12 okt 22:25aktual

Bebek 5-ci dəfə Bakıya gəlir

Bebek 5-ci dəfə Bakıya gəlir
“Neftçi”yə düşərli, qalanları üçün uğursuz
Yığma oktyabrın 14-də Maltanı “doğma divarlar” arasında sınağa çəkəcək. Millətlər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək oyunun hakimləri açıqlanıb. Qarşılaşma Xorvatiyadan olan ədalət təmsilçilərinə həvalə olunub. Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək görüşün baş hakimi İvan Bebekdi. Ona Tomislav Petroviçlə Miro Qrqiç kömək edəcək. Dördüncü hakim funksiyası Qoran Patakiyə həvalə olunub. Mario Zebeklə Qoran Qabrilo əlavə köməkçi hakimlər kimi təyinat alıb. Ədalət təmsilçilərinin işinə yunanıstanlı İoannis Tsaçilidis qiymət verəcəksə, UEFA nümayəndəsi funksiyasını ukraynalı Vladimir Heninson yerinə yetirəcək.
Onu da qeyd edək ki, İvan Bebek 2003-cü ildən FİFA hakimidi. İqtisadçıdı, əsas hobbisi isə səyahət etməkdi. Göründüyü kimi, FİFA referisi olması hobbisi ilə üst-üstə düşür. Təcrübəli ədalət təmsilçisi indiyə qədər 112 beynəlxalq oyun idarə edib. Bu görüşlərdə 518 sarı, 38 qırmızı vərəqə verib, 39 penalti təyin edib. Qərarları daha çox meydan sahiblərinin lehinə olub. Bebek azərbaycanlı futbolsevərlərə də yetərincə tanışdı. Onun bir neçə dəfə təmsilçilərimizlə yolu kəsişib. 41 yaşlı ədalət təmsilçisi ölkəmizin əsas yığmasının görüşündə isə 2-ci dəfə iş başında olacaq. Bebek AÇ-2008-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Portuqaliya görüşünü idarə edib. Həmin qarşılaşma 2007-ci il oktyabrın 13-də baş tutub və milli 0:2 hesabı ilə uduzub. Matç Aslan Kərimovun meydandan qovulması ilə yadda qalıb. 27-ci dəqiqədə Kriştiano Ronaldoya dirsək zərbəsi vuran kapitan xorvat referi tərəfindən meydandan qovulmuşdu. Bebek həmin görüşdə Saşa Yunisoğluya da sarı vərəqə göstərmişdi.
FİFA referisi klublarımızın avrokubok görüşlərində isə 3 dəfə görünüb. O, 2005-ci ildə “Neftçi”nin Çempionlar Liqasında İslandiya “Hafnarfyordur”u ilə doğma meydanda keçirdiyi oyunda (2:0) əsas söz sahibi olub. Ayağı komandamıza düşərli olan Bebek “ağ-qaralar”dan yalnız Zaur Tağızadəyə “sarı” göstərib. Bundan 10 il sonra Avroliqanın qrupunda “Qəbələ”nin Dortmund “Borussiya”sı ilə matçı üçün xorvatiyalı Bakıya səfər edib. Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsini qeydə alan referi “qırmızı-qaralar”ın heyətində Samir Zərgərovla Voislav Stankoviçi sarı vərəqə ilə “mükafatlandırıb”. Nəhayət, 2016-cı ildə Bebek Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”ın oyununa təyinat alıb. “Köhlən atlar” Avroliqanın qrupunda evdə “Fiorentina”ya uduzub (1:2). Rəqibi qırmızı vərəqə ilə cəzalandıran balkanlı referi təmsilçimizin iki üzvünə - İlqar Qurbanovla Bədavi Hüseynova rəsmi xəbərdarlıq edib. Göründüyü kimi, FİFA referisi həm Qurban bəyə, həm də yığmanın düşərgəsində olan Bədaviyə tanış biridi. Əvvəlki 4 görüşdən üçü Tofiq Bəhramov adına Respublika stadionunda, biri isə “Bakcell Arena”da keçirilmişdi. Belə deyək, Bebek Bakıya 5-ci səfərində 3-cü fərqli stadionda – BOS-da fit çalacaq. Onu da bildirək ki, FİFA referisinin briqadasında yer alacaq köməkçiləri - Tomislav Petroviçlə Miro Qrqiç, həmçinin dördüncü hakim Qoran Pataki, əlavə köməkçi hakimlərdən biri - Qoran Qabrilo həm “Qəbələ” – “Borussiya”, həm də “Qarabağ” – “Fiorentina” görüşlərində eyni funksiyanı yerinə yetirib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar