09 okt 19:01aktual

“Araz”ı döyüb yola saldılar

“Araz”ı döyüb yola saldılar
Araz – Luçeneç (Slovakiya) 2:5 (2:2)
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 9. Oqtay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev; 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev (k), 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio da Silva.
Luçeneç: 1. Riçard Oberman, 6. Atilla Fehervari (k), 10. Ribeyro Fereyra, 13. Anton Brunovski, 14. Rikardo Kamara; 19. Peter Mikus, 20. Erik Klema, 9. Peter Petik, 12. Peter Koçis, 15. Robert Qresko, 17. Kuxaydik Juray, 18. Adrian Xristov.
Baş məşqçi: Marian Berki.
Qollar: N.İsmayılov, 5 (1:0). R.Çovdarov, 6 (2:0). R.Qresko, 19 (2:1). A.Fehervari, 20 (2:2). R.Kamara, 30 (2:3). A.Fehervari, 34 (2:4). A.Fehervari, 36 (2:5).
Vərəqələr: O.Rüstəmli, 10. K.Juray, 28 – sarı.
Hakimlər: Sven Ayxler (Almaniya), David Şerli (İsveçrə), Kamil Çətin (Türkiyə).
6 oktyabr. Luçeneç. Sportova hala Arena.
Futzal üzrə Çempionlar Liqasında çıxış edən “Araz”ın mübarizəni dayandırdığı ilk iki turdan sonra bəlliydi. Sadəcə, şənbə günü yerli “Luçeneç”lə görüş təsəlli xarakteri daşıyırdı. Slovakiya çempionunu məğlub etməklə qrup ikincisi olmaq mümkün idi. Çünki qrupun digər oyununda Malta “Valetta”sını 5:0 hesabı ilə məğlub edən Litva “Vytis”i elit mərhələyə vəsiqəni maksimum nəticə ilə təmin etmişdi. Belədə Alesio və yetirmələrinin bəhanəsi olacaqdı: “Gördüz, biz yalnız büsbütün braziliyalılardan qurulan kollektivdən geri qaldıq”. Ancaq “Araz” bunu da bacarmadı.
Oyuna Rövşən – Ramiz – Oqtay – Nihad - Samir “5-liy”i ilə start verən Naxçıvan təmsilçisi “qırmızı” cəzalıları – İsa Atayevlə Adəm Həbibovun və ilk iki turda aldığı sarı vərəqələrə görə komandaya kömək edə bilməyən Xətai Bağırovun, eləcə də zədəli Rizvanın xidmətindən məhrum idi. Düzdü, kapitanın adı protokola daxil edilmişdi. Ancaq Alesio formal oyunda onu sonadək meydana buraxmadı.
Əslində “Araz” oyuna pis başlamadı. Daha doğrusu, 5 dəqiqə 2 saniyə sonra tabloya 2:0 həkk olunmuşdu. Avrokuboklarda ilk qolun sevincini yaşayan Nihad İsmayılovun fərqlənməsindən 53 saniyə sonra Ramiz 2-ci topu rəqib qapısından keçirdi. Hissənin yarısı normal keçdi. Ancaq ilk “5-lik” yorulandan sonra problemlər özünü göstərməyə başladı. Ehtiyatda cəmi iki meydan oyunçusu var idi ki, Alesio vaxt udmaq və yetirmələrinə dinclik vermək üçün tez-tez qapıçını meydan oyunçusu ilə əvəzləyirdi. Amma bu da kömək etmədi. Slovakiyalılar birinci hissənin sonuna 1 dəqiqə 50 saniyə qalmış fərqi azaltdılar, qonq səsinə az qalanda isə bərabərlik qolunu vurdular. Beləliklə, tərəflər fasiləyə 2:2 hesablı bərabərliklə yollandı.
İkinci hissənin ortalarında “Luçeneç” hesabda önə keçdikdən sonra Alesio yenə riskli taktikaya əl atdı. Bu isə “ölüm”ü yaxınlaşdırdı. Boş qapıya daha iki qol vuran meydan sahibləri görüşdən 5:2 qalib ayrıldı. Nəticədə “Araz” ardıcıl ikinci qitə turnirini elit mərhələyə yüksəlmədən tərk etdi. Naxçıvan təmsilçisinin yarışı qələbəsiz başa vurması fiaskodu. Komanda son 10 ildə ilk dəfəəsas mərhələni qalib gəlmədən bitirdi. Sözsüz ki, kimsə bu uğursuzluğa görə hesabat verməlidi.
1. Vytis 3 3 0 0 9-2 9
2. Luçeneç 3 2 0 1 11-8 6
3. Araz 3 0 1 2 3-7 1
4. Valetta 3 0 1 2 4-10 1

Reaksiyalar
Joze Alesio da Silva: “Bu gün daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdi. Qarşılaşmanın əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem fasilədən sonra özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu.
Turnirə gəlincə, indi kiçik klub anlayışı qalmayıb. İlk gündən qrupun favoritinin “Vytis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdı. Uşaqlar mübarizə apardı. Yekun hamımız üçün üzücüdü”.
Nihad İsmayılov: “Oyuna yaxşı başladıq. Heyətlə bağlı problemimiz var idi. Üç oyunçumuz cəza, biri isə zədə üzündən meydana çıxmamışdı. Əvvəlki qarşılaşmalarda meydanda az olsam da, bu dəfə ilk dəqiqələrdən komandama kömək etməyə çalışdım. Bir neçə futzalçımız var ki, bu cür yarışlarda ilk dəfə iştirak edir. Bunu da nəzərə alsaq, birinci hissədə pis oynamadıq. Hətta avrokuboklarda ilk qolumu vurdum, bunun davamlı olmasını arzulayıram. İkinci yarıda yorğunluq sözünü dedi. Əslində turnirə yaxşı hazırlaşmışdıq. Sadəcə, idman xoşbəxtliyi bu dəfə rəqiblərimizin tərəfində oldu".
Samir Həmzəyev: "Oyunçuların sayı az idi ki, nəticədə meydandakı futzalçılar yoruldu. Heyətimizdə gənc futzalçılar da var. Bir qədər ustalıq istənilən səviyyədə deyildi. Çünki bu komandada hər zaman legionerlər çıxış edib və onlar ustalıq səviyyəsinə görə seçilib. Bu dəfə həmin ustalıq səviyyəsi çatmadı. Nəticədə yaratdığımız qol epizodlarını realizə edə bilmədik”.
Oqtay Rüstəmli: “Çətin vəziyyətdə idik. Uşaqların bir neçəsi məlum səbəblərdən meydana çıxa bilmədi. Ona görə də meydanda olan oyunçulara çox yük düşdü. Yorulduq, ardıcıl qollar sayəsində qazandığımız üstünlüyü qoruya bilmədik. Təsəvvür edin, rəqib dörd-dörd əvəzetmə edirdi, bizdə isə bir oyunçu çıxır, digəri daxil olurdu. Rəqibin say üstünlüyü hesaba təsir edən başlıca məqam idi. Təbii ki, bu nəticə üzücüdü. Ardıcıl ikinci mövsümdü ki, elit-raunda yüksələ bilmirik. Turnir göstərdi ki, daha çox məşq etməli, çalışmalıyıq”.
MİRAĞA
wow look it is tablet

b6dd how is may treat ed

does is really work men

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Bu gün, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Bu gün, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Bu gün, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Bu gün, 14:56 Əliyarı finala layiq görmədilər Bu gün, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bu gün, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Bu gün, 14:12 Mahirdən şübhəli mesaj Bu gün, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Bu gün, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Bu gün, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Bu gün, 14:00 Emildən növbəti “quru” oyun Bu gün, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Bu gün, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Bu gün, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Bu gün, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Bu gün, 13:51 “Keşlə” sabah toplanışa başlayır Bu gün, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Bu gün, 13:39 Həftənin idman proqramı Dünən, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar