09 okt 19:05aktual

“Qəbələ” radikal dəyişikliklər astanasında

“Qəbələ” radikal dəyişikliklər astanasında
Beşulduzlu oteli “Gilan”a dəyişən komanda Tərlan Əhmədova tapşırıla bilər
Son illər ölkə futbolunda dəbi müəyyənləşdirən, adı daim iddialılar sırasında çəkilən, iki il ardıcıl Avropa Liqasında 4 mərhələ adlayaraq qrup mərhələsinə yüksələn və bununla da Avropa mediasının diqqət mərkəzinə düşən “Qəbələ” 2018/19 mövsümündə az qala həvəskar komanda təsiri bağışlayır. Avroliqanın ilk mərhələsində Lüksemburq “Proqres”inə boyun əyərək mübarizədən kənarda qalan “qırmızı-qaralar” premyer-liqanın ilk turunda “Səbail” üzərində parlaq qələbə qazanmaqla azarkeşlərini ümidləndirsə də, ilk dövrənin qalan oyunlarında uğurun davamını gətirə bilmədi. Daim ilk “üçlük”də görməyə adət etdiyimiz şimallılar bu gün 5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb ki, bu da rəhbərliyin arzuları ilə real durumun uzlaşmamasından xəbər verir.
Gözlənilən, amma reallaşmayan siyasət
Ötən mövsüm, kubokun finalına bir neçə gün qalmış ölkənin idman mətbuatının manşetlərini bir xəbər “bəzəyirdi”: “Qəbələ” “doğma divarlar” arasında “Keşlə”nu udub tarixində ilk dəfə titul qazanmasa, klub prezidenti Tale Heydərov strategiyanı dəyişəcək. Uzun illər şimallıların inkişafına sərmayə qoyan iş adamı yüksək ödənişli legionerlərdən imtina edərək, “Qəbələ” Futbol Akademiyasının yetimələrinə əsas komandada oynamaq şansı qazandıracaq. Həmin vaxt istər futbol ictimaiyyəti, istərsə də mətbuat “Qarabağ”ın əsas rəqibinin zəifləməsinin ölkə futboluna ağır zərbə vuracağını söyləyirdi. Mayın 28-də “Qəbələ” kuboku başı üzərinə qaldıra bilməsə də, rəhbərlik mövsümlərarası fasilədə radikal islahatlara qol qoymadı. Baqali Dabo, Filip Ozobiç, Famussa Kone kimi aparıcı əcnəbilər klubu tərk etsə də, əvəzində Albaniya yığmasının üzvü Sabien Lilay, Toqo millisinə dəvət alan Lalavele Atakora, nigeriyalı Ceyms Adeniyi komandaya dəvət olundu. Təmkin Xəlilzadə, Rauf Əliyev, Cavid Hüseynov kimi təcrübəli yerlilər, “çərçivə”də etibarlı oyunu ilə ad çıxaran Dmitri Bezotosnı da 2018/19 mövsümündə “qırmızı-qaralar”ın uğurları üçün tər tökəcəkdi. Bu isə ondan xəbər verirdi ki, yayda Qazaxıstan “Astana”sına yollanan Roman Qriqorçuku baş məşqçi postunda əvəzləyən Sənan Qurbanovun sərəncamında yenə döyüşkən, təcrübəli futbolçulardan qurulmuş, medallara iddialı komanda olacaq. Sənan bəyin kollektivin aparıcı oyunçuları ilə “isti münasibət”də olması da şimallıların ən azı ötən illərdə olduğu kimi mövsümü ikinci pillədə başa vura biləcəyindən xəbər verirdi. Ancaq necə deyərlər, sən saydığını say, gör Qurbanovun özünə yaxın bildiyi təcrübəli Cavid, Asif və başqaları nə sayır...
Radikal islahatlara yol açan “torbatikmə”
Ötən mövsüm 4 oyun cəzalanan Cavid Hüseynov cəzasının 1 oyununu ötən “futbol ili”ndə çəksə də, yeni mövsümdə 3 qarşılaşmanı buraxmaq məcburiyyətində idi. Məhz kapitanın yoxluğunda “Qəbələ” ilk 3 turda heç də pis təsir bağışlamadı. Yuxarıda qeyd etdiyimiz kimi, “Səbail”i 3 cavabsız qolla məğlub edən “qırmızı-qaralar” “Neftçi”yə məğlub olduqları matçda da pis təsir bağışlamamışdı. Qurbanovun komandası xüsusilə həmin görüşün ikinci yarısında sərgilədiyi oyunla ən azı heç-heçəyə layiq idi. “Sumqayıt”la qarşılaşmada isə qonaqlar, sadəcə, əsas vaxta əlavə olunmuş dəqiqələrdə “status-kvo”nu bərpa etdilər ki, bu da onlara çətin səfərdən 1 xalla dönmək üçün yetərli oldu. İlk dövrənin qalan matçlarında artıq “Qəbələ”nin kapitanı, cəzasını başa vuran Cavid geri dönmüşdü. Onun adını boş yerə hallandırmadıq və şimallıların uğursuzluğunun səbəbini araşdırarkən bu məqama elə-belə toxunmadıq. İlk dövrənin qalan 4 oyununda Hüseynov “Sabah”la görüş istisna olmaqla - onda da 46-cı dəqiqədə meydana çıxıb – digər 3 matçda start heyətində yer alıb. Və həmin matçlarda kapitan meydanda ən zəiflərdən biri olub. Ümumiyyətlə, Cavid kobud da səslənsə, cari mövsümdə, sadəcə, meydanda “ayağını sürüyür”. Yarımmüdafiəçi nə əəvəlki kimi komandaya can yandırır, nə də kapitan kimi komandanı arxasınca daşıyır. Halbuki Qriqorçukun sevimlisi olan yarımmüdafiəçi ukraynalı mütəxəssisin dönəmində az qala başı ilə “sürüşmə” fəndi edirdi. “Zirə” ilə görüşdə yol verdiyi səhv isə... Onun son dəqiqələrdə meydanın mərkəzinə paralel ötürməsini heç uşaq futbolunda etmirlər. Onun kimi “Qəbələ”nin daha bir təcrübəli ismi – Asif Məmmədov da ötən illərlə müqayisədə çox zəif təsir bağışlayır. O da ilk dövrədə meydanda olduğu oyunlarda təcrübəsinə uyğun oyun sərgiləməməklə yadda qaldı. Legionerlərdən Voislav Stankoviç də meydanda “piyada gəzməklə” diqqəti cəlb etdi. Qurbanovun əsas hücumçu gözündə gördüyü Rauf Əliyevin isə performansından danışmağa dəyməz. Şimallıların əsas qol silahı əksər matçlarda 100 faizlik qol imkanlarını bilərəkdən və ya şansızlıqdan boşa verməklə yadda qaldı. Forvard bəzən 5 metrdən “çərçivə”yə düşə bilmirdi ki, bu da onun peşəkarlığını kölgə altına salır.
Keçmişə dönüş
Yuxarıda qeyd etdiyimiz məqamlar, deyəsən, klub rəhbərliyinin də gözündən yayınmayıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, ilk dövrədə qeydə alınan uğursuz nəticələrdən sonra rəsmilər radikal dəyişiklik etmək haqda düşünür. Belə ki, bu gün heyətdə yer alan təcrübəli yerlilərin bir çoxu və əksər legionerlərlə qışda yollar ayrılacaq. Və “Qəbələ”nin heyəti yenidən komplektləşəcək. O da ola bilər ki, rəhbərliyin etimadını itirmiş bəzi yerli oyunçular, ümumiyyətlə, ikinci dövrədə düşərgədə görünməsin. Baş məşqçi kreslosunda əyləşən Sənan Qurbanovun taleyinə isə bu gün aydınlıq gəlməlidi. Yeri gəlmişkən, komanda məhz bu gün doğma rayonda bir araya gələcək. Diqqəti çəkən daha bir məqam “Qəbələ”nin məskunlaşacağı məkanla bağlıdı. Mənbəmiz onu bildirdi ki, komandanın uğursuz nəticələrindən narazı qalan rəhbərlik daha sərt addımlar atmağa qərar verib. 2013-cü ildən üzü bu yana ilk dəfə futbolçular rayondakı “Qafqaz” otellər şəbəkəsinə daxil olan 5 ulduzlu oteldə yox, vaxtilə akademiyanın uşaq və yeniyetmə futbolçularının yaşadığı “Gilan”da qalacaq. Bu da ondan xəbər verir ki, klubun başbilənləri hər şeyə sıfırdan, yəni uğurun bünövrəsi qoyulduğu yerdən başlamağı qətiləşdirib.
Tərlan Əhmədovun separat danışıqları
“Qəbələ”nin ilk dövrədəki uğursuz çıxışını əldə bayraq tutan bəzi media orqanları tezliklə “qırmızı-qaralar”da baş məşqçi dəyişikliyinin reallaşacağı xəbərini tirajladılar. Hətta Qurbanovu əvəzləyəcək mütəxəssisin adı çəkildi. Söhbət ötən mövsüm “Neftçi”ni çalışdıran Tərlan Əhmədovdan gedir. Ancaq bu xəbər gündəmə çıxandan az sonra Tərlan bəy mətbuata açıqlama verərək, “Qəbələ” ilə heç bir danışıq aparmadığını bildirdi və söz-söhbətə nöqtə qoydu. Bununla belə, kluba yaxın mənbəmizin sözlərinə görə, Tərlan bəy, sadəcə, vaxtından əvvəl özünü “yandırmamaq” üçün mediaya belə açıqlama verib. Əslində isə “ağ-qaralar”ın sabiq çalışdırıcısı ortaq tanışlarının vasitəsi ilə Heydərova ismarıc göndərib və bildirib ki, baş məşqçi təyin olunacağı halda komandanı uğura daşıya bilər. Hətta mənbəmiz onu da vurğuladı ki, Tərlan bəy artıq indidən qış fasiləsində komandaya dəvət edəcəyi futbolçularla danışığa başlayıb. Onların arasında isə “Sumqayıt”ın futbolçuları üstünlük təşkil edir.
Klub rəsmisi bu həftəni nişan verdi
Yazıda qeyd etdiyimiz bütün məqamlara aydınlıq gətirmək üçün “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy bizə qısa açıqlamasında bunları bildirdi: “Bütün suallara qarşıdakı həftədə aydınlıq gələcək. Bu gün mətbuatda “Qəbələ”nin uğursuzluğu ilə bağlı çox sayda yazılar dərc olunur, hər gün müxtəlif xəbərlər paylaşılır. Ancaq unutmayaq ki, klubun rəhbərliyi var və son qərar da onlara məxsusdu”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar