11 dek 13:22aktual, manset

Rəşad Sadıqov “Fiorentina”nın oyunçularına lazımi sözləri deyib

O növbəti dəfə sağlamlığını risk altında qoyaraq komandasını uğura daşımaq, "Qarabağ” camiəsini sevindirmək üçün "Fiorentina” ilə matçda meydana çıxdı. Halbuki bir neçə gün öncə bütün futbol ictimaiyyəti Rəşad Sadıqov üçün mövsümün başa çatdığını söyləyirdi. Hətta ağdamlıların baş məşqçisi Qurban Qurbanov belə, matçdan 24 saat öncə kapitanın meydana çıxacağını dəqiq bilmirdi. Baş məşqçi zədəsinin ağırlıq dərəcəsindən xəbərdar olduğuna görə qərarı Sadıqovun öhdəsinə buraxmışdı. Köhnə dənizçilərin belə bir deyimi var: "qəzaya uğrayan gəmini ən sonuncu kapitan tərk edir”. "Fiorentina” ilə oyun ərəfəsində "Qarabağ” adlı gəmi qəza vəziyyətində deyildi, əksinə, tarixi bir səfərə yollana bilərdi. Ancaq həmin gəmini idarə edə biləcək kapitanla yanaşı, şturmana da ehtiyac var idi. Məhz Rəşad meydanda bu missiyanı yerinə yetirməli idi. Sadıqov növbəti dəfə komandası üçün fədakarlıq edərək zədəli halda 90 dəqiqə italyanlara qarşı vuruşdu. Belə məsul anda, çətin sınaqda komanda yoldaşlarını tərk buraxmadğına görə azarkeşlərin dili ilə desək, "ən böyük kapitan, bizim kapitan”a "çox sağ ol” düşür.

Hakimin final fiti Ağdam təmsilçisinin qrupda qaldığını rəsmiləşdirincə, "köhlən atlar”ın "şturman”ı çox məyus halda əvvəlcə fanatlara yaxınlaşıb, dəstəyə görə təşəkkür etdi, ardınca isə ağır addımlarla paltardəyişmə otağının yolunu tutdu. Əsəbdən butsları ilə divarı döyəcləməsi bir daha sübut edir ki, "şturman” başqa nəticə gözləyirmiş. Ancaq arzuları gerçəkləşmədi. Niyə gerçəkləşmədi? Bu suala bu gün kənardan hərə bir dəlil gətirməklə cavab verə bilər. Nəticəyə uyğun mülahizə irəli sürməkdən asan heç nə yoxdu. Ancaq Rəşad matçdan sonra jurnalistin ona ünvanladığı "oyun zamanı rəqibin "8 nömrə”si ilə (Matias Vesino – R.) mübahisə edirdiz...” sualını cavablamaqla real durumu aydınlaşdırdı: "Bir kəlmə dedim ona. Tək ona yox, 3-4 nəfərə. Ürəyimdə bir söz vardı, indi burda demək istəmirəm, deyib rahat oldum. Başa düşdülər”.

Bəlkə də kimlər üçünsə bu adi açıqlamadı. Ancaq Rəşad iki cümlə ilə böyük mətləblərə toxunub. Xatırlayırsızsa, "Qarabağ” – "Fiorentina” matçından öncə qəzetimizə açıqlama verən Musavat Partiyasının sabiq başqanı İsa Qəmbər belə bir fikir səsləndirmişdi: "Çempionumuzun "Solavan”a uduzması yox, "Fiorentina”nın evdə PAOK-a məğlub olması qrupdakı vəziyyəti köklü surətdə dəyişdi”. Dünyada baş verən prosesləri yaxından izləyən hər kəs bilir ki, futbol tək idman deyil. "İdmanın şahı” eyni zamanda həm siyasət, həm də böyük pullar deməkdi. Kim gözləyərdi ki, İtaliyanın adlı-sanlı klubu "doğma divarlar” arasında iki matçda "Qarabağ”a boyun əyən PAOK-a uduzsun. Kimsə deməsin ki, bu futboldu, burda hər şey ola bilər. "Təsadüf həyatda bir dəfə olur” deyimini əldə bayraq tutsaq, heç şübhəsiz, Yunanıstan təmsilçisinin Florensiya klubundan 4 xal götürməsinin arxasında başqa məqamlar durur. Əvvəlcə onu qeyd edək ki, bu iki ölkə qonşudu və bir çox sahələrdə daim bir-birinə xoş münasibət göstərməklə yanaşı, yeri gələndə dəstək də olublar. İkincisi və ən əsası, araşdırmalarımız nəticəsində məlum oldu ki, PAOK-un qalmaqallı prezidenti, Yunanıstanın ən imkanlı iş adamlarından biri sayılan, vaxtilə Gürcüstan vətəndaşlığını daşımış İvan Savvidinin İtaliyada böyük biznes layihələri var. O "Rostov”a himayədarlıq etdiyi dönəmdə "Aqrokrom” adlı şirkətə rəhbərlik edib və italiyalı iş adamları ilə birgə kənd təssərrüfatı sahəsində müəyyən layihələr həyata keçirib. Həmin vaxtdan Savvidinin İtaliyanın biznes elitası ilə münasibətləri yaranıb. Və böyük ehtimalla, dünya futbolunda yaşanan proseslərdən xəbərdar olan Sadıqov cümə axşamı "Tofiq Bəhramov”dakı matçdan sonra "bənövşəyilər”in futbolçularına "futbolu kişilər oynayır” deyib. Üstəlik, onlara "dəvəquşu başını kolun dibinə soxub, elə bilir ki...” məsələni xatırladıb.

RƏŞAD

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar