08 noy 21:31aktual

Poltava döyüşü

Poltava döyüşü
Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
Vorskla (Ukrayna) – Qarabağ

Hakimlər: SANDRO ŞÖRER, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə).
Hakim-inspektor: Edqar Ştaynborn (Almaniya).
UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka).
8 noyabr. Poltava. Aleksey Butovski adına stadion. Saat 00.00.
Tarixin ironiyasına bax ki, təxminən 300 il əvvəl Poltavada isveçrəlilərə qarşı amansız döyüşə çıxan və şimal müharibəsinin ən qanlı savaşında qalib gələn Rusiya bu gün özü Ukrayna ilə düşməndi. Slavyanların arasına girməyək, özləri bilər. Öz dərdimiz özümüzə bəsdi. Qarabağ adlı yaramız var. Ancaq bu gün Qarabağı Poltova ilə birləşdirən məqam var. Belə ki, erməni tapdağı altında olan dilbər bölgəmizi təmsil edən “Qarabağ”ın bu gün Poltovada “Vorskla” ilə “döyüş”ü olacaq. Bu gün Avropa Liqasının qrup mərhələsində ikinci dövrə start götürəcək ki, Ağdam təmsilçisi oktyabrın 26-da Bakıda üz-üzə gəlib uduzduğu ukraynalılarla ardıcıl ikinci dəfə görüşəcək. Poltava şəhərindəki Aleksey Butovski adına stadiondakı görüş Qurban Qurbanovun yetirmələri üçün böyük önəm daşıyır. Çünki komandanın qrupdan çıxmaq baxımından nəzəri şansları bu qarşılaşmadan asılıdı. Ardıcıl üç məğlubiyyət alan, üstəlik, xal bir yana, qol sevinci belə yaşamayan “Qarabağ” 1/16 final şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidi. Ağdamlılar səfərdən məğlub dönsə, 1/16 final şansını rəsmən itirəcək. Belə olan halda son iki tur onlar üçün formal xarakter daşıyacaq. Heç-heçə də məğlubiyyətə bərabər sayılacaq. Ukrayna təmsilçisi isə Bakıdakı qələbədən sonra mərhələ adlamaq arzusu istiqamətində ilk addımını atıb. Növbəti qələbə Vasili Saçkonun yetirmələrinin şansını artıra bilər. Amma bunun üçün “Sportinq” də xal itirməlidi.
“Poltava döyüşü” Azərbaycan klublarının noyabrın 8-də keçirdiyi ikinci qarşılaşma olacaq. İndiyədək təmsilçilərimiz yalnız bir dəfə bu tarixdə meydana çıxıb. Bu hadisə 6 il öncə yaşanıb. Avrokuboklarda qrupda çıxış edən ilk Azərbaycan komandası kimi tarixə düşən “Neftçi” 2012-ci il noyabrın 8-də Bakıda “Rubin”i qəbul edib. Avropa Liqasındakı həmin matçın taleyini 1 qol həll edib. Rusiya təmsilçisi Bakıdan 3 xalla ayrılıb. “Vorskla” - “Qarabağ” oyunu iki ölkə təmsilçilərinin qitəmiqyaslı turnirlərdə 6-cı dueli olacaq. Azərbaycan və Ukrayna klubları indiyədək avrokuboklarda 5 görüşdə üz-üzə gəlib. İlk duellər ötən əsrin sonlarında baş tutub. 1999/2000 mövsümündə, həmin vaxt UEFA kuboku adlanan yarışın təsnifat mərhələsində “Şəmkir”lə “Krivbass”ın yolu kəsişib. Qərb təmsilçisi səfərdə darmadağına üzülüb (0:3), cavab matçında isə 2 cavabsız qol buraxıb. 2014/15 mövsümündə isə Ukrayna səfəri uğurlu alınıb. Bu ölkəyə 2-ci səfər edən təmsilçimiz “Qarabağ” olub. Qurban Qurbanovun yetirmələri “Dnepr”i Avropa Liqasının qrup oyununda məğlub edib – 1:0. Lakin Bakıdakı qarşılaşmada rəqib 3 xal qazanıb – 2:1. Azərbaycan klublarının ukraynalılarla 5-ci görüşü 2 həftə öncə baş tutub. “Qarabağ” “Vorskla” ilə ev matçında 0:1 hesabı ilə uduzub. Ümumilikdə 5 qarşılaşmada təmsilçilərimiz 1 dəfə qalib gəlib, 4 dəfə uduzub. Rəqib meydanındakı oyunlarda 1 qələbə və 1 məğlubiyyətimiz var. Əvvəlki 2 görüşdə hesabı açan komanda qələbə qazanıb.
Qeyd edək ki, Bakı vaxtı ilə 00.00-da start götürəcək qarşılaşmanı “CBC Sport” telekanalı canlı yayınlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şörerə yan xətdə Bekim Zoqayla Ştefan De Almeyda kömək edəcək. Qapı arxasındakı hakimlər Alen Byeri ilə Lukas Fandrixdi. Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Hakimlərin işinə qiyməti almaniyalı Edqar Ştaynborn verəcəksə, danimarkalı Klaus Kristensen matçın UEFA nümayəndəsidi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar