06 mar 18:32aktual, manset

Səbuhi Səfiyarlı Mikayıl Nərimanoğlunu yalançı çıxardı

Səbuhi Səfiyarlı Mikayıl Nərimanoğlunu yalançı çıxardı
“Heç yerdə deyilmir ki, hakimlər də söyüş söyüblər, cavab qaytarıblar”

Dünən “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Klub rəsmisi Gəncədə yaşananlara, İntizam Komitəsinin (İK) qərarlarına, eləcə də bu məsələ ilə bağlı bütün detallara aydınlıq gətirdi.
- Konkret nədən narazı qaldığınızı bilmək maraqlıdı.
- Artıq apellyasiya şikayəti vermişik. Həmçinin klub bəyanat da yayıb. Hesab edirik ki, cəzalar həddən artıq ağırdı. Nika Kvekveskiri 3 oyunluq diskvalifikasiya olunub. Özləri deyir ki, rəqibi itələyib. İtələmək nə vaxtdan 3 oyunluq cəzadı? Yaxud da deyilir ki, rəqibə əl atıb. Əl atmaqla vurmaq fərqli şeylərdi. Əliyar bildirib ki, birbaşa “qırmızı” göstərməsəydim də, ikinci “sarı”nı verib qova bilərdim. İkinci sarı vərəqənin cəzası 3 oyun deyil. Özləri də bilmirlər ki, nə deyirlər. Bu artıq başqa bir şeydi.
- Bəs başqa cəzalar haqda nə deyə bilərsiz?
- Klub rəsmiləri haqda verilən qərarlara gəlincə, hər şey orda yazılan kimi deyil. Özləri etiraf etmişdi ki, bizi vuran olmayıb. Orxan deyib ki, mənə bir nəfər təpik atdı. Bir təpik atmağa 16 min manat cərimə və 20 oyun stadiona girişə qadağa düşmür axı. Orda heç vurmaq halı qeydə alınmayıb. Bizim Namiq hakim konkret söyüş söyməyib, təhqiramiz ifadə işlətməyib. Deyib ki, bunları vurmaq lazımdı, normal oyun idarə etsinlər. Söyüş-filan deyil, ona 5 oyunluq cəza düşmür. O da əsəbi olub. Necə ki deyirlər, hakim də insandı, səhv edə bilər. Başqaları maşın deyil, biz də insanıq, bizim də əsəbimiz, emosiyamız var. Klubun hər bir işçisi əsəbləşə bilər. Belə çıxır, aranı sakitləşdirənlərə də mükafat verilməlidi? Mən qışqırmışamsa, yenə deyirəm, heç kimə söyüş söyməmişik. Sadəcə, yüksək tonda etiraz etmişik. Birinci hissədən sonra gördüyümüz qədər qırmızı vərəqə yox idi. Həmçinin qolun ofsayddan vurulması ilə bağlı şübhələr var idi. Biz də bu iki epizoda görə yüksək səslə etiraz edirdik. Yəni bilsin ki, onun idarəçiliyindən narazıyıq, heç olmasa, ikinci hissədə düzgün idarəçilik etsin. Bizə 5 oyunluq cəza nədi? Hakimə deyə bilmərik ki, normal idarəçilik et? “Bu nə “qırmızı”dı” soruşa bilmərik? Onun fikrincə “qırmızı” var, bizim düşüncəmizə görə yoxdu. Sadəcə, bir fərqimiz var, onun əlində fit var, bizdə yoxdu. O təyin edir, biz yox. Ancaq bu o demək deyil ki, o düzgün qərar verir. Başa düşürük, Əliyar Ağayevi müdafiə edirlər, aşağı qiymət yazmırlar ki, beynəlxalq oyunlara təyinat alsın. Ancaq buna görə bizə cəza vermək olmaz axı.
- İK-nın çıxardığı hansısa qərarla razısız?
- Elə bir qərar yoxdu axı. Bir daha deyirəm, orda “vurub” yazılıb, amma vurmaq olmayıb. Kimsə təpik atıbsa da, ona 20 oyunluq cəza düşmür. Tutaq ki, Səməd söyüş söyməyib. Bir kəlmə deyib ki, “özün qəbələlilsən, orda qırmızı vərəqə var idi?” Düzdü, onu bir qədər yüksək tonda deyib. Ancaq götürüb Səmədə 10 oyun cəza veriblər. Hakimlər deyir ki, bizi bir nəfər vurub. Lakin görürük ki, iki nəfər cəzalanıb. “Normal hakimlik edin” nə vaxtdan təhqir sayılır? Hə, Səməd deyib ki, adam kişi olar. Heç yerdə deyilmir ki, hakimlər də söyüş söyüblər, cavab qaytarıblar. Bir sözlə, çox sərt qərarlardı.
- Özünüz qeyd etdiz ki, klub rəsmisi təpik atıb. Bu vurmaq deyil?
- Təpik atarsan, adamın ciyəri dağılar, düşər xəstəxanaya. Biri də var, təpik atırsan, çəkilir, heç dəymir. Hər halda, bunların bir fərqi olmalıdı. Qanunla da bunların fərqi var. Xəsarət yoxdu, təpik heç ona dəyməyib. Düzü, həmin epizodu yada sala bilmirəm. Hamı əsəbi idi. Səbuhidən soruşdum, bildirdi ki, mən onu vurmamışam.
- Bütün klub rəsmiləri həmin anda bir yerdə idi?
- Demək olar, hə. Mən bir qədər sonra gəldim. Bizim hakimi vurmaq fikrimiz olsaydı, indiyədək edərdik. Hansı ki, “Zirə” ilə görüşdə qapımıza aşkar ofsayddan qol vurdular. Həmin oyunda hakim Əliyar idi. Onda etiraz edərdik. Artıq boğaza yığılmışıq. Zirədəki qarşılaşmada Rasim Ramaldanova göstərilən qırmızı vərəqə mübahisəli idi. Vardı, yoxdu demirəm, amma mübahisəliydi. Elə Nikaya göstərilən “qırmızı” da mübahisəli idi. “Kəpəz”in oyunçusuna göstərilən qırmızı vərəqəyə heç kim etiraz etmir. Çünki hər şey aşkar görünürdü. Amma Nikaya verilən “qırmızı”nı kimi deyir var, bir başqası deyir yoxdu. Deməli, mübahisəli qərardı. Mübahisəli qərarları da Əliyar həmişə əleyhimizə verir. Belə təmizdi, düzdü, “Zirə” ilə oyunda ofsayddan qapımıza qol vurulanda saxlayardı da. Yaxud da lasyman bayrağını qaldırardı. Bizim qapımıza qol olanda deyirlər “insandı, səhv edir”. Ancaq burda çox çətin vəziyyətdə qolu qeydə aldı. Burda da səhv edərdi, verməzdi qolu.
- Yəni problem sırf Ağayevlə bağlıdı?
- Bəli, Əliyarın idarə etdiyi bütün oyunlarda belə hallar olur. Özünə də demişəm, pis hakim deyil, perspektivi var, Avropada bizi təmsil edir. Bir şəxsiyyət kimi, hakim kimi heç bir etirazımız yoxdu ona. Amma bizim oyunlarda həmişə mübahisəli qərarlar verir.
- Sizcə, o “Qəbələ”yə qarşı qərəzlidi?
- Bilmirəm, qərəzdi, bəxtsizlikdi. Belə baxanda, qərəzli insana oxşamır. Yaxından da tanıyıram, xasiyyətcə də pis biri deyil. Lakin fakt ortadadı. Ötən mövsüm “Neftçi” ilə kubokun yarımfinalında Rəşad Sadiqova verdiyi qırmızı vərəqə yadınızdadı? Əliyarı döyən olsaq, onda döyərdik. Bundan başqa, həmin matçda Aleksey Qaya qarşı qayda pozuntusuna görə penalti təyin etmədi. Sonra çıxıb üzr istədi. “Qarabağ”la 2:2 hesabıyla bitən görüşdə yenə də Sadiqova “qırmızı” göstərdi, halbuki şübhəliydi. Özü görməmişdi, yan xətt hakiminin sözü ilə verdi. Laysman Zeynal Zeynalov idi. Həmin Zeynal ki, “Qarabağ”la 1:1-lik heç-heçə zamanı Əfran İsmayılovun ofsayddan vurduğu qolu qeydə aldı. Həmin Zeynal ki, Ramaldanova qırmızı vərəqə verdirdi, aşkar ofsaydı qeydə almadı, nəticədə qapımızda qol gördük. Bunlar hamısı üst-üstə yığılır. Biz də hər halda, daş, divar, maşın deyilik. Onlar insandı, biz də insanıq. Oyuna baxanda adamın yadında olur ki, səninn komandana qarşı bu cür səhvlər ediblər. Görəsən, bu dəfə də edəcək, ya yox? Bunlar hamısı insanın beynində qalır. Bir mübahisəli qərar olan kimi özündən asılı olmadan əsəbləşirsən.
- Necə düşünürsüz, “Kəpəz”lə oyunda Əliyar yox, başqa bir hakim olsaydı, bu olaylar yaşanacaqdı? Nəzərə alaq ki, fasilədən sonra sizin həm lehinizə, həm də əleyhinizə qərarlar verilib...
- Bəlkə də olmazdı. Xeyrimizə qərarlar o qədər də çox olmayıb. Fasilədən sonra iki dəfə bu baş verib. İndi düşünürük ki, bəlkə də bizi sakitləşdirmək üçün ediblər. “Neftçi” və AZAL-la oyunları nəzərdə tuturam. Amma əksəriyyəti əleyhimizə olub.
- Bu qədər cəza və cərimədən sonra rəhbərlikdən sizə irad bildirildi?
- Bir az irad tutuldu ki, bu səviyyədə etiraz etmək olmaz. Hər şeyin daha sivil forması var. Amma başa düşürlər ki, biz də insanıq, daşdan deyilik. Bizim də səbr kasamız dola bilir.
- Apellyasiya və Ekspert Komitəsinin xeyrinizə qərar çıxaracağına, yaxud da cəzaları və cərimələri yüngülləşdirəcəyinə inanırsız?
- Nə bilim, vallah. Hər halda, bizim fikrimizi dinləməyiblər. Ən azı bizi də dinləyib, fikirlərimizi nəzərə alarlar. Protokol gec yazıldı. Vaxtında yazılsaydı, biz də etirazımızı orda qeyd edərdik. Mən Nikaya görə etirazımı protokola qeyd edərkən onlar yazılmamışdı.
- Axı bu mümkün deyil...
- Əlbəttə, elə bir şey mümkün deyil. Dedim ki, etirazımız var. Çağırdılar ki, gəl yaz. Fikirləşdim ki, yəqin protokol hazırdı. Gələndə gördüm ki, hələ hazır deyil. Soruşdum ki, niyə hazır deyil? Bildirdilər ki, eybi yox, sən yaz, biz sonra yazarıq. Ancaq bilmədim ki, onlar nə yazacaq. Ağlıma gəlmədi ki, protokola belə şeylər qeyd edərlər. Səməd özü də açıqlamasında demişdi ki, oyundan sonra Orxanla söhbət etdik, uşağını soruşduq. Normal tərzdə danışdıq. Lakin sonradan protokola bu qeydləri ediblər.
- “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu “Qəbələ” rəsmiləri də yaxşı bilirlər ki, fasilədə polis klubun 4 əməkdaşını tutub bölməyə aparmaq istəyərkən, polis rəisi ilə danışıb onları buraxdırmışam” söyləyib. Bu nə məsələdi?
- Xeyr. Özünüz fikirləşin, Mikayılın sözü ilə aparmayıblarsa, o necə aparmaqdı? Niyə aparsınlar, xəsarət alan yox, şikayət edən yox. Aydın məsələdi ki, orda hakimləri qoruyan polislər var idi. Etiraz edən tərəf biz idik və bizi sakitləşdirmək istəyirdilər. Ancaq polis aparırdı-filan, bu olmayıb. Nərimanoğlu polislərimizə şər atır. Heç bir qanun pozuntusu yoxdusa, xəsarət alan yoxdusa, polis bizi niyə aparsın ki?! Hüquqi dövlətdə yaşayırıq və asayiş keşikçiləri də haqqın tərəfindədi.
- Bəs Nərimanoğlunun belə deməsinə səbəb nədi?
- Dəqiq deyə bilmərəm.
- Bəlkə sizin xəbəriniz olmayıb, klubun başqa əməkdaşlarını aparırmışlar?
- Yox, inanmıram. Bir yerdə olmuşuq. Bir dənə təpiyə görə adam aparırlar? Özü də Orxan deyir dəyib, amma dəyməyib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar