18 okt 19:34aktual

Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır

Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır
Futbolçular, klub nümayəndələri ilə görüşüb, danışıqlar aparıram”
Qış fasiləsinə hələ xeyli vaxt qalsa da, futbol agentləri artıq indidən hazırlıq işlərinə başlayıblar. Onlardan biri də Erkin İbrahimovdu. Erkin bəy oktyabrın əvvəlində şimala, daha dəqiq desək, Latviya, Litva və Finlandiyaya səfər edib. İbrahimovu arayıb səfərinin məqsədi barədə söhbətləşdik.
- Əsas məqsəd, təbii ki, futbolla bağlı idi. Belə deyək, indidən qış “transfer pəncərəsi”nə hazırlaşıram. Bu müddətdə Latviya, Litva və Finlandiyaya baş çəkdim. Adını qeyd etdiyim ölkələrin bəzi klubları ilə əlaqələrim yaxşıdı. Fikirləşdim ki, münasibətləri yeniləmək lazımdı. Düzdü, “vatsap” və email ilə əlaqə saxlayırıq. Ancaq bunların heç biri üzbəüz söhbətin yerini vermir. Canlı ünsiyyət tam başqadı. Bunu fikirləşib yola çıxdım və deyərdim ki, səfərim çox məhsuldar alındı. Bu ölkələrdə çempionat başa çatdığından qış fasiləsində heyətə daha çox futbolçu cəlb edirlər. Onu da qeyd edim ki, son illər Latviya və Litvada futbola yaxşı sərmayə yatırılır. Rusiyalı iş adamları Baltikyanı klubları alırlar.
- Səfər müddətində hansı klubların düşərgəsində oldun?
- Finlandiyada “Maryehamn”ın son çempionat oyununu izləməklə yanaşı, klub rəsmiləri ilə görüşdüm. Latviya və Litvada da işgüzar görüşlərim oldu. Yuxarıda qeyd etdiyim kimi, Baltikyanı respublikalarda klubların maliyyə durumu indi çox yaxşıdı. Təcrübəli futbolçulara 7-8 min avro maaş verirlər. Ora daha çox gəncləri aparmaq fikrim var. Finlandiyada maaşlar orta olsa da, liqanın səviyyəsi yüksəkdi. Fikrim var ki, ora daha təcrübəli oyunçuları yollayım. Bunun üçün isə ilk növbədə burda siyahını müəyyənləşdirməliyəm.
- Yerli futbolçulardan kimlərləsə bu haqda söhbətin olub?
- Açığı, hələ yox. Mənim bəziləri kimi yalandan söz verməklə aram yoxdu. Elə agentlər var ki, yerli oyunçulara “səni o kluba aparacam, bu ölkəyə yollayacam” deyib yalandan vədlər verir, sonda da həmin futbolçuya yerli klublardan biri ilə müqavilə bağlatdırır. Mən həmişə belə işlərdən uzaq olmuşam. Sadəcə, elələri var ki, vaxtaşırı görüşüb müəyyən məsləhətlərimi veririrəm. Futbolçu tək qalanda çox vaxt səhv qərarlar qəbul edir.
- Səncə, təcrübəli dedyin futbolçular evdə normal maaşı qoyub Finlandiyaya yollanarlar?
- Təcrübəli dedikdə, yaşı 26-27-ni keçmiş oyunçuları nəzərdə tuturam. Çətin ki, həmin oyunçular bundan sonra Avropa klublarının maraq dairəsinə düşə bilərlər. Ancaq Finlandiyada 6 ay, bir il oynayıb özünü göstərsən, Avropa klublarına keçə bilərsən. Finlandiyadan fərqli, Latviyada daha çox gənclərə üstünlük verirlər. Ancaq aralarında “Riqa” klubu kimi “bişmiş” oyunçularla güclənmək istəyənlər də var. “Riqa”nın rəhbərliyini çoxdan tanıyıram. Onlar hər il ölkəsində çempionluğa oynayır, gələn il də avrokuboklarda uğur qazanmağı hədəfləyiblər. Buna uyğun da maliyyə ayırıblar. Hazırda bir neçə yerli oyunçunu yaxşı mənada “qaralamışam”, özləri və klubları ilə də danışığım olub. Rəsmilər ölkədən kənara çıxacaqları halda, müqavilələri olsa belə, futbolçunu buraxacaqlarını deyiblər.
- Klub müqaviləsi olan oyunçunu havayı hansısa kluba verər?
- İnanmıram ki, bu gün söz verən şəxslər sabah sözlərindən qaçsınlar. Düzdü, heç bir klub oyunçusunu havayı kiməsə vermək istəməz. Mən də klubda çalışsam, belə edərəm. Ancaq bu klublarda elə futbolçular var ki, əvvəl limitə düşdüyünə görə ona ehtiyac duyulurdu. İndi limitə düşmədiklərindən az-az meydana çıxırlar. Hər klubda iki-üç belə oyunçu var. Əlbəttə, indi mən “Neftçi”dən Məhəmməd Mirzəbəyovu istəsəm, onu buraxmazlar. Ona görə də özüm üçün müəyyənləşdirmişəm ki, ya çox cavanları, ya da dedyim kimi, 1993, 94, 95 doğumlu, müqavilə ilə məxsus olduğu klubda daimi oyun təcrübəsi qazanmayanları ora aparacam.
- Bizim futbolçular isti Avropa ölkələrində legioner həyatı yaşaya bilmirlər. Səncə, soyuq Skandinaviyada duruş gətirə bilərlər?
- Məncə, legioner həyatı yaşaya bilməmələri iqlimdən yox, çempionatın səviyyəsindən daha çox asılıdı. Cənubi Kipr və Yunanıstan birinciliyinin səviyyəsi daha yüksəkdi. Finlandiyada isə ortabab futbolçu belə oynaya bilər. Onu nəzərə alın ki, istər Baltikyanı ölkələrdə, istərsə də Finlandiyada qışda futbol oynamırlar. Çempionat yazda start götürüb, payızda başa çatır. Mövsümün əsas hissəsi yaya təsadüf edir ki, həmin vaxt da orda temperatur bizdəki kimi olur.
- Finlandiyada olduğun müddətdə bir paylaşımın diqqətimi cəlb etdi. “Maryehamn”da hər futbolçunun ayrıca öz sponsoru var. Bu nə sistemdi?
- Bu təcrübə mənə də maraqlı gəldi. Klubun büdcəsi düşərgəyə 4-5 min avro maaş alan legioner dəvət etməyə imkan vermir. Buna bənzər transferlər görmüşəm. Klubun İdarə Heyətinə daxil olan və ya hansısa formada rəhbərlikdə təmsil olunan şəxslər komandaya öz vəsaiti hesabına legioner dəvət edir. Ancaq Finlandiyada tam fərqli sistemdi. Orda heyətə düşən hər futbolçunun ayrıca sponsoru var və maaşı da ona həmin sponsor ödəyir. Mənə maraqlıdı ki, azərbaycanlı futbolçu o kluba keçsə, ona kim himayədarlıq edəcək? Litvada isə başqa bir maraqlı mənzərə ilə rastlaşdım. Afrikadan ora gənc futbolçular dəvət olunub. Maaşlarını isə onları Litvaya gətirən menecer şirkət ödəyir.
- Siyahını nə vaxta kimi müəyyənləşdirməlisən?
- Dekabrın ortalarına kimi vaxtım var. Ona qədər çalışmalarım davam edəcək. Həftədə 3-4 dəfə futbolçular, klub nümayəndələri ilə görüşüb, danışıqlar aparıram. Açığı, bu yay başım daha çox ölkəyə futbolçu gətirməyə qarışdı. Bu üzdən heç kimi xaricə çıxara bilmədim. İstəyirəm qışda bunun əvəzini çıxım. Bizim ən böyük problemimiz, ötən dəfə sizə dedyim kimi, pasportla bağlıdı. Getdiyim hər bir ölkədə braziliyalı futbolçularla qarşılaşdım. İnandırım sizi, aralarında elələri var idi ki, ən yaxşı halda bizim birinci divizionda çıxış edə bilərlər. Premyer-liqanın 7-ci, 8-ci komandası onları yaxın belə buraxmaz. Ancaq baxırsan ki, həmin ölkələrdə əsas heyətdə meydana çıxırlar və ayda da 5-6 min avro maaş alırlar. Bəlkə də Avropa üçün bu o qədər də yüksək əməkhaqqı deyil. Ancaq manata çevirəndə 10-12 min edir. Bizim premyer-liqada çıxış edən klubların əksəriyyətində indi belə maaş yoxdu. Və yaxud balkanlardan olan oyunçuları götürək. Onlar da orda özlərinə yer etməyi bacarıblar. Bu üzdən deyirəm ki, pasportun çox böyük önəmi var. Ümid edirəm ki, qışda aparacağım oyunçular öz oyunları ilə müsbət fikir formalaşdıraraq gələcəkdə başqa azərbaycanlı futbolçuların həmin ölkələrə yollarını aça biləcəklər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar