21 sen 23:10aktual

Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş...

Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş...
Şəhərin mərkəzində tıxac ola biləcəyini nəzərə alan təşkilatçıların ayırdığı avtobus matçdan saatyarım əvvəl otelin qarşısında azərbaycanlı jurnalistləri gözləyirdi. Bəxtimizdən yollarda seyrəklik idi. Sürücünün dediyinə görə, yarım saat gec, yəni yerli camaat işdən çıxan vaxtda çıxsaydıq, azı 30-40 dəqiqəni avtobusda keçirməli olacaqdıq. Odu ki, oyundan iki saat əvvəl, Bakı vaxtı ilə 21.10-da möhtəşəm “Joze Alvalade”nin giriş qapısının ağzındaydıq.
* Həm srağagün, həm də dünən şəhəri gəzmək imkanını boşa verməmək hər nə qədər Lissabonu tanımağa, bir az da əylənməyə hesablanmışdısa, hər bir jurnalistin daxilində oyun ərəfəsində mərkəzdəki ab-hava ilə maraqlanmaq istəyi var idi. Hansısa anşlaqdan söhbət gedə bilməzdi. Məsələn, çərşənbə günü, yəni “Benfika” ilə “Bavariya” qarşılaşan gün mərkəzi küçələrdə həm yerli, həm də qonaq komandanın azarkeşləri sevimlilərinin futbolkasında gözə dəyirdisə, təəssüf ki, eyni mənzərəni paytaxt əhalisinin böyük əksəriyyətinin nifrət etdiyi “Sportinq” oynayan gün görmədik (nifrətin səbəbi ilə növbəti sayımızda tanış olacaqsız). Amma matçın başlamasına iki saat qalmış “Alvalade” və “Kampo Qrande” metro stansiyalarının ətrafında qələbəlik müşahidə olunurdu. “Ağ-yaşıl” geyimdə olan cütlər çoxluq təşkil edirdisə, aralarında yaşı 50-dən çox olanlara da rast gəlmək olardı. Yanımızdan keçənlər bizi aşağıdan-yuxarı süzsələr də, heç biri “Sportinq”ə dəstək, “Qarabağ”ı aşağılayacaq şüarlar səsləndirmədilər. Stadionun mühafizəçisi ilə ayaqüstü söhbətdə məlum oldu ki, “Benfika”dan fərqli, “Sportinq”in ev oyunlarında azarkeşlər matça 2-3 saat qalmış fəallaşır.
* 7-ci mərtəbədə yerləşən media sektoruna ayaq basanda Olimpiya Stadionundakı 5-ci mərtəbəyə şükür etməyimizin səbəbini vəziyyəti ancaq canlı görənlər anlaya bilərdi. Meydanda başverənlərə sanki helikopterdən izləyirmiş kimi baxırdıq, üzbəüz tribunanın görmək imkanından məhrum idik. Hə, bir də lifti gözləmək bəlası. Sadəcə, fərq burasındadı ki, BOS-da qaçış zolağı var deyə, enə olan məsafə çoxdu. “Joze Alvalade”də isə çox hündürdəsən. Adı 7-ci mərtəbə olsa da, hündürlük bizim binaların 9-cu mərtəbəsinin bərabərindədi.
* Hər nə isə, biz yerimizi tutmaqda ikən azarkeş qruplarının fəal üzvləri öz işində idi. Aşağı tribunaların məhəccərlərindən komanda üzvlərinə dəstək verən plakatları asır, meydanla tanış olmağa çıxan “Qarabağ”ın futbolçularını süzürdülər. Sıravi tamaşaçılar öz yerində. “Sportinq”in əsas qüvvəsi fanklub üzvləridi. Ən bərkgedənləri “Forza 1984”dü. Yəni 34 il əvvəl yaranan fanklub. “Torcido Verde”, “Directivo Ultras 21”, “Brigado Ultras” sonradan yaransa da, öncüllərdən sayılırlar.
* “Aslanlar”ın adi çempionat və kubok oyunlarını 30-40 min azarkeşin canlı izlədiyi nəzərə alsaq, bu dəfə “Joze Alvalade”nin tam dolacağını güman edirdik. Bunu görməyincə yaxınlıqda əyləşən portəgiz həmkarımdan səbəbini öyrənməyə çalışdım. Kosarionun dediyinə görə, əsas səbəblərdən biri iş günü olmasıdı. Çempionat matçları həftəsonlarına təsadüf etdiyindən axın çox olur. Lakin həftəiçi, həm də rəqib futbol ölkəsi kimi tanınmayan Azərbaycanın təmsilçisi olunca... Bir başqa səbəb mayda yaşananlardı. 50-yə yaxın azarkeş “Sportinq”in akademiyasına hücum çəkmiş, aparıcı futbolçulardan Dostla Battalyanı zədələmişdilər. Yekunda 27 nəfər həbs olunmuşdu. Və indiyə qədər də “dəmir barmaqlıqlar” arasındadılar. O vaxtdan bəri sadiq azarkeşlərdə müəyyən inciklik yaranıb. Həbsdə olanlar azadlığa çıxana qədər belə seyrəklik müşahidə olunacaq.
* Ötən mövsüm “Atletiko” ilə ev oyununda azarkeşlərin etdiyi hərəkətlər klub rəhbərliyini diqqətli olmağa məcbur etmişdi. “Qarabağ”la oyunda şərq tribunasına 3000 nəfərin buraxılmaması – ehtiyat oyunçular skamyalarının arxası – növbəti mümkün iştişaşlar öncəsi ciddi siqnal idi. Odu ki, klub rəhbərliyi yerli jurnalistlərin də marağına səbəb olacaq addım atmışdı. Hakimin start fitindən 5 dəqiqə əvvəl həm portuqalca, həm də azərbaycanca azarkeşlərə müraciət olundu. “Qarabağ”ın tərcüməçisi “Sportinq” rəhbərliyi adından stadiondakı azərbaycanlıları salamlayıb, futbolun qardaşlıq oyunu olduğunu qeyd etdi və mümkün qədər xoşagəlməz hadisələrdən uzaq olmağa çağırdı.
* Fasilədə “Rekord” qəzetinin əməkdaşına yaxınlaşmaqda məqsəd ayaqyolunun yerini öyrənmək olsa da, söhbət əsnasında məlum oldu ki, 22 illik jurnalistika təcrübəsinə malik həmkarım vaxtilə Portuqaliya yığmasının oyununu işıqlandırmaq üçün ölkəmizə səfər edənlərdəndi. İlk yarıda təmsilçimizin ağıllı oyunundan təəccübləndiyi gizlətməyən həmkarım “Qarabağ”ın bu gedişlə “Arsenal”a da başağrı yaradacağını gizlətmədi. Geryenin asanlıqla “Sportinq”, “Benfika” kimi komandalarda çıxış edə biləcəyini deyib, 300-500 min dollara Azərbaycanda top qovduğuna inana bilmədiyini dilə gətirdi. Slavçevin “Joze Alavalade”də meydana çıxmamasının isə “Qarabağ”ın xeyrinə olduğunu söylədi. Belədə azarkeşlər bizimkilərə daha ciddi təzyiq göstərəcəkmiş.
* Qonaqlar üçün ayrılmış sektorda “Qarabağ”ı 27 azarkeş dəstəkləyirdi. Portuqaliya və İspaniyada yaşayan soydaşlarımız “Qarabağ”ın şərfləri və Azərbaycan bayraqları ilə “silahlansalar” da, varlıqlarını göstərə bilmirdilər. Daha doğrusu, buna imkanları yox idi. “Ağ-yaşıllar”ın 1 dəqiqə də susmaq bilməyən azarkeşləri bizimkilərin ara-sıra eşidilən “Qarabağ, Azərbaycan“ sədalarını batırmışdı...
HƏBİB, Lissabon
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar