14 okt 16:31aktual

Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi

Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi
Hacı-Məhərrəmov: “Görünür, radikal dəyişiklik qərarı verməklə bir qədər yanılmışıq”
Futzal Federasiyasının əlaqələndiricisi Zaur Hacı-Məhərrəmovun da yığmanın oyununu izləmək üçün Farer adalarına getdiyini, komandaya Kopenhagendə qoşulduğunu xəbər vermişdim. Federasiya rəsmisi Slovakiyadan birbaşa Danimarkaya, ordan da Farer adalarına yollandı. Fürsətdən yararlanıb onun “Araz”la bağlı fikirlərini, komandanın bərbad çıxışına münasibətini öyrəndim: “Açıq danışsaq, turnir göstərdi ki, bizə legionerlərsiz, braziliyalılarsız nəticə qazanmaq çətindi. Qrupumuzun qalibi olan “Vytis” məhz heyətində yer alan 9 braziliyalı ilə bunu bacardı. Hamı bilir ki, bizim legionerlərimiz daha güclü olub və bunun nəticəsində əsas mərhələni çətinlik çəkmədən keçirdik. Görünür, radikal dəyişiklik qərarı verməklə bir qədər yanılmışıq. İki-üç legioneri saxlamaq olardı. Birdən-birə sırf yerlilərə keçid fəsad törətdi. Ancaq nəticəni bir kənara qoysaq, bu turnir bizə çox şey öyrətdi. Yerli oyunçular, xüsusilə gənclər təcrübə qazandı. Son qarşılaşmada, demək olar, heyətdə təcrübəli qalmamışdı. İsa və Xətai cəzalı, Rizvan zədəli idi. Əvəzində Nihad, Kənan, Oqtay, Samir şans qazandı. Əslində oyun plannda rəqiblərdən geri qaldığımızı deyə bilmərəm. “Vytis”ə minimal hesabla uduzduq, amma bizim qol vurmaq üçün imkanlarımız daha çox idi. İkinci oyunda Malta çempionuna qarşı nisbətən zəif çıxış etdik. “Valletta”nın da heyətində gürcü, slovak legionerlər olsa da, qalib gələ bilərdik, udmalıydıq. Amma qırmızı vərəqələr işləri korladı. Onsuz da ehtiyat qüvvəsi kasad olduğu üçün tez yorulan komandanın bir hissə ərzində 6 dəqiqə azlıqda mübarizə aparması ciddi çətinlikdi. “Luçeneç”lə qarşılaşma isə formal xarakter daşıyırdı. Həm bizim, həm də rəqib üçün. Onlar da meydana motivasiyasız çıxmışdılar, nəticədə oyunun əvvəlində 2 top fərqi ilə önə keçdik. Amma gücümüz tam tükəndi. İlk yarının sonlarında bir dəqiqə ərzində 2 qol vurmaları onların yadına “təsəlli qələbəsi”ni saldı. Beləliklə, son 10 ildə ilk dəfə turniri qələbəsiz başa vurduq”.
Hacı-Məhərrəmov mövsümün sonunda mühüm yeniliklərə əl atılacağını vurğuladı: “Əvvəl də bu fikri dilə gətirmişəm, 2018/19 mövsümü bizim üçün imkanlarımızı dəyərləndirmək baxımından bir sınaqdı. Rastlaşdığımız problemlər əməli tədbirləri labüd edir. Rəhbərliklə yenidən müzakirə aparacağıq. Həm “Araz”ın, həm də başqa klubların legioner siyasətinə yenidən baxmaq lazım gəlir. Çempiona lazımdısa, iki əcnəbi cəlb etmək, digərlərinə isə limit tətbiq etmək lazım gələcək. Təbii ki, bu limit hər kəsə aid olacaq. Bu qədər legionerin çempionatımızda çıxış etməsi və yerli futzalçıların it-bat olması perspektiv vəd etmir. Hansı ki, həmin iranlıların ölkələrindən bura hərbi xidmətdən yayınmaq məqsədilə gəldiklərini bilirik. Bu məsələ hansısa formada tənzimlənməlidi”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar