19 okt 14:53aktual

Mirheydər Səfiyev “nala-mıxa vurdu”

Mirheydər Səfiyev “nala-mıxa vurdu”
Klub prezidenti Elxan Məmmədovla razılaşmadı
İmişli futbolunda yaşanan problemlərə ötən sayımızda toxunub AFFA-nın baş katibi Elxan Məmmədovun mövqeyini ortaya qoymuşduq. İmişlinin futbol təsərrüfatında başverənlərdən xəbərsiz olanları nəzərə alıb qısaca xatırlatma etmək istəyirik. Bazar ertəsi İmişilidən olan, ancaq adının çəkilməsini istəməyən məşqçilərdən biri redaksiyamızla əlaqə saxlayıb üzləşdikləri problemləri qabartmışdı. Məşqçinin sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişi ilə bölgədə müxtəlif yaş qruplarında 200 uşaq 5 məşqçinin rəhbərliyi altında futbolun sirlərini öyrənir və həmin yaş qrupları assosiasiyanın bayrağı altında keçirilən çempionatlarda iştirak edir. Baş katib onu da bildirib ki, komandaların bütün maliyyəsi və məşqçilərin əməkhaqqı AFFA tərəfindən ödəniləcək. Lakin 3 aydı ki, İmişli klubuna bir qəpik də olsun, vəsait ayrılmayıb. Bu üzdən artıq U-17 komandası, eləcə də başqa yaş qrupları çempionatdan çəkilmək haqda düşünür.
Baş məşqçinin narazılığını dinləyəndən sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın vasitəsi ilə Elxan bəyin başverənlərə münasibətini öyrəndik. Baş katib bir neçə ay öncə İmişli klubunun prezidentinə uşaq futbolu ilə bağlı smeta hazırlayıb quruma təqdim etməsini tapşırdıqlarını bildirdi. Klub prezidenti Mirheydər Səfiyev də ötən il birinci divizionda çıxış edən “Mil-Muğan”ın büdcəsinə uyğun smeta hazırlayıb AFFA-ya göndərib ki, bu da qarşı tərəfi razı salmayıb. Və belə də Məmmədov region üzrə uşaq futboluna nəzarət edən nümayəndəsinə qısa vaxtda yeni smeta hazırlamağa göstəriş verib. Sonda Elxan bəy yaxın vaxtlarda probemi həll edəcəklərini də vurğulamağı unutmadı.
Bəs görəsən, Mirheydər bəyin uşaq futbolu üçün hazırladığı smetada konkret hansı məbləğ göstərilib ki, AFFA rəhbərliyi məsələni başqasına həvalə etməyi lazım bilib. Bu suala cavab tapmaq üçün Mirheydər bəylə əlaqə saxladıq. Ancaq Səfiyevlə söhbətdə doğru-dürüst məlumat əldə etmək mümkün olmadı. Klub prezidenti “nala-mıxa vurmaqla” suallarımızdan yayındı. Onunla aramızda olan dialoqla sizləri də tanış etmək istəyirik.
- Salam, Mirheydər bəy. Sizi “Futbol+” qəzetindən narahat edirik.
- Sizi eşidirəm.
- Yəqin ki, ötən sayımızda dərc olunan yazı ilə tanışsız. Söhbət sizin hazırlayıb AFFA-ya göndərdiyiniz smetadan gedir.
- Sizi yaxşı eşitmirəm.
- (yenidən təkrarlayırıq)
- Mən smeta hazırlamıram ki. AFFA özü bu işlərlə məşğul olur.
- Ancaq Elxan Məmmədov başqa fikirlər səsləndirib.
- Nə deyib ki?
- Klubdan elə smeta göndərildi ki, həmin məbləğ ötən il birinci divizionda çıxış edən “Mil-Muğan”ın büdcəsi ilə təxminən eyni idi.
- Elxan müəllim deyib bu sözləri?
- Bəli.
- Mən bilmirəm, o nəyə əsaslanaraq belə fikirlər səsləndirib, ancaq smeta məsələsi ilə AFFA-nın öz nümayəndəsi məşğul olur.
- Sizin hazırladığınız smeta qəbul olunmadığından, sonradan AFFA bu işi başqasına tapşırıb. Belə olub?
- Burda nə var ki? Hərənin işə bir yanaşması var. Biz bütün komandalarımızın forma ilə təhciz olunmasını, başqa şərtləri nəzərə alıb smeta tərtib edə bilərik. Məbləğ 50 min də ola bilər, 100 min də. İndi bu işi başqası görəcək. Ona uyğun da maliyyə ayrılacaq.
- Sizin hazırladığınız smetada məbləğ nə qədər göstərilmişdi?
- Heç bir məbləğ göstərilməyib. Mən AFFA-ya bir neçə dəfə məktub ünvanlayıb uşaq futbolunun inkişafına görə kluba maliyyə yardımı ayrılmasını xahiş etmişəm. Orda isə məbləğ göstərilməyib.
- Elədisə, nəyə görə baş katib hazırladığınız smetanı ötən il “Mil-Muğan”a ayrılan büdcə ilə müqayisə edib?
- Nə bilim, bu sualı ona verin.
- Sizin sözlərinizdən belə çıxır ki, Elxan Məmmədov bizə yalan məlumat verib.
- Sizə deyirəm ki, mən yazdığım məktublarda maliyyə yardımı göstərilməsini istəmişəm və orda məbləğ göstərməmişəm. Şifahi söz-söhbətlər ola bilər.
- Yaxşı, sualı belə qoyaq. Şifahi, öz aranızda danışarkən İmişlidə uşaq futbolunun inkişafı üçün nə qədər vəsait istəmisiz?
- Mən Azərbaycan dilində danışıram. Deyirəm ki, məbləğ göstərməmişəm.
- Ancaq söhbətimizin əvvəlində “işə fərqli yanaşma olur. Məbləğ 50 min də ola bilər, 100 min də” dediz. Bəlkə elə öz aranızda söhbət zaman 100 min manat istəmisiz?
- Mən artıq heç nə deməyəcəm. AFFA-ya göndərdiyim məktublar ordadı. İstəsəz, gedib baxa bilərsiz. Onda əmin olacaqsız ki, mən məktubda məbləğ göstərməmişəm.
- Yəqin siz Elxan Məmmədovun söylədiklərini qəbul etmirsiz...
- Bəli.
Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu klubla AFFA ayrıd edəcək. Ancaq bizdə olan məlumata görə, ötən sayımızda dərc olunan yazıdan sonra Mirheydər bəy İmişlidə göstəbək axtarışına çıxıb. O məlumatı readksiyamıza ötürən məşqçini üzə çıxarmaq üçün hətta tələsik toplantı da keçirib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar