18 okt 19:52aktual

Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri

Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri
Futbol komandasının saat zəngi olmadığını da unutmayaq
İstənilən uğursuz nəticəyə görə əsas tənqid hədəfi baş məşqçi və futbolçular olur. Elə Malta ilə heç-heçə haqda da eyni sözləri demək olar. Yığmanın aşkar üstün olduğu oyunda qələbə qazana bilməməsi çatışmazlıqaların olduğundan xəbər verir. Sırf srağagünkü oyundan danışırıqsa, futbolçularda ustalıq səviyyəsinin yetərli olmaması, son anda soyuqqanlılıq nümayiş etdirə bilməmələri, bir də bəxtsizliyin millinin əleyhinə işlədiyini deyə bilərik. Əslində komandanın çıxışına başqa yazıda toxunacağıq. İndi isə yalnız Qurban Qurbanovun gedişlərini incələməyə çalışacağıq. Start heyətindən tutmuş əvəzetmələrə qədər hər şeyi gözdən keçirəcəyik. Qurbanovun addımlarından hansının özünü doğrultduğunu, nələrin effekt vermədiyini saf-çürük etməyə çalışacağıq. Təbii, sadaladığımız məqamlara toxunarkən Qurbanovun oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlərdən də bəzi cümlələri xatırladacağıq. Hər halda, baş məşçi seçimi və qərarları ilə bağlı məsələlərə aydınlıq gətirib.
Qalib heyəti dəyişməmişdi
Hələ matçdan bir gün öncə Qurbanov mətbuat konfransında Farer adalarına qarşı meydana çıxan “11-liy”ə güvənəcəyini söyləmişdi. Necə deyərlər, mütəxəssis “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalmışdı. Düzdü, bunu normal qarşılamaq olar. Ancaq matçın axarı göstərdi ki, vurğuladığımız futbol termini həmişə özünü doğrultmur. Elə qolu məhz Rahil Məmmədovun “bağlamalı” olduğu futbolçunun vurması dediyimizin təsdiqidi. O başqa məsələ ki, həmin epizodda Kamran Ağayevin də günahı az deyil. Bu haqda bir qədər sonra. Start heyəti ilə bağlı bir məsələni qeyd edək. Sən demə, Qurbanov ilk “11-lik”də yalnız bir dəyişiklik etməyi düşünürmüş. O, Rahili Təmkinlə əvəzləmək istəyirmiş. Ancaq oyundan iki gün öncə Xəlilzadənin qızdırması olduğundan, heyətə toxunmayıb. Amma sonradan çalışdırıcı məcbur olub cinah oyunçusunu döyüşə atdı. Deməli, Təmkinə ilk dəqiqələrdən də güvənmək olardı və bu, futbolçu üçün ciddi risk sayılmayacaqdı.
Təcrübə, yoxsa hazırkı durum?
Qurban bəyə oyundan sonra “Neftçi”nin futbolçularının yığmada şans qazanmaması ilə bağlı sual ünvanlandı. Çalışdırıcı “milliyə cəlb etdiyim “Neftçi”nin oyunçuları az şans qazanır” söylədi. Burdan belə nəticəyə gəlmək olar ki, mütəxəssis üçün ilk növbədə futbolçuların indiki durumu önəmlidi. Yəni baş məşqçi oyunçunun klubunda müntəzəm şans qazanmasına və formasının hansı səviyyədə olmasına daha çox diqqət yetirir. Hər halda, fərqləndirdiyimiz açıqlama belə qənaətə gəlməyə əsas verir. Bəs onda niyə Səlahət Ağayev yox, Kamran Ağayev? Sonuncunun Malta ilə oyunda buraxılan qolda səhvi var idi, topu öncəki epizodda zərbə vuran oyunçunun düz üstünə qaytardı. Bundan başqa, ilk hissədə az qala rəqibin fərqlənməsinə şərait yaracaqdı. Farer adaları ilə dueldə sıraladığı səhvlər də hər kəsin yadındadı. Bir halda ki futbolçunun indiki durumu, klubundakı performansı önəmlidi, deməli, “çərçivə” Səlahətə etibar edilməliydi. Yox, təcrübə əsasdısa, onda klubdakı çıxışı ikinci plana düşür. Qurbanov Kamranla bağlı sualı cavablayarkən “təcrübəyə güvəndik” deyib. Bu iki məqam arasında müqayisə isə yetərincə düşündürücüdü.
Əvəzetmələr
İlk hissəni hesabda geri başa vuran yığmanın heyətində dəyişiklik olacağı gözlənilən idi. Qurbanov ilk həmləsini fasilədən dərhal sonra reallaşdırdı. Farer adaları ilə görüşdə ən yaxşılardan olan, yığmadakı ilk rəsmi matçında qənaətbəxş oyun sərgiləyən, bununla da çoxlarının rəğbətini qazanan, ancaq Malta ilə dueldə buraxılan qolda səhvi olan Rahili Təmkin əvəzlədi. Belədə taktiki sxemdə də yerdəyişmə baş verdi. Sol cinah tam Xəlilzadənin ixtiyarına verildi. Maksim Medvedev mərkəzə, Pavel Paşayev özü üçün doğma mövqeyə - müdafiənin sağına çəkildi. Faktiki Mahir Mədətovla Araz Abdullayev bir-birinə yaxın oynamağa başladı ki, bu da cavab qolunun vurulması fonunda bəhrə verdi. Mahir ötürdü, Araz fərqləndi. Həmin əvəzetməyə görə Qurbanovun addımını qiymətləndirməliyik. Ancaq daha sonra effektli həmlə görmədik. Əvvəla, 3-cü dəyişiklik gerçəkləşmədi. Halbuki son dəqiqələrdə daha bir hücumçunu döyüşə atmaq olardı. Sanki qolun vurulması an məsələsi idi və daha bir forvard təzyqin bir qədər də artmasına səbəb olacaqdı. Nə bilmək olar, bəlkə də belə bir həmlə həlledici olacaqdı. Qurbanov 3-cü dəyişikliyə əl atmamasını belə izah edib: “Oyun rəqib meydanında gedirsə, əvəzetmə mənfi təsir göstərə bilərdi”. Düzdü, tam olaraq yığma rəqibin qapısına “yüklənmişdi”. Lakin epizodlar dəyərləndirilmirsə, artıq hər variant sınaqdan keçirilməlidi. Onsuz da fürsətlərin əldən çıxması mənfi haldı. Bir hücumçunun döyüşə atılması rəqibin oyunu 180 dərəcə dəyişəcəyi anlamına gəlməyəcəkdi. Yeri gəlmişkən, ikinci əvəzetmənin də özünü doğrultmadığını vurğulamalayıq. Cavid İmamverdiyev qeyri-adi heç nə ilə yadda qalmadı. Halbuki Ruslan Qurbanov daha çox fayda verə bilərdi. Farer adaları ilə oyunda məhz dediyimiz kimi olmuşdu. Məhz bu cür məqamlar üst-üstə yığılaraq, sonda nəticədə özünü göstərdi. Amma futbol komandasının saat zəngi olmadığını da unutmayaq. Yəni istədiyin vaxta qurasan, o da səni zərbə altında qoymaya...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar