20 sen 21:03aktual

“Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi

“Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi
“7 komandaya nə ehtiyac var, tək “Araz”ı saxlayın, kuboku da ona verin”
Dünən futzal üzrə yüksək liqada 2-ci turun oyunları keçirildi. Turun açılış oyununda “Neftçi” ilə “Yasamal” İSK qarşılaşdı. Bəribaşdan qeyd edək ki, “Neftçi”nin üzvü Məhəmməd Katebi turu buraxırdı. İranlı legioner “Xəzər Cənub”la oyunda ikinci sarı - qırmızı vərəqə aldığına görə meydana çıxmadı. İntizam Komitəsi onu 1 oyunluq cəzalandırıb. Hərçənd İlqar Aslanovun komandası Katebisiz də rəqibdən bir baş üstün idi. Dövrünün ən yaxşı futzalçılarından olan Mahir Eyniyevin baş məşqçisi olduğu “Yasamal” İSK yarımhəvəskar komanda təsiri bağışlayır. Veteran futzalçının oğlunda isə qeyri-adi bacarıq müşahidə etmədik. Sürəti var, oyunu hiss edə bilir, amma ikili mübarizələrdə zəifdi. İstənilən halda, komandanın sırf yerli gənclərə güvənməsi alqışlanası addımdı. Darmadağınlar rəhbərliyi ruhdan salmasa, gələcəkdə bu uşaqlardan milli səviyyəsində futzalçı çıxa bilər.
Qarşılaşmaya gəlincə, artıq dəqiqəyarım sonra tablodakı “0”-lardan biri dəyişdi. “Neftçi” erkən qolla darmadağına start verdi. Ümumiyyətlə, ilk iki qolun müəllifi millinin üzvü Vitali Borisov oldu. Hər dəfə qol buraxdıqca kor-koranə irəli atılan və belədə rəqibin “toruna düşən” debütantın ilk yarıda buraxdığı qolların əksəriyyəti əks-hücumlardan sonra vuruldu. Matçı oturduğu yerdən sakitcə izləyən və müdaxiləyə ehtiyac duymayan Eyniyev, görünür, fasiləni gözləyirdi. “Qonq” səsi eşidiləndə artıq hesab 8:0 idi.
İkinci yarıda fərqli “Yasamal” İSK gördük. Artıq oyunu müdafiədən quran Eyniyevin yetirmələri ikinci hissədə 13 dəqiqə qapısını toxunulmaz saxladı. “Sükut”u yenə Vitali pozdu. Bundan sonra Eyniyevin yetirmələri 2 qol vurmağı bacardı. Vüsal Cəfərov dubl müəllifi oldu. Matçda son nöqtəni “Neftçi”dən Tural İsmayılov qoydu. Beləliklə, turun açılış matçında “Liman”a 3:12 uduzan “Yasamal” İSK bu dəfə 2:10 hesabıyla məğlub oldu.
Günün ikinci qarşılaşması “CBC Sport” tərəfindən canlı yayınlanırdı. Zalda isə təxminən 150 tamaşaçı var idi ki, bunun da üçdəbiri futzalçılar, digər komandaların üzvləri idi. Bu oyunun səviyyəsi də fərqliydi. Meydanda eyni gücdə iki komanda mübarizə aparırdı. Baxmayaraq ki, bir tərəfdə tam iranlılardan təşkil olunan komanda, digərində sırf yerlilərdən ibarət rəqib var idi. Hesabı “Yasamal” açsa da, “Ekol” fasiləyə qədər üstünlüyü ələ keçirdi. Əvvəlcə baxımlı qola imza atan Namiq Məmmədkərimov hesabı bərabərləşdirdi, ardınca Radik Əhmədov penaltidən 2-ci topu vurdu. “Ekol”un oynayan məşqçisi fasilə ərəfəsində 6-cı cəriməyə görə təyin olunan növbəti “10 metrə”ni dəqiq yerinə yetirsəydi, bəlkə də 2-ci hissə bu qədər dramatik alınmayacaqdı. İkinci yarıda da ilk qolu “Yasamal” vurdu. Sadiq Cavid 25-ci dəqiqədə tarazlığı bərpa etdi. “Qol yarışı” 34-cü dəqiqəyə kimi davam etdi. Hər dəfə “Ekol” önə keçdi, rəqibi “status-kvo”nu bərpa etdi. Belə ki, 31-ci dəqiqədə fərqlənən Namiqin qoluna 3 dəqiqə sonra Jamali cavab verdi – 3:3. Ancaq “şirkət təmsilçisi” sona 2 dəqiqə qalmış qələbə topunu vurmağı bacardı. Beləliklə, “Ekol” mövsümə 3 xalla start verdi.
Günə “Araz” – “Xəzər Cənub” oyunu ilə yekun vuruldu. Qarşılaşmanın startına Futzal Federasiyasının prezidenti Zaur Axundov da özünü yetirdi. Qurum rəhbərinin marağı millinin oyunu ərəfəsində “Araz”ın oyunçularını iş başında görmək istəyindən qaynaqlanırdı. Axundovu vitse-prezident Rəmiş Malıyev müşayiət edirdi.
Naxçıvanlıların heyətində Xətai Bağırov cəzalı idi. Təcrübəli futzalçı ötən mövsümdən davam edən cəzasını məhz bu oyundan sonra başa vurdu. “Xəzər Cənub”a gəlincə, “Yasamal”la “Liman”dan fərqli, ona “İran komandası” deməyə adamın dili gəlmir. Baş məşqçisindən tutmuş heyət üzvlərinə kimi hamısı şirin Təbriz ləhcəsində danışır, “Araz”ın oyunçularına da dost-qardaş münasibəti ilə seçilir, farslardan fərqli, özlərini aqressiv aparmırdılar. Ancaq bu, hesab açılana qədər davam etdi, geri düşən kimi aləm dəydi bir-birinə...
13-cü dəqiqəyə kimi meydanda başabaş oyun getdi. Yetirmələrinin rəqibin müqavimətini qıra bilmədiyini görən Joze Alesio da Silva ondan gözləniləni etdi. Belə ki, qapıçını meydan oyunçusu ilə əvəzləyən braziliyalı mütəxəssisin riskli gedişi elə həmin dəqiqə effekt verdi. Bir neçə ötürmədən sönra top qapı qarşısına göndərildi ki, Oqtay Rüstəmli hesabı açmaqda çətinlik çəkmədi. Tezliklə hər iki komanda cərimə həddinə çatdı. Sona 1 dəqiqə qalmış “Cənub Xəzər”in oyunçusu rəqibin qapısı qarşısında yerdə qaldı. Kubokun finalında da qalmaqala səbəb olan Elçin Səmədli qayda pozuntusu qeydə almayıb Lənkəran komandasının üzvünə simulyasiyaya görə vərəqə göstərdi. Bu isə debütantın üzvlərini özündən çıxardı. Xüsusilə fiziki hazırlıq üzrə məşqçisi ipə-sapa yatmadı və belədə Səmədli onu texniki zonadan uzaqlaşdırdı. İranlı məşqçi tribunada da dilini dinc saxlamır, “7 komandaya nə ehtiyac var, tək “Araz”ı saxlayın, kuboku da ona verin”, “hamınız “Araz”ın çempion olmasını istəyirsiz” deyə atmacalar atırdı. Sözsüz ki, bu sözləri eşitmək Axundova xoş deyildi, federasiya rəhbəri fasiləni bildirən fiti gözləmədən foyeyə çıxdı. Ancaq ikinci hissədə yenə tribunaya qalxıb, bu dəfə qapının arxasından oyunu izlədi. “Cənub Xəzər”in rəhbəri Azər Səmidov fürsət tapıb Axundova yaxınlaşdı, həm tanış oldu, həm də olaya görə üzr istədi.
İkinci hissə sakit axarda başladı, sanki bir neçə dəqiqə əvvəl meydanda heç nə baş verməmişdi. Buna baxmayaraq, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Hər iki komandanın fərqlənmək üçün imkanları olsa da, hesab dəyişmədi və beləliklə, görüş futzalda nadir rast gəlinən nəticə ilə başa çatdı – 1:0.
2-ci tur
Neftçi - Yasamal İSK 10:2 (8:0)
Neftçi: 1. Samir Mehtiyev, 7. Rəcəb Fərəczadə, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov; 12. Alvandi Əmirhüseyn, 23. Elnur Zamanov, 4. Əli Abdullahi, 9. Həmid Abdullahi, 11. Həmid Rza, 13. Əjdər Əjdərov, 77. Tural İsmayılov, 94. Oruc Baxşəliyev.
Baş məşqçi: İlqar Aslanov.
Yasamal İSK: 23.Ceyhun Nağıyev (k), 5. Vüsal Cəfərov, 11. Amil Əlimirzəyev, 10. Məhəmməd Eyniyev, 3. Anar İsayev; 19. Ayxan Məmmədov, 2. Əleyhman Məmmədli, 4. Qismət Atakişiyev, 8. Xəyal Abbasov, 17. Elnur Kamahov, 77. Bəxtiyar Əhmədov.
Baş məşqçi: Mahir Eyniyev.
Qollar: V.Borisov, 2 (1:0). V.Borisov, 3 (2:0). H.Rza, 5 (3:0). Ə.Əjdərov, 6 (4:0). H.Rza, 6 (5:0). Ə.Əjdərov, 11 (6:0). H.Abdullahi, 14 (7:0). R.Balakişiyev, 15 (8:0). V.Borisov, 33 (9:0). V.Cəfərov, 35 (9:1). V.Cəfərov, 38 (9:2). T.İsmayılov, 40 (10:2).
Vərəqələr: R.Balakişiyev, 7. B.Əhmədov, 25. V.Cəfərov, 38 – sarı.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Hakim-inspektor: Tofiq Şükürov.
19 sentyabr. Bakı İdman Sarayı.

Ekol - Yasamal 4:3 (2:1)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 13. Faiq Əliyev, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Yasamal: 15. Omid Xəlili, 7. Sina Jamali, 4. Behzad Amani, 8. Səid Amani, 10. Salar Şahnasi; 2.Rza Xorasani, 5. Tural Lətifov, 9. Omid Oraz (k), 11. Sadiq Cavid.
Rəhbər: Orxan Allahverdiyev.
Qollar: S.Amani, 4 (0:1). N.Məmmədkərimov, 10 (1:1). R.Əhmədov, 18-p. (2:1). S.Cavid, 25 (2:2). N.Məmmədkərimov, 31 (3:2). S.Jamali, 34 (3:3). S.Həmzəyev, 38 (4:3).
Vərəqələr: S.Şahnasi, 12. S.Jamali, 14 – sarı.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Hakim-inspektor: Ələkbər Məmmədov.
19 sentyabr. Bakı İdman Sarayı.
Araz – Xəzər Cənub 1:0 (1:0)
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 17. İsa Atayev, 20. Kənan Manafov; 1. Kamran Hacıyev, 9. Oqtay Rüstəmli, 10 Nihad İsmayılov, 13. Emin Mikayılov, 14. Elşən İbrahimxəlilov, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Xəzər Cənub: 21. Məhəmməd Rza Rahi, 10. Mehdi Pənahande (k), 12. Omid Nabat, 9. Fərid Mazahevi, 7. Məhəmməd Ahadi; 1. Əli Xadimi, 13. Səid Talib Kərimi, 15. Hadi Rizvan, 19. Şahin Nami, 37. Məsud Nasirzadə, 71. İlkin Mirzəyev, 77. Əli Mikaili.
Baş məşqçi: Bəhram Novin.
Qol: O.Rüstəmli, 13.
Vərəqələr: E.Mikayılov, 15. R.Fərzəliyev, 16. O.Nabat, 20. A.Həbibov, 28 - sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Hakim-inspektor: Aydın Gözəlov.
19 sentyabr. Bakı İdman Sarayı.
1. Neftçi 2 2 0 0 18-8 6
2. Araz 2 1 1 0 5-4 4
3. Liman 1 1 0 0 12-3 3
4. Ekol 1 1 0 0 4-3 3
5. Yasamal 2 0 1 1 7-8 1
6. Xəzər Cənub 2 0 0 2 6-9 0
7. Yasamal İSK 2 0 0 2 5-22 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar