bu səviyyəyə çatmasında azərbaycanlıya borcludurlar.
- Düz deyirəm. Burdan 100 km aralıda Kremençuq şəhəri yerləşir. “Vorskla”nın dirçəlməsində, bugünkü səviyyəyə çatmasında Kremençuqun mərhum meri Oleq Babayevin böyük zəhməti olub (Babayev bir neçə il əvvəl qətlə yetirilib - S.M.). Stadionda da onun böyük portretini asmışıq. Babayevin bir devizi var idi: “Sizin üçün hər cür şəraiti yaradacam, təki çıxıb oynayın”. Bax, bu prinsipə görə “Vorskla” bu səviyyəyə çatdı. Heç yuxuda da görməzdik ki, “Arsenal”, “Sportinq” Poltavaya gələr. Bu, sadəcə, fantastikadı.
Gennadi deyir ki, “Qarabağ”a sıradan klub kimi baxıb dəyər verməmək mümkün deyil.
- Qurbanovu futbolçu vaxtından tanıyıram. Məşqçi kimi də özünü sübut etdi. Çox döyüşkən komanda yaradıb. Keçən il ÇL-də oynayıblar, zarafat deyil. “Arsenal”la oyuna baxdım, niyə heç-heçə edə bilmədiz, hələ də inanmıram. İnamlı, cəsarətli oynadız ingilislərə qarşı. Bu gün Saçkoya və “Vorskla”ya çətin olacaq.
“Qarabağ”ın düşərgəsində ruh yüksəkliyi var. Gecə isə klubun qaldığı oteldə atəşfəşanlıq olub. Yox, təbii ki, zarafat edirəm. Sadəcə, klubun bir neçə oyunçusu – Dani, Slavçev və başqaları - gecə saat 12-də qəfil Miçelin otağına giriblər. Əllərində tort və şam-fişənglərlə. Sən demə, ispanın 33 yaşı tamam olurmuş. Düzdü, tortun üstündə əvvəl 34 yazıblarmış. Sonradan 4-ü götürüb 3-ləri qoşalaşdırıblar.
Axşam saat 17.00-dı. Artıq stadionun yerləşdiyi Azadlıq meydanı, 6 ünvanına gedən yollar bağlanıb. Üç gündü gözümüzə dəyməyən polislər peyda olublar...
SƏBUHİ MƏMMƏDLİ, Poltava
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar