11 okt 18:44aktual

Qurban Qurbanov iddialı danışdı

Qurban Qurbanov iddialı danışdı
“Komandam tam hazırdı və meydana möhkəm kollektiv kimi çıxacaq”
Dünən hər iki yığmanın – həm Azərbaycanın, həm də Farer adalarının baş məşqçisinin oyunöncəsi mətbuat konfransı erkən saata təyin olunmuşdu. Əvvəlcə yerli vaxtla səhər saat 10-da “Torsvollur” stadionunun konfrans zalında meydan sahiblərinin çalışdırıcısı Lars Olsen və komandanın futbolçusu Rene Yonsen mikrofonların qarşısına keçdi. Bəribaşdan qeyd edək ki, tədbiri 6 azərbaycanlı və cəmi 1 yerli jurnalist işıqlandırırdı. Baş məşqçi əvvəlcə ümumi fikirlərini çatdırdı:
- Bazar ertəsindən məşqlərə başlamışıq. Üç yaxşı məşq keçmişik və deyə bilərəm ki, komandam hazırdı. Rəqibin Kosovo və Malta ilə keçirdiyi qarşılaşmaları izləmişəm. Azərbaycan texnikalı futbola üstünlük verir və bilirəm ki, bizə sabah çətinliklər yaşadacaqlar. Son görüşdə səfərdə Kosovoya 0:2 hesabı ilə məğlub olduq. İnanıram ki, sabah daha yaxşı futbol oynayıb 3 xalı götürəcəyik.
- Azərbaycan yığması Farer adalarına qədər 14 saat yol qət edib. Bu məqam oyunun nəticəsinə nə dərəcədə təsir edə bilər?
- Əlbəttə, bu problemdi. Biz də cavab görüşü üçün eyni problemlə üzləşəcəyik. Azərbaycan yığmasının üzvləri həftəsonu çempionat oyunlarına çıxıblar, bu baxımdan yığmanıza çətin olacaq.
- Rene, sabah sizi 1 xal qane edəcəkmi? Ümumiyyətlə, “1-ci skripka” olmağa çalışacaqsızmı?
- Doğma azarkeşlərimiz qarşısında oynayırıq. Bizi yalnız 3 xal qane edir. Başqa nəticə haqda düşünmürük.
- Danimarka yığmasının heyətində bir dəfə kuryoz şəkildə Avropa çempionluğunu yaşamısız. Bəs bu dəfə Farer adalarının baş məşqçisi kimi sensasiyaya imza ata bilərsiz?
- Bəli, 26 il öncə Avropa çempionu olmağı bacarmışdıq. İndiki halda konkret bir söz deyə bilmərəm. Qarşıda xeyli oyun var. Futbol çox dəyişib. Biz yaxşı futbol sərgiləməyə çalışacağıq. Hətta qrupda qalib olsaq da, növbəti mərhələlər daha çətin olacaq.
- Sabahkı qarşılaşmada məğlubiyyəti göz önünə almısız?
- Xeyr, məşqçi heç vaxt məğlubiyyət barədə düşünməməlidi. Realistəm və bilirəm ki, rəqib çox güclüdü. Ancaq futbolda hər şey olur, necə ki, 1992-ci ildə Danimarka yığması ilə Avropa çempionu olmuşduq.
- “Qarabağ” həmyerliləriniz “Kopenhagen”lə avrokuboklarda qarşılaşıb və bu komandanı mübarizədən kənarlaşdırıb. Xəbəriniz varmı ki, rəqibinizin baş məşqçisi həmin mütəxəssisdi?
- Bilirəm. Omu da qeyd edim ki, yığmanızın “onurğa sütunu”nu “Qarabağ”ın futbolçuları təşkil edir.
- Oyunlar arasında 3 günlük fasilənin sizə problem yaratdığından şikayətlənmisiz. Azərbaycanla görüşdə daha güclü Farer adaları yığmasını görəcəyik? Ümumiyyətlə, sabahkı qarşılaşmanı daha önəmli sayırsız?
- Biz hər oyuna ciddi hazırlaşırıq. Hər bir qarşılaşmaya da maksimum önəm veririk. İndiki vəziyyətdə əsas düşüncəm Azərbaycanla görüşdü. Ümumilikdə isə bütün kiçik komandalar kimi, bizə də üç gündən bir oynamaq çətindi.
- Rene, sabah “Arsenal”la başabaş mübarizə aparmış futbolçulara qarşı oynayacaqsız. Bu məqam sənə və komanda yoldaşlarına təzyiq göstərmir?
- Hər zaman güclü futbolçularla oynamaq maraqlı olub. Qalib gəlsək, bu, bizə ikiqat xoş olacaq.
Yığmamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulan vaxtda - saat 12-də başladı. Təcrübəli mütəxəssis sualları cavablamağa Ukraynanın “Aleksandriya” klubunda legioner həyatı yaşayan Pavel Paşayevlə birgə gəldi. Bəribaşdan qeyd edək ki, Qurbanov oyunöncəsi çox danışmaq istəmədi və demək olar, bütün sualların cavabında bir vurğu var idi: “Nəyə qadir olduğumuzu sabah meydanda göstərəcəyik”.
- Bu gün danışmaqdan çox, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etmək üçün yaxşı hazırlaşmışıq.
- P.P.: Rəqibi təhlil etmişik. Taktiki cəhətdən intizamlı komandadı. Düzdü, uzun yol qət etmişik. Bir qədər istirahət etmişik. Ümid edirəm ki, sabah yaxşı oyun göstərə biləcəyik.
- Süni örtüklü meydan və futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim yetirmələrinizə nə dərəcədə mane olacaq? Üstəlik, meydanın ölçüləri də bir qədər standartlardan kiçikdi.
- Meydanla tanış oldum. Düşünürəm ki, hava şəraiti bizə problem yaratmayacaq. Çünki bu şərait hər iki komanda üçün eynidi. Meydanı gəzdim, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. Meydanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaşada bilər. Ancaq inanıram ki, uşaqlar bacardıqlarını ortaya qoyacaqlar. Biz indi fikrimizi yayındırmamalıyıq.
- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?
- Nə mən, nə də futbolçular bu haqda düşünürük. Sabah ən yaxşı futbolumuzu oynamalıyıq.
- Millətlər Liqasının görüşlərində yığmamız “dişsizliklə” yadda qalıb. Üstəlik Ramil Şeydayev də Rusiya təmsilçisi “Krılya Sovetov”da oyun praktikasının azlığından əziyyət çəkir. Bunun fonunda Rüfət Dadaşovun sabah start heyətində meydana çıxmaq perspektivi nə dərəcədə realdı və məşqdə gördüklərinizə əsasən “Proyssen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdı?
- Rüfət bizimlə cəmi 2 məşq edib. Bu toplanışda, ümumiyyətlə, az məşq etmişik. Sabah səhər baş tutacaq məşqdən sonra qəti qərar verəcəm. Hazırda heç bir problem və heç bir futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağını düşünürəm.
Meydan sahiblərinin açıq məşqi Lars Olsenin mətbuat konfransından dərhal sonra baş tutdu. Federasiyanın mətbuat xidmətinin nümayəndəsi “ilk 15 dəqiqə açıq olacaq, izləyə bilərsiz” desə də, hazırlıq prosesini sona qədər izləmək problem deyildi. Çünki konfrans zalının geniş pəncərəsindən meydanda başverənləri sona qədər izləmək mümkün idi. Yeri gəlmişkən, “Torsvollur” üç tribunadan ibarətdi. Əvvəl şərq tribunası da olub, ancaq sonradan söküblər. Hazırda həmin hissədə qazıntı işləri gedir. Maraqlıdı ki, mətbuat konfransı və məşq davam edə-edə, ekskvator tribunanın köhnə özülünü qazır, təmizlənib hamarlanmış hissəyə çınqıl töküb bərkitmə işi aparırdı. Meydanın həmin hissəsinə tor çəkilməməsi diqqətimizdən yayınmadı. Qarşılaşmaya qədər tor çəkilməsə, 90 dəqiqənin çox hissəsinin topları daşımağa sərf olunacağı şübhə doğurmur. Hələ onu demirik ki, aut xətti boyunca düzülən yüngül dəmir sədd meydanda özünü saxlaya bilməyib kənara çıxan futbolçular üçün də təhlükəlidi. Belədə kimsə 2-3 metrlik uçuruma yuvarlana bilər.
Farerlilərin məşqi yağış altında baş tutdu. Buna baxmayaraq, Olsenin yetirmələrinin həvəslə çalışması diqqətdən yayınmadı. Süni örtüklü meydan da futbolçuların çalışmasına imkan verirdi. Komanda onsuz da ölçüləri kiçik olan meydanın bir tərəfindən yararlandı. İsinmə hərəkətləri və “kvadrat”dan sonra ikitərəfli oyun baş tutdu ki, rəqibin kiçik ərazidə topla rahat və sürətlə davrandığını qeyd etməliyik. Hiss olunur ki, farerlilər top saxlamağı bacarır. Maraqlıdı ki, rəqib standart vəziyyətlər və qapıya zərbələr üzərində işləməyə ehtiyac duymadan məşqi başa vurdu. Yeri gəlmişkən, yanaşı meydanların birində Farer adalarının 21 yaşadək futbolçulardan ibarət yığması məşq edirdi. Yığmamızla birgə dördulduzlu “Foroyar” otelində məskunlaşan “cırtdanlar”ın gəncləri oktyabrın 12-də Litvanı sınağa çəkəcək ki, bu qarşılaşmada UEFA nümayəndəsi xanım həmyerlimiz Könül Mehdiyeva olacaq.
Yığmamızın məşqi bir saatdan çox çəkdi və çiskin yağış altında davam etdi. Qurban Qurbanovun 5 dəqiqəlik söhbətinin, yüngül qaçış və isinmə hərəkətlərinin ardından komanda toplu çalışmalar üzərində işlədi. Məşqin yarıdan çoxu isə cinah ötürmələrinin dəyərləndirilməsinə həsr olundu. Müşahidələrimə əsasən komanda üzvlərinin matça yaxşı kökləndiyini və yorğun görünmədiklərini deyə bilərəm.
MİRAĞA, Torshavn
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar