05 mar 14:41aktual, manset

“Biz tunelə girəndə həmin adamlar orda idi”

“Biz tunelə girəndə həmin adamlar orda idi”
Əliyar Ağayev Gəncədə yaşananlara aydınlıq gətirdi

Dünən futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu İntizam Komitəsinin (İK) çıxardığı qərarlar oldu. İK-nın budəfəki toplantısında “Qəbələ”yə ümumilikdə 38400 manat cərimə kəsildi. Klubun bir neçə üzvü cəzalandı. Təbii, mövsümün ən ağır cəzası ilə üzləşən “Qəbələ” rəsmiləri haqsızlığa uğradıqlarını dilə gətiriblər. Bu üzdən qarşı tərəfin, təzyiqə məruz qalan hakimlər briqadasının da məsələ ilə bağlı fikirlərini öyrənməyi lazım bildik.
Məlum olduğu kimi, “Kəpəz” – “Qəbələ” (1:1) matçının baş hakimi Əliyar Ağayev bir gün öncə “hansı zamanda yaşayırıq ki, kimsə kimisə döyə” fikirlərini səsləndirmişdi. Ancaq İK-nın qərarlarından belə aydın olur ki, hakimlərə fiziki təzyiq olub. Bununla bağlı sualımızı Ağayev belə cavabladı: “Həmkarınız məndən soruşdu ki, səni kimsə vurub? Dedim vurmaq olmayıb, amma vurmağa cəhd olub. Bütün bunlar oyunun protokolunda qeyd olunub. Qərar çıxar, özləri də tanış olarlar. Bəziləri elə danışır ki, elə bil biz kimisə vurmuşuq. O, qeyri-obyektiv yazıların arxasında kimlərin və nələrin dayandığı məlumdu. Niyə axı olmayan bir şeyi protokola yazaq? Pis çıxmasın, bizim kiminləsə qərəzimiz yoxdu. Belə idisə, niyə biz tanımadığımız adamları yazırdıq? Yalan danışan idiksə, tanıdıqlarımızın – Səbuhinin, Zaurun adını çəkərdik. Deyərdik ki, onlar bizə əl qaldırıb. Halbuki onlar bizim yanımızda idilər, heç biri vurmağa cəhd etmədi. Söyüşü demirəm. Yalan danışan idik, yazardıq ki, elə onlar bizi vurub da. Düz deyil? Təbii, tunelə jurnalisti buraxmırlar ki, kimsə görsün. Sonra deyirlər, şişirdiblər. Bizim nəyimizə lazımdı şişirdək”.
Bəs görəsən, hakimlər briqadasından kimi vurublar? FİFA refersini dinləyək: “Fərqi yoxdu kimdi, orda komanda üzvlərindən birinə təzyiq olub. Biz tunelə girəndə həmin adamlar orda idi. Adlarını unutmuşam. Cəhd etdilər, mənə əl atdı, amma dəymədi, sonra bizi çıxartdılar. Orxan dedi ki, səni vurmağa cəhd edəndə mənə dəydi. Orxana dəyib”.
Maraqlıdı, bu qarşıdurma zamanı polislər niyə insidentin qarşısını almayıb? Birdən elə hakimlər briqadasına ciddi xəsarət yetirilərdi. Bu haqda Ağayevin fikirləri belə oldu: “Polis var idi. Ancaq ani olan bir şeydi. Yəqin polis də gözləməyib. Elə aranı sakitləşdirən asayiş keşçikçiləri oldu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar