08 noy 21:29aktual

Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr...

Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr...
Dünən axşama qədər 8 min bilet satılmışdı
“Komandanın ümumi vəziyyəti pis deyil” - bunu Qurban Qurbanov dedi, “Qarabağ”ın baş məşqçisi. Komandanı Poltavaya aparan təyyarə uçuşa başlayandan bir saat əvvəl. Elə hava limanının qapısı ağzında.
Bu gün Avropa Liqasının qrup mərhələsində Poltavanın “Vorskla” komandasına qarşı oyuna çıxacaq “Qarabağ” Ukraynaya çarter reysi ilə uçacaqdı. Uçuşa təxminən 1 saat qalmış klub avtobusu Heydər Əliyev adına hava limanının qarşısında dayandı. Oyunçular bir-bir düşüb hava limanına daxil olmaqda ikən Qurbanov Poltavada komandanı müşayiət edəcək jurnalistlərin qarşısına çıxdı. Qısa danışdı 46 yaşlı mütəxəssis. Əsasən də onu vurğuladı ki, “Ukraynaya ümidlə gedirik”.
***
Elə biz də bu ümidlə təyyarəyə əyləşib göyə qalxdıq. Amma 3 saatdan sonra yerə elə pis endik ki… Hə, bu haqda bir qədər sonra. Əslində təyyarədə elə bir hərəkətlilik olmadı. Jurnlalistlər üçün yəni. Baş məşqçi jurnalistlərin futbolçularla təmasını qadağan etmişdi. Təbii ki söhbət müsahibə və açıqlamalardan gedir. 3 saatlıq yol boyunca əvvəlcə Qurban Qurbanov, sonra isə kapitan Rəşad Sadıqov jurnalistlərlə görüşdü, hal-əhval tutdu. Bir də “Qarabağ”ın haitili leioneri Vild-Donald Gerye öz yerindən durub təyyarə yerə enənəcən qələm əhli ilə hap-gopda oldu.
Bayaq enmədən danışırdıq axı. Azərbaycanlı pilot təyyarəni ustalıqla sözün həqiqi mənasında kələ-kötürlü uçuş zolğana endirə bildi. Təyyarə yırğalana-yırğalana, nəhəyət, aeroport binasının 50 metrliiyndə dayandı.Trapdan düşəndə heç avtobusa-filana da ehtiyac olmadı. Gəzə-gəzə aeroport binasına getdik. Yeri gəlmişkən, hava limanı işçilərini sanki evlərindən təcili yığıb bura gətirmişdilər. Sən demə, burdan heç yerə uçuş yoxdu. Hava limanı ancaq çarter reysləri qəbul edir. Ən yaxın və ən böyük beynəlxalq hava limanı olan Xarkov aeroportu burdan təxminən 150 km aralda yerləşdiyindən, Poltavanın bu sarıdan, necə deyərlər, üzü qaradı.
***
Hava limanında bizi bir neçə sərhədçi və texniki işçi, bir-iki hərbçidən ibarət heyət qarşıladı. Əşyalar təyyarədən gətrilənədək futbolçular və onlarla birgə olan rəsmilər, texniki işçilər və jurnalistlər bir saatdan çox Azərbaycanın ən kiçik əyalət aeroportundan da kiçik və səliqəsiz olan Poltava hava limanında gözləməli oldu. Bayırdan isə “Qa-ra-bağ” səsləri ucalırdı.
Yüklər gəlib çatanda kiçik bir problem yaşandı. Polkovnik rütbəli ukraynalı zabit israrla “Qarabağ” rəsmisindən içində tibbi ləvazimatlar olan çemodanın açılmasını tələb edirdi. Bizimkilər bu çemodanda dərman və tibbi ləvəzimatların olduğunu dəfələrlə desələr də, deyəsən, onu başa salmaq mümkün deyildi. Amma görünür, ondan ağıllı bir məmur tapıldı. “Gərək deyil, əl çək” deyib polkovniki kənara çəkdi.
Poltava əyalət şəhəridi, paytaxt Kiyevdən 350 km aralıda yerləşir. Elə təxminən 350 min əhalisi var. Çox kasıb şəhərdi, amma millətçi ruhda insanlardı poltavalılar. Sözün açığı, “Vorskla” onların bir qürur mənbəyidi. Vorskla əslində Poltavanı iki yerə bölən çayın adıdı. Mənası isə "Vor stekla" ("Şüşə oğrusu") deməkdi. Yeri gəlmişkən, Poltava döyüşü muzeyi bu şəhərin ən gəzməli və görməli yeri sayılır. Dünən biz o muzeydə də olduq. Bələdçinin özünəməxsus izahı isə əslində xeyli təəəccübləndirdi də. Onun dediyindən belə çıxdı ki, sən demə, Poltava döyşündə İsveç ordusna məhz ukraynalılar qalib gəlibmiş. Böyük Pyotr və ruslar isə, elə belə, böyür-başda gəzişirmiş.
***
“Qarabağ”ı qarşılamağa bir neçə nəfər gəlmişdi. Onlar da, deysən, tələbəydi. Əllərində Azərbaycan bayrağı olan yeniyetmələr futbolçular bir-bir göründükcə ucadan adları ilə çağırmağa başladılar. Tələblərdən biri isə Azərbaycanın Ukraynadakı səfirliyinin Xəyyam adlı işçisinə “bizə dedilər ki, oyuna bileti səfirlikdən götürə bilərsiz” sualına konkret cavab ala bilmədi.
Oyuna maraq yetərincə böyükdü. Düzdür, oyunun keçiriləcəyi stadionun yaxınında və ətraf ərazilərdə bircə afişaya rast gələ bilmədik. Amma yerli sakinlərin dediyinə görə, narahatlığa əsas yoxdu, həmişə belə olur. Stadionda azı 20 min nəfərin olacağını deyirlər.
Elə bizimkilərin, Poltava və yaxın şəhərlərdə yaşayan onlarla soydaşımızın da stadiona gələcəyi gözlənilir. Bundan başqa, paytaxt Kiyevdən də xeyli azərbaycanlının oyun günü 2 ildən sonra 70 yaşını qeyd edəcək 25 minlik Butovski adına “Vorskla” stadionuna gələcəyi deylir. Bir nəfər isə 5 metrlik bayraq da hazırlayıb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltavadakı fəxri konsulu da Elşən Vəliyev də komandayla görüşdü. Səfir komandanın məşqini izləməyə də imkan tapdı. Ona və konsula “Qarabağ”ın formaları hədiyyə edildi.
Səfir bəndənizə onu da bildirdi ki, vilayətdəki diaspor təşkilatlarının nümayəndələrini də bugünkü oyuna çağırmışıq, uyğun təşkilati işlər görülüb və stadionda xeyli soydaşımızın olacağı gözlənilir. Onlar “Qarabağ”ın qələbəsinə şahidlik etmək həvəsi ilə alışıb-yanırlar. Saydan söz düşmüşkən, dünən axşama olan bilgiyə görə, artıq 8 min bilet sahibini tapıb...
SƏBUHİ MƏMMƏDLİ, Bakı - Poltava
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar