16 okt 18:25aktual

“Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib

“Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib
“Alesio ilə birbaşa özüm danışıram, bilir ki, başqa variant yoxdu, gəlməlidi”
“Araz”ın Çempionlar Liqasındakı uğursuzluğu birmənalı qarşılanmadı. İllərdi beynəlxalq arenalarda sözünü deyən Naxçıvan təmsilçisinin Malta, Litva və Slovakiyadan olan komandalarla oyunlarda qələbəyə həsrət qalması və yalnız bir heç-heçə ilə kifayətlənməsi əsas faktın üstünü açdı. Məlum oldu ki, futzala illərdi xüsusi diqqət və qayğı göstərilsə də, braziliyalılarsız mümkün deyil. Yəni mütləq legionerlər olmalıdı ki, “Araz” nəsə etməyi bacarsın. Komandanın baş məşqçisi Joze Alesionun uğursuzluqdan sonra Bakıya qayıdıb hesabat vermək əvəzinə birbaşa vətəni Braziliyaya yollanması da kifayət qədər maraqlı məqam idi. Üstündən bir həftə keçsə də, Alesio hələ də Bakıya gəlməyib.
Zaur Axundovla söhbətdə əsasən futzal mövzusunda danışmaq istəyirdik. Lakin ilk sualın cavabında söhbət “Keşlə”dən düşdü deyə öncə futbol, daha sonra futzalla bağlı suallara aydınlıq gətirməyə çalışdıq.
- Əhvalınız necədi?
- Belə də, salamatçılıqdı, şükür. Oktyabrın 21-də baş tutacaq “Zirə”ylə oyuna hazırlaşırıq. Görək necə olacaq. Baş məşqçi Mladen Milinkoviçin qarşısında dönüş etmək məqsədi qoyulub. Odu ki, hamı bunun üzərində çalışır. Yığmanın oyunları ilə bağlı yaranmış fasilə, üstəgəl, 7-ci turda “Qarabağ”la oyunun təxirə salınması problemlərin aradan qaldırılması üçün əlavə vaxt yaratdı. Ümid edirəm ki, ikinci yarıda daha güclü, daha istəkli “Keşlə” izləyəcəyik.
- Transfer çalışmalarınızı davam etdirirsiz?
- Son günlər iki futbolçunun keçidini həll etdik. İndi əsas məqsəd onların fiziki durumunu yaxşılaşdırmaqdı. Elə etməliyik ki, ən qısa zamanda komandaya kömək edə biləcək vəziyyətə gəlsinlər.
- Eite Conatanın keçidindən sonra transfer çalışmalarını azı qışa qədər başa çatmış hesab etmək olar, yoxsa yenə gözlənilir?
- Məncə, qışa qədər problem olmayacaq. Heyətdə kifayət qədər futbolçu var. Əsas olan yenilərin ab-havaya uyğunlaşması, fiziki cəhətdən hazır olmasıdı. “10 nömrə” problemi qalmaqdadı, həmin oyunçunun axtarışındayıq. Çox güman, onu da dekabr-yanvarda həll edəcəyik.
- Mövsüm davam edə-edə “Keşlə” həyata keçirdiyi transferlərlə, deyəsən, dünya rekordu müəyyənləşdirəcək. Və buna görə də klub xeyli tənqid olunur. Buna necə baxırsız?
- Qanundan kənar heç bir iş görmürük. Qanunsuzluq olsaydı, çoxdan xəbərdarlıq alardıq, hansısa cəza və ya cərimə sanksiyaları ilə üzləşərdik. Azad agent statusuna sahib futbolçuları komandaya cəlb edirik. Amma tənqidləri də normal qarşılayıram. Bu gün ehtiyacımız olmasa, həmin oyunçuları cəlb etmərik. Sadəcə, buna məcburuq. Yayda baş məşqçi dəyişikliyi oldu deyə Milinkoviçin seleksiya işlərinə diqqət ayırmağa lazımi qədər zamanı olmadı. Bu gün də əsas məqsədimiz komandanı çətin durumdan xilas etməkdi. “Keşlə”nin sonuncu pillədə yer alması nə mənim, nə klubda çalışanların, nə də azarkeşlərin ürəyincədi. Durumu vaxtında yaxşılaşdırmaq üçün istənilən imkana əl atacağıq.
- Maliyyə problemi yoxdu ki?
- Xeyr-xeyr. Hər şey qaydasındadı. Şükürlər olsun, əməkhaqqı vaxtında ödənilir, problemlər aradan qaldırılır.
- Qış fasiləsində köklü dəyişikliklər gözlənilir? Məsələn, 3-4 futbolçunun gedişi və bir o qədər yeni oyunçunun gəlişi...
- Dəyişikliklər qaçılmazdı. Amma bu haqda indidən nəsə demək mənim üçün çətindi. Çünki fasilədən əvvəl baş məşqçinin qərarını və təqdim edəcəyi siyahını gözləməliyik. Dediyiniz kimi, 3-4 nəfərlə yolları ayırmağımız mümkündü. Və çox güman, belə də olacaq. Onların əvəzinə isə yeniləri cəlb edəcəyik.
- “Təmizlik” işləri təkcə legionerlərlə bağlı olacaq?
- Həm legioner, həm də yerli futbolçular ola bilər.
- Futzala keçək. “Araz”ın Slovakiyadakı uğursuzluğuna necə şərh verərdiz?
- Xatırlayırsızsa, yayda verdiyim müsahibələrin birində həm millinin, həm də “Araz”ın yenilənməsinə ehtiyac duyduğumuzu demişdim. Legionerlərlə yollarımızı ayırandan sonra əsas diqqəti bacarıqlı yerlilərə ayırmağa başladıq. Və həmin vaxt yaxın gələcəkdə işimizin nə qədər çətin olacağını bilirdim. Bu qədər dəyişikliyə əl atırsansa, 3-5 aya nəsə gözləmək artıqdı. İstənilən halda, vaxt lazımdı. Həmin gənclər beynəlxalq oyun təcrübəsi toplamalı, bir neçə turnirin iştirakçısı olmalıdı ki, onlardan nəsə tələb edək. Birdən-birə “kubok, medal qazanmalısız” deyə bilmərik.
- Xaraktercə emosional birisiz. Çempionlar Liqasındakı nəticələri görəndə qəzəblənməmiş olmazsız.
- Xeyr, qətiyyən. Belə olacağını hardasa hiss etmişdim, gözləyirdim. Geridə qalan illər ərzində həm yığma, həm də “Araz” lazım olan nəticələri artıqlaması ilə qazanıb. Nə bacarıblarsa, ortaya qoyublar, azarkeşləri sevindiriblər. Onda vəziyyət başqaydı, indi tam başqa. Komanda gəncləşdirilib. 19-21 yaşlı təcrübəsiz idmançılar belə məğlubiyyətləri görməlidi ki, səhvlərdən nəticə çıxarsın, nələrisə görüb öyrənsinlər. Ona görə də qəzəblənməyə heç bir əsas olmadı.
- Gənclər deyirsiz, amma heyətdə Rizvan Fərzəliyev, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov kimi təcrübəlilər də vardı.
- Onlar istər-istəməz olmalıdı. Gənclər də məhz onlardan görüb-götürməlidi. Yox, uğursuzluğa səbəb kimi göstərirsizsə, sizə bir şeyi deyim. Futzal elədi ki, nəticə qazanmaq istəyirsənsə, 12 oyunçunun hər biri eyni səviyyədə olmalı, daim oynamalıdı. Özünüz fikirləşin, 4 nəfər oynayır, yorulur. Onlar nəfəs dərmək üçün meydanı tərk edir, əvəzinə gənclər çıxır. 4-5 nəfərlə uğur qazanmaq mümkün deyil. Belə olsaydı, bütün komandalar 5 təcrübəli cəlb edərdi, yerdə qalanlar da gənclər olardı. Alınan iş deyil.
- Etiraf edək ki, legionerlərsiz nəsə etmək mümkün deyil.
- Bunu inkar etmirəm. Nə var ortadadı. Əvvəlki illərdə qazandığımız nəticələrdə onların böyük rolu olub, bunu danmıram. Sadəcə, yerlilərin inkişafını düşünüb bu addımı atdıq. Amma baxıram ki, iki-üç əcnəbiyə ehtiyac var. Əvvəlki kimi 6-7 nəfər yox, hardasa 2-3 nəfərlə güclənmək olar. Öncə “Araz”da özlərini göstərərlər, ehtiyac duyulsa, sonra yığmaya dəvət edə bilərik.
- Braziliyalılar?
- Braziliyalı da ola bilər, ispan da, hətta iranlı da. Bu, sonranın işidi. Bu məsələyə yayda baş məşqçi ilə birgə dönəcəyik.
- Alesio nə deyir?
- Heç nə, nə deyəcək? Öz işini görür. Tapşırıq vermişik ki, gənclərlə işləsin, onların inkişafına çalışsın. Ağatahir Əzimovla birlikdə qarşılarına qoyulan proqram əsasında çalışır.
- Braziliyaya getmişdi. Gəlib?
- Onun ailə problemi vardı. Ona görə də Slovakiyadan Braziliyaya uçdu. 10 gün icazə vermişik, inşallah, 18-i axşam Bakıda olacaq.
- Birdən gəlməz ha...
- (uca səslə gülür) Yəqin ki, gələr.
- Bileti alınıb?
- Həm oyunçuların, həm də məşqçilərin biletini “o baş-bu baş” alırıq.
- Aradan çıxmaq onun qanında var. Gəlmədi, gəlmədi də...
- O səhvi elədi, səhvinə görə üzr istədi. İnanmıram ki, bir də təkrar eləsin. Alesio ilə birbaşa özüm danışıram. Bilir ki, başqa variant yoxdu, gəlməlidi.
- Futzal üzrə yüksək liqada xeyli sayda iranlıya rast gəlmək mümkündü. Təkcə “Liman”ın heyətində 5-6 nəfər beləsi var. Cənubdan olanlara xüsusi maraq hardandı belə?
- İranda futzal çempionatı yüksək səviyyədə keçirilir və bu idman növünə hədsiz maraq var. Müxtəlif liqalarda 100-dən artıq komanda mübarizə aparır. Belədə hər futzalçının elitada oynamaq imkanı olmur. Ona görə də həm təcrübə toplamaq, həm də göz qabağında olmaq üçün Azərbaycana gəlirlər. Buna təbii hal kimi baxıram.
- Bildiyimə görə, burda maaşsız oynayırlar. Hətta gündəlik xərclərini də öz ciblərindən qarşılayırlar.
- Bunlar klublara aid olan məsələlərdi. Federasiya prezidenti olsam da, klubların idmançılarla olan sözləşməsinə qarışa bilmərəm.
- Sualı əbəs yerə vermədim. Dolaşan xəbərlərə görə iranlı futbolçu və futzalçıların Azərbaycana gəlməsində məqsəd hərbi xidmətdən yayınmaqdı. Yəni burda oynamaqla bir növ güzəşt, üstünlük qazanmış olurlar.
- Hər bir idmançıya Miqrasiya Xidmətindən lisenziya alandan sonra oynamağa icazə verilir. Ölkələrində hansısa problemi olsa, hər halda, qurum onlara oynamaq icazəsi verməz, bu məsələdə qeyri-qanuni heç nə ola bilməz.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar