25 okt 18:47aktual

Samir Əliyev Saçko və "Vorskla" ilə bağlı danışdı

Samir Əliyev Saçko və "Vorskla" ilə bağlı danışdı
"Fiziki cəhətdən hazırlıqlı, komanda şəklində intizamlı təsir bağışlayırlar"
"Qarabağ" bu gün "Vorskla" ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukraynalıların baş məşqçisi Vasili Saçko bizim futbol adamlarından birinə yaxşı tanışdı. Söhbət Samir Əliyevdən gedir. Saçkonun futbolçu karyerasının ən yaxşı illəri "Volın"da keçib. Əliyev də həmin vaxt bu komandada top qovub və çıxışı yetərincə uğurlu alınıb. Beləcə, sabiq komanda yoldaşlarının Bakıda görüşmək imkanı yaranıb.
Dünən Samir bəylə əlaqə saxladıq. Məqsədimiz Saçko haqda məlumat almaq, onun xaraktercə necə biri olduğunu, məşqçi kimi hansı məqamlara önəm verdiyini öyrənmək idi. Əliyev öncə BOS-da gerçəkləşəcək oyunla bağlı gözləntilərini dilə gətirdi: “Düzü, son dövrlərdə Ukrayna futbolu, onların çempionatı haqda məlumatım o qədər də çox deyil. Bildiyimə görə, əvvəlki vaxtla müqayisədə indi komandalar bir qədər zəifləyib. Klubların sayı azalıb, maliyyə problemləri var. Ölkə olaraq vəziyyət çətindi və bu da klublara təsir edir. Bununla belə, Ukraynada həmişə futbol olub, ənənələri var. Fikrimcə, “Vorskla” nə qədər müqavimət göstərsə belə, “Qarabağ” bir-iki addım öndədi. Çünki təmsilçimizin heyətindəki istər yerli futbolçular, istərsə də legionerlər səviyyə baxımından “Vorskla”nın üzvlərini geridə qoyur. Səhv etmirəmsə, bu komanda ilk dəfə Avroliqanın qrupunda oynayır. Ancaq “Qarabağ”ın bu baxımdan yetərincə təcrübəsi var. Düşünürəm ki, matça nəzarət təmsilçimizdə olacaq. Qurban Qurbanovun komandası qol vəziyyətləri də yaradacaq, qalır onlardan istifadə etmək”.
Əliyev sabiq komanda yoldaşı haqda bunları dedi: “Vasili Saçko neçə illərdi “Vorskla”dadı, məşqçi kimi bu komandada çalışır. Yanılmıramsa, PRO kateqoriyasına malikdi. Yetərincə savadı var ki, belə bir klubda işləyir, ona güvənirlər. Yenə deyirəm, izləmədiyimdən hansı oyun tərzinə üstünlük verdiyini, futbolçularına hansı fəlsəfəni aşıladığını deyə bilmərəm. Bununla belə, əlaqə saxlamışam. Çox güman, görüşəcəyik. Bakıya gəlib, qonaqdı, bir-birimizi tanıyırıq, münasibətimiz var”.
Görəsən, Saçko ehtiyatlı, yoxsa riski sevən biridi? O, komandasına hücum, yoxsa müdafiə futbolu oynadacaq? Samir bəyi dinləyək: "Məşqçi kimi necə biri olduğunu söyləsəm, yalan demiş olaram. Çünki onun komandasından, oynatdığı futboldan xəbərim yoxdu. Baxmamışam, yalandan nəsə demək istəmirəm. Hər nə olsa belə, "Qarabağ" bu gün onlardan üstündü. Ancaq bilirik ki, Ukrayna klubları asan məğlub edilən kollektivlər deyil. Meydanda var qüvvəllərini ortaya qoyurlar. Fiziki cəhətdən hazırlıqlı olurlar. Komanda şəklində oyun intizamı həmişə yüksək səviyyədə olur. Ancaq ustalıq baxımından "Qarabağ"ın öndə olduğunu düşünürəm".
"Qarabağ"ı siz meydana çıxarsaydız, hansı məqamlara diqqət yetirərdiz" sualına Əliyevin cavabı belə oldu: "Qarabağ"ın öz fəlsəfəsi var. Hamı bilir ki, Qurbanovun komandası rəqibin kimliyindən asılı olmayaraq, illərdi oyun üslubuna sadiq qalır. İstər "Arsenal" olsun, istər "Vorskla". Şükür Allaha, əvvəlki dövrlər deyil. Rəqib haqda məlumat toplamaq asan məsələdi. Odu ki, "Qarabağ"ın məşqçilər korpusu da "Vorskla"nın oyunlarına baxıb, təhlil ediblər. Yəqin ki, güclü və zəif cəhətlərini bilirlər. Sabahkı oyunda da hamımız "Qarabağ"a azarkeşlik edəcəyik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar