11 okt 18:36aktual

“Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər”

“Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər”
Zamiq Hüseynov “Sumqayıt”ın çıxışından razıdı
Premyer-liqada ilk dövrənin yekunlarını “Sumqayıt” üçün qənaətbəxş saymaq olar. “Gənclik şəhəri” təmsilçisinin 7 turdan sonra 10 xalla 4-cü pillədə qərarlaşması çoxlarını təəccübləndirdi. Halbuki mövsümlərarası fasilədə bəzi aparıcı futbolçularını itirən komandanın “relsdən çıxacağını” təxmin edənlərin sayı çox idi. Amma Nazim Süleymanov komandanı toparlamağı və premyer-liqada yüksək yerlər uğrunda mübarizəyə kökləməyi bacardı.
Halbuki komanda hələ də ev oyunlarını doğma meydanda keçirmir. Bazada aparılan təmir işlərinin gedişi və komandanın çıxışı ilə bağlı klubun idman direktoru Zamiq Hüseynovla danışdıq.
- İlk dövrə başa çatdı. Komandanın çıxışını necə dəyərləndirirsiz?
- Bildiyiniz kimi, yay fasiləsində “Sumqayıt”ın heyəti? demək olar ki, yenidən quruldu. Düşərgəyə çox sayda yeni futbolçular cəlb olundu. Eyni zamanda yeni baş məşqçi dəvət olundu. Bəlkə də çoxları inanmırdı ki, yenidən formalaşan “Sumqayıt” çempionata belə start verə bilər. Ən əsası odu ki, nəticə ilə yanaşı, baxımlı oyun da var. Bu da onu göstərir ki, düz yoldayıq. İlk dövrədən sonra “Sumqayıt” 10 xalla turnir cədvəlində 3-5-ci pilləri bölüşür ki, bunu qənaətbəxş nəticə saymaq olar.
- “Səbail”ə məğlub olduğunuz oyundan sonra baş məşqçi Nazim Süleymanov dolayı yolla da olsa, uğurlu seriyadan sonra bəzi futbolçuların eyforiyaya qapıldığını vurğuladı. Bəs siz necə düşünürsüz?
- Baş məşqçimizin açıqlaması ilə mən də tanışam. Ancaq Nazim müəllim orda siz dediyiniz məqam barədə heç nə deməyib. Məncə, heç bir eyforiyadan söhbət gedə bilməz. Sadəcə, “Səbail”lə qarşılaşmanın ilk dəqiqələrində komandanın oyunu alınmadı. Sanki oyunçularda bir qədər təlaş və həyəcan yarandı. Açığı, bir qədər də bəxtimiz gətirmədi. Hava şəraiti, daha dəqiq desəm, külək də əleyhimizə işlədi. Fasilədən sonra komanda, demək olar ki, təkqapı oynadı. Ancaq lazım olan qolu və ya qolları vura bilmədik. Məncə, “Səbail”lə qarşılaşma ilk dövrədə ən zəif təsir bağışladımız oyun oldu.
- Bəs ən yaxşı oyununuz?
- Təbii ki, “Qarabağ”la keçirdiyimiz matç. Hər komanda son illərin çempionuna qarşı açıq futbol oynamağa cəsarət etməz. Ancaq “Sumqayıt”bunu etdi. Bunun da qarşılığı ən azı 1 xal olmalıydı. Təəssüf ki, həmin görüşdə 1 xalı əlimizdən aldılar.
- Ot örtüyünün dəyişdirilməsi səbəbindən “Sumqayıt” ilk dövrədə ev oyunlarını “Kapital Bank Arena”da keçirə bilmədi. “Doğma divarlar”dan uzaq düşmək komandanın çıxışına hansısa formada təsir göstərdi?
- Hər bir komanda üçün doğma azarkeşlərin qarşısında oynamaq xoşdu. Xüsusilə də Sumqayıt kimi şəhərdə. Özünüz də bilirsiz ki, “Kapital Bank Arena”ın tribunaları daim dolu olur. Bəlkə də komanda ev oyunlarını Sumqayıtda keçirsəydi, hazırda hesabımızda daha çox xal olardı. Ancaq stadionumuz da təmir olunmalıydı. Yəqin ki, yaxın vaxtlarda komanda yenidən doğma yuvaya dönəcək.
- Stadiondan söz düşmüşkən, qısa müddətdə “Kapital Bank Arena”da xeyli işlər görülüb.
- Standartlara cavab verən süni örtüklü bir yadımçı meydanımız artıq hazırdı. Təbii örtüklü əsas və daha bir yardımçı meydanımız da qeyd etdiyim kimi, yaxın vaxtlarda istifadəyə veriləcək. Bundan başqa, iki süni örtüklü meydanımız da hazır olmaq üzrədi. Artıq örtük döşənib. Bütün işlər son 5 ayda görülüb. Əsas meydanın ətrafında daha bir tribuna cari mövsümdə azarkeşlərin ixtiyarına veriləcək. VİP-tribunanın sağındakı qapının arxasında isə üçmərtəbəli baza inşa etdirəcəyik. Bu işlər yaxın gələcək üçün nəzərdə tutulub. Gəlin razılaşaq ki, qısa vaxt ərzində infrastrukturda bu qədər yeniliyin olması təqdirəlayiqdi. Bəzi layihələrimiz də var ki, bu haqda indi danışmaq istəmirəm. Bütün işləri mərhələli formada gerçəkləşdirmək niyyətindəyik.
- “Sumqayıt”ın uğurlu çıxışı futbolçularınıza da diqqəti artırıb. Yayılan söz-söhbətə inansaq, qış fasiləsində bəzi aparıcı futbolçularınız başqa klublara üz tuta bilər. Bu sizi qorxutmur?
- Məncə, komandasında əsas heyət üzvü olan futbolçu heç vaxt qış fasiləsində başqa komandaya yollanmaz. Hər halda, yeni klub yeni kollektiv, fərqli ab-hava və oyun fəlsəfəsi deməkdi. Yeniliyə öyrəşmək üçün isə müəyyən vaxta ehtiyac duyulur. Kim öz isti yerini soyuq etmək istəyər?! Buna görə də inanmıram ki, aparıcı futbolçularımız qışda başqa klublara yollansınlar. Bir də onların hamısının bizimlə müqaviləsi var. Özü də biz əksər oyunçularımızla birillik yox, daha uzun müddətli müqavilələr imzalamışıq. Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər (gülür).
- Bəs özünüz necə, qış fasiləsində heyəti daha da gücləndirmək fikriniz var? Razılaşın ki, avrokuboklara vəsiqə qzanmağı hədəfləyən komandanın ehtiyat oyunçular skamyası geniş olmalıdı.
- Artıq indidən maraq dairəmizdə olan üç-dörd oyunçu var. Çıxışlarını izləyirik. Hər şey baş məşqçimizin istəyindən asılı olacaq.
- Necə düşünürsüz, bu yay həyata keçirdiyiniz transferlər özlərini doğrultdu?
- Heç bir klubda “gerşəkləşdiriyimiz transferlərin hamısı özünü doğrultdu” deyə bilməzlər. Bu, sadəcə, qeyri-mümkündü. Futbolda belə bir qayda var: 10 yeni oyunçudan 6-7-si komandaya fayda verə bilirsə, deməli, həmin klubda transfer siyasəti düzgün aparılıb. Bizimkilər də göz qabağındadı. Bu gün Aleksey İsayev, Əli Babayev futbol ictimaiyyətinin diqqətini cəlb edib. Əfran İsmayılov, Elvin Məmmədov da özlərini doğruldurlar. Elvin “Sabah”la, “Qarabağ”la oyunlarda meydanda ən yaxşılardan idi. Təəssüf ki, zədələndi. Əfran da həmçinin. Məmmədov artıq kollektivlə məşqlərə başlayıb. Yəqin ki, fasilədən sonra meydana çıxa biləcək.
- İdman direktoru kimi akademiyanın müxtəlif yaş qruplarının nəticələrinə də cavabdehlik daşıyırsız. Aşağı yaş qruplarında da artıq yarışlara start verilib. Geridə qalan turlara nəzərən uşaq komandaları barədə fikrinizi bilmək istərdik.
- Bu haqda danışmaq bir qədər tezdi. Elə liqa var ki, orda 2, elələri də var ki, cəmi 3 tur keçirilib. İlk oyunlara görə fikir bildirmək, aşağı yaş qrupları haqda nəsə söyləmək çətindi. Bu yay stadionda aparılan təmir işlərinə görə aşağı yaş qruplarımız bir qədər çətinliklə üzləşdi. Meydan problemləri var idi. Artıq bu çətinlik geridə qalıb və akademiyanın ixtiyarına bir neçə meydan verilib. Aşağı yaş qruplarının çıxışını qış fasiləsində müzakirə edə bilərik.
- Yeri gəlmişkən, birinci divizionda çıxış edən “Sumqayıt-2” 6 oyunda 5 qələbə qazanmaqla hazırda ikinci pillədə qərarlaşıb. “İkincilər”dən bu nəticəni gözləyirdiz?
- Desəm ki, Elbrus Məmmədovun komandasından belə çıxış gözləmirdik, yalan danışmış olaram. Mövsümün startı ərəfəsində baş məşqçi ilə söhbətimiz oldu. Həmin görüşdə Elbrus müəllim iddialı komanda qurduğunu bildirdi. “İkincilər”in uğuruna sevinirik. Ancaq ən çox ona şadıq ki, bu gün həmin komandada əsas kollektivə namizəd 6-7 gənc var. Onların hamısı da limitə düşür. Elvin Dəmirov, Süleyman Süleymanov kimi gənclərimiz bu gün U-21-ə dəvət alır. Onlardan başqa Yusif Nəbiyev, Süleyman Əhmədov da Rəşad Sadıovun rəhbərlik etdiyi yığmaya çağrılıb. Rəhbərlik olaraq, biz əsas komanda ilə yanaşı ehtiyat qüvvənin də inkişafında maraqlıyıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar