03 mar 13:40aktual, manset

Kvekveskiri Nicat Qurbanovu söyməyib

Kvekveskiri Nicat Qurbanovu söyməyib
Səbuhi Səfiyarlı: “Biz adam vuran deyilik”

Premyer-liqanın 20-ci turunun qalmaqallı oyunu Gəncədə gerçəkləşdi. “Kəpəz” – “Qəbələ” matçında yaşananlar əsas müzakirə mövzusuna çevrildi. Meydan sahiblərinin 36-cı dəqiqəyə təsadüf edən qolu “Qəbələ”nin kəskin etirazı ilə qarşılandı. Qonaqları narazı salan məqam həmin epizodda ofsaydla bağlı şübhələr idi. Hərççənd videogörüntülər və şəkillər qolun “təmiz” olduğunu təsdiq edir. 38-ci dəqiqədə isə Əliyar Ağayev iki futbolçunu meydandan qovdu. Nika Kvekveskiri Nicat Qurbanova qarşı kobud oynadı. Sonuncu ayağa qalxdıqdan sonra “Qəbələ”linin üzərinə yeridi. Gürcü yarımmüdafiəçi Nicatı itələdi və o da cavabını sillə ilə qaytardı. Hadisənin yaxınlığında olan FİFA referisi hər iki futbolçunu qırmızı vərəqə ilə meydandan qovdu. Halbuki Nikaya münasibətdə bir qədər ağır qərar idi.
Həmin epizodla bağlı öncə Nicat Qurbanovun fikirlərini öyrənməyi lazım bildik. Bəziləri düşünür ki, gürcü həmin an söyüş söydüyünə görə Nicat bu qədər aqressiv davranıb. “Kəpəz”in yarımmüdafiəçisi isə təhqir olunmadığını söylədi: “Yox, söyüş olmadı. Üzümə əl atdı. Mən də özümü saxlaya bilməyib, cavabını verdim. Özümdən asılı olmadı, vurdum. Tuneldə də əlavə söhbət yaşanmadı, çıxdı getdi. Əlbəttə, baş məşqçi buna görə mənə iradını bildirdi. Təmkinli olmağı tapşırdı. Ümumiyyətlə, belə hərəkətlərə yol vermək olmaz”.
Oyundan sonra yaşananlar daha çox müzakirələrə səbəb oldu. Belə ki, paltardəyişmə otağına gedən yolda “Qəbələ” rəsmiləri hakimlərin üzərinə yeriyib. Onlara təzyiq göstərməyə çalışıb. Hətta qərarlardan narazı olan qonaqların hakimləri vurduğu da deyilir. Ancaq bu məqam təsdiqini tapmadı. Hər halda, məşhur tuneldə yaşananlarla bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlının fikirlərini öyrəndik: “Bilmirəm, təzyiq deyəndə nəyi nəzərdə tuturlar. Vurmaq söhbəti olmayıb. Hamı bizi tanıyır. Biz adam vuran deyilik. Belə şeylər olmayıb. Ancaq etiraz etmişik. Çünki qolla bağlı da şübhəmiz var idi. Həmçinin hər iki tərəfin qırmızı ilə cəzalanması da şübhəli idi. Düzdü, “Kəpəz”in oyunçusu açıq-aşkar vurmuşdu. Hamı gördü ki, bu “qırmızı”dı. Lakin Nika ilə bağlı tam qırmızı vərəqəlik epizod deyildi. Biz də qeyri-obyektiv qərarlar verildiyini düşündüyümüz üçün paltardəyişmə otağına gedən yolda etiraz etdik. Ola bilər, həmin an əsəbi olduğumuz üçün etiraz bir qədər sərt şəkildə, yüksək tonda olub. Amma vurmaq-filan olmayıb. Yan xətt hakimi ofsayda cavabdeh şəxsdi. Ancaq biz ümumi şəkildə narazılığımızı bildirdik. Dedik ki, bu qədər olmaz, qeyri-obyektivlik edirsiz. Sadəcə, həmin epizod çox mübahisəli görünmüşdü. İndi deyirlər ki, qol “təmiz”di. Lakin yenə də mənim fikrimcə, necə ki biz iddia edə bilməriksə, qol ofsayddan vurulub, eləcə də qolun “təmiz” olduğunu iddi etmək olmaz. Mübahisəyə açıq epizoddu. Çəkiliş elədi ki, konkret bilinmir. Ona görə də laysmanın verdiyi qərara nə qədər güvənmək doğrudu, bilmirəm. Əliyar Ağayevin bizim oyunlara təyinat almasına etiraz etmişik? Xeyr, biz heç kimə etiraz etməmişik. Ümumiyyətlə, bu cür məsələlərə qarışmıram. Artıq onun idarə etdiyi 2-ci oyundu ki, belə vəziyyət yaranır. Bundan öncə “Zirə” ilə matçda çox kobud səhvlər oldu. Konkret xalmızı əlimizdən aldılar. Etiraz etsəydik, “Zirə” ilə oyundan öncə edərdik. Orda hamı gördü ki, əleyhimizə səhvlər oldu”.
Maraqlıdı, təhlükəsizlik hansı səviyyədə təşkil olunub? Bir məqamı da qeyd edək. Nicat qırmızı vərəqə alandan sonra tunelin girişində oturub, başını tutmuşdu. Həmin vaxt Nika onun yanından keçdi və əlini Qurbanovun çiyninə toxundurdu. Həmin an tərəflərin hirsi soyumamış olsaydı və bir-birilərinə “girsəydilər”, onda necə olacaqdı? Bütün bunlar haqda “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevin fikirlərini öyrəndik: “Orda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Olay yaşananda həmin yerə əlavə polis qüvvələri də cəlb edilib. Şəhərin polis rəisinin müavini özü birbaşa hadisə yerinə çatıb. Tunelin girişində həmişə 4 nəfər asayiş keşikçisi dayanır. Onların 4-ü hakimləri tuneldən meydana gətirir, fasilədə yenidən otaqlarına aparır. Eləcə də ikinci yarıda eyni işi görürlər. Onlar birbaşa hakimlərin təhlükəsizliyinə cavabdehdilər. Nicatın oturduğu yerdən azca aralıda polislər olub. Orda hansısa insidentin yaşanmasına imkan verməzdilər. Futbolçular arasında yenidən münaqişə yaransaydı, asayiş keçikçiləri dərhal tədbir görəcəkdilər. Hakimlərlə qonaq rəsmilər arasında yaşananlara gəlincə, açığı, döyülmə söhbətini eşitməmişəm. Sadəcə, hakimlər özləri də bildirdilər ki, bizə təzyiq etmək istəyiblər. Bilirsiz ki, mətbuat katibinin işi başqadı. Lakin sonradan bu haqda eşitdik”.
Olayla bağlı oyunun AFFA nümayəndəsi Nüvər Xasıyevlə də danışmağa cəhd etdik. Ancaq Xasıyev zənglərimizi cavabsız qoydu. Hər halda, İntizam Komitəsinin budəfəki iclasında çıxarılan qərarlar çox şeyə aydınlıq gətirəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar