03 okt 22:14aktual

Zaur Axundov Milinkoviçin taleyinin nəticədən asılı olduğunu dedi

Zaur Axundov Milinkoviçin taleyinin nəticədən asılı olduğunu dedi
“6 oyuna 2 xal qazanan komandadan kim razı ola bilər?”
Premyer-liqanın 6-cı turunda “Qəbələ”nin qonağı olan “Keşlə” səfərdən bir xalla dönməyi bacardı. Halbuki əksər mütəxəssislər “qırmızı-qaralar”ın paytaxt təmsilçisini asanlıqla məğlub edəcəyini düşünürdü. Oyunu izləyənlər arasında “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov da var idi. Qəbələyə yaxın çevrəsi ilə təşrif buyuran Axundov 90 dəqiqə boyunca çox həyəcanlı görünürdü. Bəzən əsəblərinə hakim çıxa bilməyərək, bəzi futboçulara necə oynamalı olduğunu başa salır, bəzilərinə isə narazılığını bildirirdi. Hakimin final fitindən sonra nəticədən razı qalaraq komandasını alqışlayan Zaur bəy böyük məmnunluqla jurnalistlərin suallarını da cavabladı.
- Komandanızın Qəbələdəki oyunu sizi razı saldı? "Keşlə”nin oyununda irəliləyiş olduğunu demək mümkündü?
- Demək olmaz ki, əvvəlki oyunlarla müqayisədə xeyli irəliləyiş var. Varsa da, bu cüzidi. Yenə uşaq səhvləri oldu. Təbii, 3 xal qazana bilərdik. Ancaq qələbəni bizim kimi, "Qəbələ” də əldə edə bilərdi. Fikrimcə, hesab oyuna görə oldu. Problemlərimiz çoxdu.
- Bu gün konkret “Keşlə”də hansı problemlərin olduğunu deyə bilərsiz?
- Futbolçular hələ meydanda bir-birini başa düşmürlər. Onlar öz üzərlərində işləməlidilər.
- Ötən ay Millətlər Liqasının oyunlarıyla bağlı çempionatda yaranan 3 həftəlik fasilə ərəfəsində klubdaxili iclas keçirib, futbolçularınıza sərt formada iradlarınızı bildirmisiz. Bundan sonra 3 tur keçdi, ancaq hələ də qələbə qazanılmayıb. Belə çıxır ki, həmin toplantının effekti olmayıb...
- Bilirsiz, vaxt lazımdı. Baş məşqçi yenidi. O da çalışır ki, nəticə olsun. İki futbolçumuz - Miloş Bosanciçlə Adrian Skarlatake gedib. Demək olar, çempionat gedə-gedə yenidən komanda qurulur. Bilirsiz ki, yaxın günlərdə yığmanın oyunu ilə bağlı premyer-liqada fasilə olacaq. Ümid edirəm ki, bu fasilə işimizə yarayacaq. Futbolçuların bir-birini yaxşı başa düşməsi, xətlərarası anlaşmasının yüksək səviyyəyə çatması yönündə fasilədən maksimum faydalanmalıyıq.
- Serbiyalı baş məşqçiniz Mladen Milinkoviçə etimad limitiniz nə qədər olacaq?
- Hələ ki baş məşqçi vəzifəsində çalışır. Onun işindən razıyıq. Amma təbii ki, bu futboldu, heç kim bir yerdə çox qala bilməz. Hələ Milinkoviçə etimad göstəririk və bir yerdə çalışırıq. Ancaq onun qarşısına öhdəlik qoyulub ki, bu cür komanda sonuncu yerdə getməməlidi.
- Nəticələr ürəkaçan olmasa, qış fasiləsində baş məşqçi postunda dəyişiklik olması mümkündü?
- Bu, hər gün, hər saat ola bilər. Elə də ola bilər ki, baş məşqçi postunda 3-5 il də qala bilər. Futbolda əsas nəticədi. İstənilən klubda olduğu kimi, bizdə də nəticəyə əsasən qərar verilir.
- Siz də klub rəhbəri kimi hazırkı nəticədən narazısız...
- Təbii, 6 oyuna 2 xal qazanan komandadan kim razı ola bilər? Üstəlik, bu, kuboku almış komanda olsun. Əlbəttə, nəticədən razı deyiləm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar