07 noy 22:35aktual

“Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib

“Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib
“Biz də bunu istədik, ancaq şərait yaratmadılar”
Premyer-liqanın 10-cu turunda "Qarabağ" "Sumqayıt"ı iki cavabsız qolla məğlub etdi. Bununla da Qurban Qurbanovun komandası uğursuz axara son qoydu. Ancaq həmin qarşılaşmanı cəmi 300 tamaşaçı izlədi. Hər halda, oyunun protokolunda bu rəqəm qeyd olunub. Düzdü, aşağı-yuxarı cüzi fərq ola bilər. Lakin şənbə günü, münasib saatda və gəliş-gediş üçün ən rahat məkan sayılan Tofiq Bəhramov adına Respublika stadionunda azarkeş sayı acınacaqlı halda idi. Hətta fanklubların bütün üzvləri həmin gün arenada olsaydı, ən azı iki dəfə bundan artıq tamaşaçı qeydə alınardı. Belə çıxır, azarkeş qrupları da tam tərkibdə oyuna gəlməyib. Olmaya komandanın son vaxtlarda uğursuz nəticələri azarkeşləri stadiondan uzaq salıb? Fanklub rəhbərləri ilə danışdıq.
Elnur Quliyev (İmarət): "300 rəqəminin hardan alındığını deyə bilmərəm. Stadionda azarkeş çox idi. Elə təkcə 300 nəfər bizim fanklubun üzvləri idi. Cari mövsümdəki sıx qrafik "Qarabağ"ın ikinci pillədə olmasının səbəbidi. Ancaq biz çətin günlərdə daha çox konsentrasiya oluruq. Uşaqlar da gəlirlər, dəstək olurlar. Həftəiçi "Keşlə" ilə matçda xeyli sayda idik. Sadəcə, "Tofiq Bəhramov" böyük olduğundan tribunalar boş görünür, səs az gəlir. Say azlığı həmişəki problemlərdən qaynaqlanır. Lakin bunun uğursuzluqla heç bir əlaqəsi yoxdu. "İmarət"də vəziyyət belədi ki, komanda uduzanda daha çox birlik, bağlılıq nümayiş etdirirlər. Bizim ən az sayla dəstək olduğumuz vaxt "Qarabağ"ın ÇL-in qrupunda iştirak etdiyi il idi. Çünki bilirdik ki, 50-60 min komandanı irəli səsləyəcək, oyunlara 300-400 nəfərlə gəlirdik. Amma görəndə ki, "Qarabağ" dəstəksizdi, əlimizdən gələni edirik ki, tək qalmasın... Yeri gəlmişkən, sizin qəzet vasitəsilə bir məqama da toxunmaq istəyirəm. Görürük ki, bəziləri komandanın nəticələrini yorğunluqla, transferlərin azlığı və ya zəifliyi ilə əlaqələndirir. Ancaq nə Slavçev, nə də Delarj zəifdi. Sadəcə, görünən odu ki, komandada ruh düşkünlüyü var. Bunu "İmarət" olaraq görürük, hiss edirik. "Qarabağ"a basqı var. Səbəb kimi mövsümün əvvəlindən əvvəlcə Rəşad Sadıqov, daha sonra Mahir Mədətovla bağlı deyilənlər, bunların Qurban Qurbanovla əlaqələndirilməsi təzyiq yaradır. İstəyimiz odu ki, "Qarabağ"a yersiz psixoloji təsirlər edilməsin".
Elvin Süleymanov (Qarabağ Ordu): “Qarabağ”ın son turlardakı nəticələri əldə olunan nailiyyətlərin yanında heç nədi. Komanda üzvləri 3 gündən bir oyuna çıxır. Yığma, Avroliqa və çempionat matçlarını nəzərdə tuturam. “Qarabağ”ın “Keşlə” və “Sumqayıt”la qarşılaşmaları arasında 72 saat vaxt olmadı. Bunlar hamısı komandanın çıxışına təsir edir. Ancaq uğursuzluq olduğunu düşünmürük. Ona görə də azarkeş sayını bu məqamla əlaqələndirməzdim. Sadəcə, oyunun yeri və vaxtı dəyişdirildi. Bu da azarkeş sayına təsir etdi. Çox adamın stadion dəyişikliyindən bəlkə də xəbəri yox idi. Fikrimcə, bunun da rolu oldu. Ancaq yenə deyirəm, indiki durumu uğursuzluq kimi dəyərləndirməzdim. Turnir cədvəlində ikinciyik, cəmi 5 xal fərq var. Bu da ciddi bir şey deyil. “Qarabağ”ın gücünə bütün Azərbaycan bələddi. Bir reallığı da yaddan çıxarmayaq. Əksəriyyət düşünür ki, “Qarabağ” “Sumqayıt”la qarşılaşır, onsuz da udacaq. Halbuki iddialılarla görüşdə komandamızın tərəfdarlarının sayı daha çox olur. Fanklub üzvlərinin gəlməməsi isə sırf subyektiv səbəblərlə bağlı olur. Biri işdə olur, biri dəsrdə və s. Bizim azarkeş qrupunda imkanı, vaxtı olanlar hamısı gəlmişdi".
Ramiz Bayramov (Boys Qarabağ): "Həmin oyunda iştirak etmədik. Bunun da səbəbi var idi. Bildiyiniz kimi, "Qarabağ"ın üç azarkeş qrupu var. Ancaq fanklublar üçün əvvəlcə 1, daha sonra 2-ci sektor açıldı. Bu durumda üç azarkeş qrupu bir-birinin arasında dəstək verə bilməzdi. Bunun üçün üç sektor açılmalıydı. Biz də bunu istədik, ancaq şərait yaratmadılar. Ona görə də dəstək vermədik. Say məsələsinə gəlincə, Azərbaycanda yaxşı günün azarkeşləri çoxdu. Elə ki komanda bir az büdrədi, zəif oynadı, gəlmirlər. Təbii, biz hər zaman "Qarabağ"ın yanındayıq. Bu dəfə fanklub şəklində dəstək verə bilməməyimizin səbəbini isə açıqladım. Həmin an klub rəhbərliyinin başı qarışıq idi. Odu ki, sabah (bu gün) gedib rəhbərliklə danışacam, duruma aydınlıq gətirəcəm".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar