09 okt 19:11aktual

Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu

Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu
Yığmaya dəvət alan Riçard Almeyda Qazaxıstan çempionatının 29-cu turunda meydana çıxmayıb. Yarımmüdafiəçinin bu yay transfer olunduğu “Astana” səfərdə “Aktobe” ilə üz-üzə gəlib. Qonaqlar 2:1 hesablı qələbəyə sevinib. Almeyda matçı ehtiyat oyunçular skamyasından izləyib. "Astana" çempionluğa doğru inamla addımlayır. Paytaxt təmsilçisi hazırda 70 xalla vahid liderdi.
Keçək Portuqaliya sequndasına. Sözügedən birincilikdə 6-cı turun oyunları keçirilib. Renat Dadaşovlu "Eştoril” səfərdə “Akademika Koimbra” ilə qarşılaşıb. Meydan sahibləri 2:7 hesablı darmadağınla üzləşib. Dadaşov 65-ci dəqiqədə meydana çıxıb, 71 və 90-cı dəqiqələrdə fərqlənməyi də bacarıb. “Eştoril” 12 xalla 4-cü yerdədi.
Renatın qardaşı Rüfət həftəsonu forma geyib. Lakin onun komandası qələbə qazanmayıb. Belə ki, “Proyssen” Almaniyanın 3-cü liqasında 11-ci tur çərçivəsində səfərdə “Unterhahinq”lə qarşılaşıb. Münster klubu bu oyundan 1 xalla ayrılıb (1:1). Rüfət də bu görüşün iştirakçısı olub. O, “Proyssen”in start heyətində meydana çıxıb və əvəzlənməyib. Adı çəkilən komanda 19 xalla üçüncüdü.
Latviyanın birinci liqasının 20-ci turunda Vüqar Əsgərovlu “Dauqavpils” səfərdə “Stayçeles Bebri” ilə qarşılaşıb. Qonaqlar 5 cavabsız qolla qalib gəlib. Vüqar start heyətində meydana çıxıb, 68-ci dəqiqədə əvəzlənib. Vurduğu 25 qolla həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib. “Dauqavpils” 20 turdan sonra 52 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.
Yığmadan uzaq düşən Eddi İsrafilov da son turda oynayıb. Onun formasını geydiyi “Alkorkon” İspaniya sequndasının 8-ci turunda “Las Palmas”ın qonağı olub. Həmin görüşdə qol səsi çıxmayıb. İsrafilov start heyətində yer alıb və sonadək meydanda olub. Eddi 72-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Hazırda 15 xala malik “Alkorkon” turnir cədvəlinin dördüncüsüdü.
Daha bir yığma üzvü millinin düşərgəsinə qələbə əhval-ruhiyyəsi ilə gəlib. Söhbət “Aleksandriya”nın müdafiəçisi Pavel Paşayevdən gedir. Ukrayna premyer-liqasında 11-ci turun oyunları gerçəkləşib. “Aleksandriya” doğma meydanda Odessa “Çernomorets”i ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Paşayev oyunu əvəzlənmədən keçirib, 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Hazırda “Aleksandriya” turnir cədvəlində 3-cü yerdədi.
Almaniyanın 2-ci bundesliqasında 9-cu tur Dmitri Nazarov üçün uğurlu alınıb. Onun formasını geydiyi “Ertsgebirge” "doğma divarlar" arasında “Holştayn”la münasibətlərinə aydınlıq gətirib. Aue təmsilçisi minimal fərqlə qələbə qazanıb - 2:1. Nazarov 86-cı dəqiqədə meydana çıxıb. Komandasının qələbə qolunu da Dmitri vurub. O, 90-cı dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib. “Ertsgebirge” hazırda 10 xalla 13-cüdü.
Rusiya premyer-liqasında 10-cu turun oyunları keçirilib. Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” doğma meydanda Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Meydab sahibləri minimal hesabla qalib gəlib - 1:0. Ramil görüşün iştirakçısı olmayıb. Yığma üzvü qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. “Krılya Sovetov” 10 turdan sonra 10 xal toplayıb və 16 iştirakçı arasında 12-ci yerdədi.
Hollandiyanın ikinci liqasında növbəti matçlar reallaşıb. Ziya Əzizovun şərəfini qoruduğu “Neymegen” 8-ci turda səfərdə “Almere Siti” ilə qarşılaşıb. Qonaqlar 0:1 hesabı ilə məğlub olub. Ziyanın adı matçın iştirak ərizəsinə salınmayıb. “Neymegen”in hazırda 15 xalla 5-ci pillədə qərarlaşdığını da qeyd edək.
Uzun müddətdi yığmadan uzaq düşən Dəniz Yılmaz da şans qazanmayanlardandı. Belə ki, Türkiyənin 1-ci liqasının 8-ci turunda “Gənclərbirliyi” səfərdə “Altay”ın qonağı olub. Qonaqlar meydandan 3 xalla ayılıb (1:0). Zədəli olduğuna görə Dənizin adı “Gənclərbirliyi”nin iştirak ərizəsinə daxil edilməyib. Maksimum nəticə göstərən bu komanda turnir cədvəlinin lideridi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Bu gün, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Bu gün, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Bu gün, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Bu gün, 14:56 Əliyarı finala layiq görmədilər Bu gün, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bu gün, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Bu gün, 14:12 Mahirdən şübhəli mesaj Bu gün, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Bu gün, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Bu gün, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Bu gün, 14:00 Emildən növbəti “quru” oyun Bu gün, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Bu gün, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Bu gün, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Bu gün, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Bu gün, 13:51 “Keşlə” sabah toplanışa başlayır Bu gün, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Bu gün, 13:39 Həftənin idman proqramı Dünən, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar