21 sen 00:54aktual

Uğurun bünövrəsi Lissabonda qoyulsun!

Uğurun bünövrəsi Lissabonda qoyulsun!
Avropa Liqası
E qrupu, 1-ci tur
Sportinq (Portuqaliya) - Qarabağ

Hakimlər: FRANSUA LETEKSİYE, Kiril Munye, Mehdi Rahmoni, Bertran Yuanno, Frank Şneyder, Kərim Abed (hamısı Fransa).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Hersoqovina).
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya).
20 sentyabr. Lissabon. “Joze Alvalade” stadionu. Saat 23.00
Bu gün “Qarabağ” Avroliqanın qrupunda ilk oyununu keçirəcək. Rəqib Portuqaliyanın ən köklü klublarından olan “Sportinq”di. Tərəflər Lissabonda üz-üzə gələcək. Fransız hakimlərin idarə edəcəyi oyunu “CBC Sport” canlı yayınlayacaq. E qrupunun digər matçında isə “Arsenal” “Vorskla”nı qəbul edəcək. Həmin qarşılaşmanın da nəticəsi bizim üçün önəmlidi. Ancaq azərbaycanlı futbolsevərlərin əsas diqqəti Portuqaliyada gerçəkləşəcək görüşə yönələcək.
Təbii, qrupda mübarizəyə evdə start vermək daha yaxşı olardı. Çünki ilk qarşılaşmanın nəticəsindən çox şey asılıdı ki, “doğma divarlar” arasında uğur qazanmaq daha asandı. Lakin artıq bu haqda düşünməyin zamanı deyil. İndi əsas hədəf Pireney yarımadasından xalla dönməkdi. Düzdü, qələbə əla nəticə olar. Ancaq bu o qədər də real görünmədiyi üçün heç-heçə də “köhlən atlar” üçün uğurlu başlanğıc sayılacaq. Doğrudu, rəqib güclü komandadı, avrokubok təcrübəsi “Qarabağ”la müqayisədə dəfələrlə çoxdu, həmçinin öz meydanında oynayır. Bununla belə, bir il öncə Çempionlar Liqası həyəcanı yaşayan “Qarabağ” üçün bu səfər qorxulu olmamalıdı. Hər halda, “Sportinq” Avropanın top-klublarından deyil. Odu ki, Qurban Qurbanovun komandasından əzmkar oyun, müsbət nəticə gözləyirik. Bu oyunla “Qarabağ” 100-ə daha da yaxınlaşacaq. Belə ki, “Sportinq”lə görüş “köhlən atlar”ın tarixində 99-cu avrokubok matçı olacaq. Qeyd edək ki, ağdamlılar geridə qalan 98 matçda 35 qələbə qazanıb, 27 heç-heçə edib, 36 dəfə məğlub olub. Top fərqindəki durum isə belədi: 96-118.
Hər iki komandanın heyətində itkilər var. Bu baxımdan “Qarabağ”ın işi daha çətindi. Qurban Qurbanov özü Rəşad Sadıqovun oynamayacağını açıqlayıb. Bundan başqa, Simeon Slavçevlə Dani Kintana da “Sportinq”ə qarşı mübarizə aparmayacaq. Xüsusən Slavçev üçün bu zədə ikiqat məyusedici oldu. Çünki bolqar yarımmüdafiəçi məhz Lissabon təmsilçisindən Ağdam klubuna transfer olunmuşdu. Bu üzdən Simeon sabiq komandası ilə duel üçün “alışıb-yanırdı”. O artıq arzusunu Bakıdakı görüşə saxlamalı olacaq. Bundan başqa, Miçelin də zədəsi var. Ancaq onun meydana çıxmaq ehtimalı böyükdü. İspan yarımmüdafiəçi artıq üç gündü kollektiv məşqlərdə iştirak edir. “Sportinq”də isə Bas Dostun bugünkü oyunu buraxacağı deyilir. Bir neçə gün öncə Nani ilə bağlı da oxşar informasiya yayılmışdı. Lakin daha sonra Lissabon təmsilçisi onun “Qarabağ”la matçda iştirak edəcəyini açıqladı.
Bu, “Qarabağ”ın Avroliqanın qrupunda 4-cü cəhddidi. Komanda indiyədək sözügedən mərhələdə 3 dəfə mübarizə aparıb. Xatırladaq ki, “köhlən atlar” ilk dəfə 2014-cü ilin yayında “Tvente”ni (0:0, 1:1) yolundan kənarlaşdırmaqla qrupa vəsiqə qazanmışdı. Təəssüf ki, geridə qalan 3 cəhddən heç birində təmsilçimiz Avroliqanın 1/16 finalına vəsiqə qazana bilməyib. Halbuki iki dəfə buna yaxın olub. 2014/15 mövsümündə Miroslav Zelinkanın kobud səhvi “Qarabağ”ı pley-offdan kənarda qoydu. İki il öncə isə Qurbanovun komandası 7 xal toplasa da, qrupu uğurla dəf edə bilmədi. Əslində ötən il ÇL-in qrupunda çıxış edən “köhlən atlar”ın bu il Avroliqanın 1/16 finalını qarşısına hədəf qoymasının vacibliyini qeyd edirdik. Ancaq püşk üzümüzə gülmədi və “Qarabağ” Avroliqada “ölüm qrupu”na düşdü. “Arsenal” və “Sportinq” kimi rəqiblərlə mübarizə aparmalı olan ağdamlıların pley-off şansı elə də çox deyil. Bununla belə, ən cüzi fürsətdən də maksimum yararlanmaq lazımdı. Ardıcıl qrup həyəcanını yaşayan “köhlən atlar” ötən il ÇL-ə düşməklə yeni bir səddi keçmiş oldu. İndi isə 1/16 finalın vaxtıdı. “Arsenal”la görüşlərdə təmsilçimizin şansı çox olmadığından, əsas rəqib kimi “Sportinq”i qeyd etmək olar. Bu baxımdan “Joze Alvalade” stadionunda qeydə alınacaq nəticə turnir hədəfi baxımından olduqca əhəmiyyətlidi. Sərfəli nəticə azərbaycanlı azarkeşlərin 1/16 final xəyallarını qurması üçün önəmli başlanğıc olacaq. Ötən mövsüm “Qarabağ” “Atletiko”dan həm evdə, həm də səfərdə xal ala bilmişdi. Elə ağdamlılardan uğurlu nəticə gözləməyimizin əsas səbəbi də məhz “Sportinq”dən daha güclü rəqiblə duellərdə bunu bacarmasıdı.
İndiyədək klublarımız Portuqaliya təmsilçiləri ilə üz-üzə gəlməyib. Ancaq yığmalar çərçivəsində portəgizlərlə dəfələrlə rastlaşmışıq. Əsas millimiz pireneylilərlə 6 dəfə münasibətlərinə aydınlıq gətirib. Bunlardan 4-ü AÇ-nin, 2-si isə DÇ-nin seçmə mərhələsinə təsadüf edib. Həmin 6 qarşılaşmadan yalnız birində heç-heçə (1:1) etmişik. Bu, 1999-cu il martın 26-da Bakıda keçirilən dueldi. Maraqlıdı ki, portəgizlərin qapısına yol tapdığımız yeganə matç məhz “sülh”lə bitən qarşılaşmadı. Qalan 5 matçda rəqib “quru” qələbələrə sevinib. Xatırladaq ki, Portuqaliyanın qapısından keçirdiyimiz yeganə qolun müəllifi Zaur Tağızadədi. Bu qola görə “qızıl oğlan” ləqəbi alan Tağızadənin hazırda “Qarabağ”ın məşqçilər korpusunda olması da maraqlı faktdı. Əsas milli ilə yanaşı, U-16, U-17, U-19 və U-21 də portuqaliyalı həmyaşıdaları ilə üz-üzə gəlib. Ümumilikdə adı çəkilən millilər səviyyəsində keçirilən 10 oyundan 9-da rəqib qalib gəlib, 3-də böyükhesablı məğlubiyyətimiz qeydə alınıb, yalnız bir görüş heç-heçə bitib. U-19 8 il öncə səfərdə portəgizlərə uduzmayıb (2:2). Maraq üçün futzal yığmamızın da Portuqaliyaya qalib gələ bilmədiyini qeyd edək. İndiyəqədərki 6 qarşılaşmadan 2-də heç-heçə qeydə alınıb, 4 görüşdə uduzmuşuq. Deməli, “Qarabağ” daha bir ilkə imza ata bilər. Söhbət bizimkilərin portəgizlərlə duellərdə qələbə həsrətindən gedir. Hər nə qədər çətin görünsə də, “köhlən atlar”ın məlum sindromu qıracağına ümid edək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar