11 okt 18:59aktual

Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir

Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir
“Mən azərbaycanlıyam, turist deyiləm”
Reynaldonun Bakıya səfər etməsi haqda ötən sayımızda xəbər vermişdik. Braziliyalının gəlişinin heç də hansısa yerli komanda ilə danışıq aparmaqla bağlı olmadığını da bildirmişdik. Qazaxıstan çempionatında fasilə yarandığından “Aktobe”nin legioneri burdakı dostlarını və sabiq komanda yoldaşlarını ziyarət etmək üçün paytaxtımıza ikigünlük səfər edib.
Bazar ertəsi axşam saatlarında Bakıya gələn Reynaldo dünən Aktobeyə qayıtdı. Bakıda olduğu müddət ərzində yığmaların Mərdəkandakı təlim-məşq bazasına, eləcə də “Azərsun Arena”ya baş çəkən “sambaçı” vaxtilə çiyin-çiyinə oynadığı futbolçularla və uzun illər rəhbərliyi altında oynadığı Qurban Qurbanovla görşüməyə imkan tapıb. Lakin biz Reynaldo ilə danışanda Bakıya yeni gəlmişdi, dəqiq desək, təyyarədən bir neçə dəqiqə əvvəl enmişdi. Ona görə də bəzi suallara görə təəccüblənməyin.
- Azərbaycana xoş gəlmisən. Ölkəmizə dost-tanışlarına başa çəkmək niyyəyi ilə gəldiyini anladım. Amma bir şey də var ki, yaxınlarını görmək üçün Braziliyaya da yollana bilərdin.
- Əslində bura yığmaların çıxışı ilə bağlı çempionatda sentyabrda yaranmış fasilə zamanı gəlmək istəyirdim. Amma alınmadı. İstirahət müddəti çox olduğuna görə Braziliyaya yollanmağı vacib saydım. Ailəmə, yaxınlarıma baş çəkdim, onları gördüm. Budəfəki dincəlmək imkanında isə Bakıya səfər etməyi qərara aldım. Özünüz də bilirsiz ki, bura mənə doğmadı. Sabiq komanda yoldaşlarımı, futboldankənar dostlarımı və mənə əziz olan insanları görəcəm.
- Sabiq komanda yoldaşlarını görməyə gəldiyini dedin. Nəzərə alaq ki, “Qarabağ”lı futbolçuların çoxu hazırda təlim-məşq toplanışındadı və sabah Farer adalarına yola düşürlər.
- Bilirəm, xəbərim var. Bura gəlməmişdən əvvəl Vüqarla (“Neftçi”də tərcüməçi kimi çalışan Vüqar Əliyevi nəzərdə tutur - H.) və “Qarabağ”da birgə oynadığım legionerlərin bəziləri ilə danışmışdım. Fasilədən və toplanışdan xəbərdar idim. Həmçinin bilirdim ki, görmək istədiyim dostlarım Bakıda olacaqlar. Yığmanın sabah Farer adalarına səfərə çıxacağından da xəbərdaram. Onlar yola düşənə qədər millinin bazasına baş çəkəcəm. Bununla yanaşı, “Qarabağ”ın bazasına gedib, ordakı əziz insanları görəcəm. Narahat olmayın, hər şeyi əvvəldən planlaşdırmışam (gülür).
- “Qarabağ” ötən il Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla diqqətləri üzərinə çəkməyi bacardı. Həmin an ağlından “kaş mən də komandada olaydım” fikri keçirdi?
- “Qarabağ”ın oyunlarını canlı izləməyə vaxtım olmasa da, hər turun nəticələri ilə maraqlanır, turnir cədvəlinə göz gəzdirirəm. O cümlədən Avroliqa ilə maraqlanıram. Sabiq komandamın uğurları məni sevindirir. Həmin uğurlar həm də azərbaycanlı futbolsevərlərindi. Avrokubok matçlarında stadionları dolduran, ən çətin günlərdə komandaya dəstək verən azarkeşlərin. Açığı, həm də onların adına sevinirəm. “Qarabağ”da olduğum müddətdə unudulmaz günlər keçirmişəm və bunları heç vaxt unutmaram. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşdüyünü biləndə, açığı, hədsiz sevincliydim. Amma həmin an ağlımdan keçən “kaş “Aktobe” də nə vaxtsa orda oynasın” fikri idi. Çünki müqavilə ilə bu kluba məxsusam deyə, öz komandamın uğurlarını arzulayıram.
- “Aktobe”dəki komanda yoldaşların və məşqçilər “Qarabağ” haqda nə danışırlar?
- “Aktobe”də yerli futbolçular çoxluq təşkil edir. Onlar da rus, ya da qazax dilində danışırlar. Düzünü desəm, onlarla “Qarabağ” haqda xüsusi söhbətimiz olmayıb. Azərbaycan çempionu olduğunu və avrokuboklarda uğurlu çıxış etdiyini bilirlər. Vaxtilə “Qarabağ”da xoş günlər keçirdiyimdən də xəbərdardılar.
- “Qarabağ”dan, Azərbaycandan mütəmadi kimlərlə danışırsan, kimlərlə daimi ünsiyyətin var?
- Yerli futbolçularla danışmaq imkanım olmur. Çünki dil problemi var. Amma əcnəbilərlə ünsiyyət qururam. Ən çox da Miçellə. Vüqarla, vaxtilə sürücüm olmuş Fərhadla da daim əlaqədə oluruq.
- Bəzən içində yenidən “Qarabağ”da oynamaq həvəsi yaranır?
- “Qarabağ”da yaxşı günlərim keçib və etiraf edirəm ki, bəzən həmin xoş günləri yada salıb darıxıram. Amma hazırda “Aktobe”nin futbolçusuyam. Gələcəkdə nə olacağını isə indidən bilmək olmaz. Futboldu, yaşayıb görərik.
- Qazaxıstanda vaxtilə “Qarabağ”da çiyin-çiyinə top qovduğun Riçard Almeyda da oynayır. “Astana”da çıxış edən həmyerlinlə tez-tez görüşmək imkanın olur?
- Xeyr, Riçardla tez-tez görüşməyimiz, istəsək də, mümkün deyil. Çünki Astana ilə Aktobe arasında xeyli məsafə var. Təyyarə ilə 3 saatlıq yoldu. Ona görə də ancaq internet vasitəsi ilə danışırıq. Başa çatmaqda olan mövsümdə “Astana” ilə iki dəfə oynamışıq. Qarşılaşmaların birində mən əsas heyətdə yer almışdım, Almeyda ehtiyatda idi. Digərində isə mən ikinci hissədə meydana çıxdım, Riçard oynamadı. Məhz həmin qarşılaşmalar zamanı görüşmək imkanımız olub.
- Qazaxıstan və Azərbaycan çempionatlarını, futbolun ümumi durumunu müqayisə edə bilərsən? Onlar bizi nədə üstələyir, yaxud biz onları?
- Oxşar və fərqli cəhətlər çoxdu. Bunları bir-bir sadalamalı olsaq, gərək bir saat danışaq. Qazaxıstan çempionatında da gərgin rəqabət müşahidə olunur, burda da. Orda da futbola böyük sərmayələr yatırılır, burda da. Sadəcə, onlarda legionerlərin sayı hədsiz çoxdu. Çempionatları müqayisə etməli olsaq, arada ciddi fərqin olduğunu deməzdim. Düzdü, premyer-liqada 12 komanda mübarizə aparır. Ancaq gərginlik və rəqabət Azərbaycandakı kimidi. Azərbaycanda çempionluğa əsas namizəd “Qarabağ” olduğu kimi, orda da “Astana”dı. Dediyim kimi, oxşar və fərqli cəhətlər yetərincədi. Ümumilikdə böyük fərq yoxdu.
- İyunda Qazaxıstanda baş tutan yoldaşlıq görüşündə meydan sahibləri millimizi 3:0 hesabı ilə üstələməyi bacardı. Həmin qarşılaşmanı canlı izləyə bilmişdin?
- Təəssüf ki, həmin matça baxa bilmədim. Çox istəyirdim, amma alınmadı. Baxmaqdan başqa, həm də futbolçular və məşqçi heyəti ilə söhbətləşmək maraqlı olardı. Lakin oyun fasilə dönəminə təsadüf etdiyindən, ailəmlə başqa ölkədə istirahətdəydim. Sonradan nəticəni öyrəndim və xeyli təəccübləndim.
- Statistikaya baxıram, “Aktobe”də ən çox oyun keçirən futbolçulardan birisən. Komanda yoldaşın, Ermənistan yığmasının “milliləşdirilmiş” braziliyalısı Markos Pizzelli 18 qol vurduğu halda, sən rəqib qapılarına cəmi 6 dəfə yol tapmısan. Aşağı məhsuldarlıq mövqe dəyişikliyi ilə bağlıdı, yoxsa xüsusi səbəbi var?
- Uzun müddət zədəyə görə futboldan uzaq qaldım. Əvvəlki formamdan xeyli uzaqlaşmışdım. “Aktobe”də oynamağım mənim üçün ikinci start oldu. Yeni komandam olmasına baxmayaraq, uyğunlaşma dövrünü tez başa vurdum. Bunun nəticəsidi ki, əsas heyət üzvü sayılıram. Hər oyunda qol vurmağa çalışıram, amma bu dəqiqə mənim üçün ən vacibi “Aktobe”nin qələbə qazanmasıdı. Qol vurmayanda belə, ötürmə verməyə çalışıram. Razıyam, bu mövsüm qol sayı ürəyimcə olmadı. Sağlıq olsun, növbəti mövsümdə daha çox vurmağa çalışacam. O ki qaldı Pizzelliyə, kifayət qədər təcrübəli oyunçudu və ən vacibi sırf forvarddı. Üstəlik, uzun illərdi fasilələrlə “Aktobe”nin formasını geyir. Yəni mənim kimi uyğunlaşma ilə bağlı problem yaşamadı. Əsas odu, zədədən uzaq olum.
- Turistlər Bakıdan ölkələrinə qayıdanda çay, şəkərbura, paxlava, nar, konyak, şərab aparır. Maraqlıdı, Qazaxıstana qayıdanda çantanda bunlardan hansı(lar) olacaq?
- Birincisi, mən azərbaycanlıyam, turist deyiləm. İkincisi, mən bura nəsə alıb aparmaq üçün yox, dostlarımı görmək üçün gəlmişəm (gülür). Qayıdanda da yalnız özümlə gətirdiyim, içində paltarlarım olan çantamı aparacam. Vaxtilə Azərbaycanda çıxış edəndə Braziliyaya çox sayda suvenir və maraqlı əşyalar aparırdım. Ona görə də indi nəyəsə ehtiyac duymuram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar