03 okt 19:15aktual

Futbol ailəsində yeni ad

Futbol ailəsində yeni ad
Elxan Məmmədov: “Mahirlə Ruslan növbəti qolu “Procter&Gamble”ə həsr edəcək”
Dünən Bakı Olimpiya Stadionunda AFFA ilə dünyanın tanınmış şirkətlərindən biri olan "Procter&Gamble” arasında tərəfdaşlığa dair müqavilə imzalandı. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, şirkətin Azərbaycan və Gürcüstan üzrə baş direktoru Değer Kurtaslanoğlu ilə yanaşı, millinin baş məşqçisi Qurban Qurbanov, ölkənin əsas komandasının üzvləri Ruslan Qurbanov və Mahir Mədətov da iştirak edirdi.
Əvvəlcə onu bildirək ki, tədbir saat 10-na planlaşdırılsa da, bir qədər gec başladı. Ona qədər isə tədbirə dəvət olunan qonaqlar, media nümayəndələri iki-iki, üç-üç qruplara bölünərək bir tərəfə çəkilib söhbət etməklə yadda qaldılar. Tədbirə deyilən vaxtdan 30 dəqiqə əvvəl gələn Qurban bəy "Procter&Gamble” şirkətinin baş direktoru ilə ikilikdə söhbətləşirdi. Onların şirin-şirin danışmasından belə qənaətə gəlmək olardı ki, hər iki şəxs bir-birini çoxdan tanıyır. Ancaq hardan? Bu sual çoxlarını düşündürsə də, cavabını doğru-dürüst bilən yox idi. Sonradan məlum oldu ki, yığmanın çalışdırıcısı illər öncə P&G ilə əməkdaşlıq edib. Daha dəqiq desək, Qurbanov “Gillette”in reklam simalarından biri olub. Hadisələri qabaqlayaraq onu da qeyd edək ki, bununla bağlı hətta tədbirdə Qurban bəyə sual da ünvanlandı. 46 yaşlı mütəxəssis bir neçə il əvvəl yaşanan əməkdaşlığı yada salaraq bunları söylədi: “Bəli, vaxtilə şirkətlə işbirliyimiz olub. Ancaq indiki məqamda bu əsas deyil. Əsas odu ki, "Procter&Gamble” kimi tanınmış şirkət AFFA ilə əməkdaşlıq edəcək. Ola bilsin, onlara baxıb başqa tanınmış şirkətlər də ölkədə futbolun inkişafına yatırım etmək fikrinə düşələr”.
Tədbirə gəlincə, ilk söz assosiasiyanın baş katibi Elxan Məmmədova verildi. Məmmədov qonaqları salamladıqdan sonra Azərbaycan futbol ailəsinə yeni üzvün qoşulduğunu bildirdi: “Gündəlik həyatımızın hər addımında məhsullarından istifadə etdiyimiz bu şirkət artıq futbolda da fəal olacaq. Əməkdaşlığa görə P&G-ə təşəkkür edirəm”.
Şirkətin Azərbaycandakı baş direktoru Değer Kurtaslanoğlu gördükləri işlərdən və idmana verdikləri dəstəkdən danışdı. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə dəstək verdiklərini, eləcə də 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarına baş sponsorluq etdiklərini xatırlatdı. Kurtaslanoğlu çıxışını başa vurduqdan sonra tərəflər arasında rəsmi müqavilə bağlandı. Yığmanın baş məşqçisi və AFFA-nın baş katibi P&G-in Azərbaycan üzrə baş direktoruna millinin “10” nömrəli formasını hədiyyə etdilər. Baş direktor da borclu qalmadı. O da hər iki şəxsə xatirə hədiyyəsi verdi.
Kurtaslanoğlu onu da vurğuladı ki, AFFA ilə əməkdaşlıq müqaviləsi 2019-cu il dekabrın 31-dək nəzərdə tutulub. Rəsmi şəxslərlə bir masa arxasında oturan milli üzvləri Mahir Mədətovla Ruslan Qurbanov da borclu qalmadılar. Düzdü, baş direktora hədiyyə verilən zaman onların söylədiklərini qonaqlar eşitməsə də, Elxan bəy futbolçuların millidə vuracaqları növbəti qolları P&G-ə həsr edəcəklərini vurğuladı.
Media nümayəndələrinin suallarını cavablayan baş katib belə bir şirkətin AFFA-nın yanında olmasını ciddi hadisə adlandırdıı. O, başqa şirkətləri də futbola dəstək olmağa çağırdı. Baş katib vurğuladı ki, bu istiqamətdə danışıqlar aparılır: "Qapılarımız tərəfdaşlar üçün açıqdı. Lakin bizim üçün ən vacibi odu ki, əməkdaşlıq etmək istəyində olan şirkətlərlə futbola baxışımız üst-üstə düşsün. Təbii ki, sosial məsuliyyət, milliyə, uşaq futboluna dəstək bizim əsas prioritetlərimizdi. Müxtəlif yaş qrupu üzrə liqalarda P&G-i görəcəksiz".
Ardınca isə Elxan bəy bunları qeyd etdi: “Digər böyük yarışlarda UEFA reklam öhdəliyini özündə saxlayır. Yəni ali futbol qurumu istədiyi şirkətlə müqavilə bağlayır və bütün federasiyalar həmin müqavilənin şərtlərinə əməl etməlidi. Millətlər Liqasında isə milli federasiyalara yeni tərəfdaşlar cəlb etmək imkanı yaradılıb. Biz də bu imkandan yararlanmışıq. Bu şirkət bütün sahələrdə futbolumuza tərəfdaş olacaq".
Qurban Qurbanov isə ona yönələn ”millinin qarşıdakı 4 oyunundan nə gözləyirsiz” sualına belə cavab verdi: “Bütün oyunlar bizim üçün vacibdi. Ancaq qarşıda bizi Farer adaları ilə matç gözləyir ki, bütün diqqətimizi də həmin oyuna yönəltmişik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar