21 sen 22:50aktual

Babək Quliyev Vüsal Əliyevi nişan verdi

Babək Quliyev Vüsal Əliyevi nişan verdi
“Vaxtilə bir yerdə hakimlik etmişik, duz-çörək kəsmişik”
“Halal olsun sənə, Vusal Əliyev. Dayanma, ancaq irəli” - bu statusu srağagün sabiq FİFA referisi Babək Quliyev “feysbuk” səhifəsində paylaşıb. İlk baxışdan bu cümlədə qeyri-adi heç nə yoxdu. Son günlərdə yaşananlardan xəbərsiz olanlar düşünər ki, Babək bəy keçmiş həmkarına hansısa işində uğurlar diləyir. Ancaq başverənlərdən xəbərdar olanlar, yəqin ki, söhbətin nədən getdiyini anladılar. Bilməyənlər üçün isə qısa xatırlatma vermək istəyirik. Deməli, Frits Stuxlikin Hakim və Hakim-İnspektorlar Komitəsinə rəhbər təyin olunmasından sonra Xaqani Məmmədovun dönəmində hakimlikdən uzaqlaşdırılan Anar Salmanovla Babək Quliyevin yenidən hakimliyə qayıdacağı, daha dəqiq desək, yeni yaradılan komitədə işə başlayacağı haqda söz-söhbət dolaşır. Adını çəkdiyimiz şəxslərin “Neftçi” – “Keşlə” matçını bir yerdə izləməsi “yanan odun üstünə benzin tökdü”. Futbol ictimaiyyəti arasında bu məsələ çox müzakirə olundu, mediada, o cümlədən “Futbol+”də son olaylarla bağlı yazı dərc olundu. Deyəsən, mətbuatın bu haqda yazması Quliyevin əhvalını korlayıb və buna görə də sabiq FİFA rederisi özünün “feysbuk” səhifəsində yazıların sifarişli, sifarişçinin isə sabiq FİFA referilərindən biri olduğunu bildirən statusla yadda qalmışdı: “Mənə məlumat catdi ki, mən və Anar haqda yazıları yazdıran keçmiş FİFA hakimidi. O geydirməyə demək istəyirəm ki, agıllı ol. Ağıllı olmasan, sənin kim oduğunu bütün Azərbaycan biləcək. Hələ ki hörmət edib adını yazmıram. Bil ki, sən nə mənim, nə də Anarın ayağının tozu ola bilməzsən. Mənimlə oyun oynamaq sənin başın üçün deyil. Bildin, ay TUPOY!!!”
Ötən saylarımızın birində Babək bəydən “oxu atıb yayı gizlətməməyi”, onu ittiham edənləri, cəmiyyətə dezinformasiya ötürənlərin adlarını çəkməsini istəmişdik. Onu da bildirmişdik ki, əks halda onun üstüörtülü mesajlarına heç kim inanmayacaq. Həmin yazının işıq üzü görməsindən 24 saat ötməmiş Quliyev yenə də “feysbuk”da yeni paylaşım etdi və yazının əvvəlində qeyd etdiyimiz “Halal olsun sənə, Vusal Əliyev. Dayanma, ancaq irəli” statusunu bölüşdü.
Bu isə artıq o demək idi ki, Babək bəy sifarişçinin kim olduğunu ictimaiyyətə açıqladı. Və “tupoy” sözünü sabiq həmkarına ünvanladığını ortaya qoydu.
Bəs görəsən, Vüsal Əliyev ona yönələn ittihamlara necə reaksiya verir? Əliyev doğrudanmı Babək bəyi “vurmaq” üçün mətbuatdakı dostlarına sifarişli yazılar yazdırır? Bu suala cavab tapmaq üçün dünən onu aradıq. Öncə xəstə olduğunu bildirib, danışmaq istəmədiyini söyləyən Vüsal bəy keçmiş həmkarının adını eşidən kimi bunları vurğuladı: “Bəyəm Babək orda pis şey yazıb ki? Deyir, belə davam elə də”.
“Birinci statusla ikinci arasında ortaq nöqtə məhz sizsiz. Və bu üzdən hamı düşünür ki, Quliyev, bağışlayın bizi, “tupoy” dedikdə məhz sizi nəzərdə tutub” demişdik ki, Vüsal bəy əsəbləşdi və dediklərimizə belə reaksiya verdi: “Bir dəqiqə dayanın. Mümkün deyil ki, Babək mənim haqqımda elə fikir paylaşsın və ya səsləndirsin. Onunla mənim aramda heç bir problem ola bilməz, münasibətlərimiz həmişə yüksək səviyyədə olub. Vaxtilə bir yerdə hakimlik etmişik, duz-çörək kəsmişik. Onun yazdığı “ancaq irəli” sözü nə vaxtdan pis söz olub? O nə deməkdi? Mən başa düşə bilmirəm. Özünüz də bilirsiz ki, mən həyatım boyunca qalmaqaldan uzaq adam olmuşam. Həmişə başımı aşağı salıb işimi görmüşəm. Niyə mənim adımı çəkir? Dostunun adını çəkir də, burda qeyri-adi nə var ki? Rəşad, qardaşım, Babəklə mən bir-birimizi 20 ildi tanıyırıq və aramızda heç vaxt söz-söhbət olmayıb, ola da bilməz. Aramızdan heç su da keçə bilməz. Ortada nəsə olsaydı, deyərdim ki, Quliyevlə problemim var. Yenə açıq şəkildə bəyan edirəm, mənimlə onun arasında heç bir problem yoxdu”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar