20 sen 23:55aktual

Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı

Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı
“Artıq növbəti turdan bizi tənqid edənləri susdurmağa çalışacağıq”
Son illər ölkə futbolunun liderlərindən biri sayılan “Qəbələ” 2018/19 mövsümünə uğurlu start verməyib desək, yanılmarıq. Avropa Liqasında iki oyunun nəticəsinə görə Lüksemburq “Proqres”inə uduzaraq mübarizəni dayandıran “qırmızı-qaralar”ın bütün diqqətini premyer-liqaya yönəldib çempionluğa əsas namizədlərdən biri olacağı gözləniləsə də, hələ ki gözləntilər özünü doğrultmur. 4 turdan sonra hesabında cəmi 4 xal olan şimallılar “Sumqayıt”la eyni xala malik olsa da, başqa göstəriilərə görə 5-ci pillədə qərarlaşıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, ötən mövsümün gümüş mükafatçısı son 5 ildə premyer-liqaya belə bərbad start verməmişdi. Komanda 2017/18 mövsümündə 4 tura 7 xal, 2016/17 “futbol ili”ndə 10, 2015/16-da 7, 2014/15-də isə 9 xal toplamaqla ilk “üçlük”də qərarlaşıb.
Mövsümlərarası fasilədə bəzi aparıcı oyunçuları ilə vidalaşmaq məcburiyyətində qalan “qırmızı-qaralar”ın zəifləyəcəyi gözlənilən idi. Ancaq Sənan Qurbanovun baş məşqçisi olduğu kollektivin 8 komandalı çempionatda 4 turdan sonra 5-ci pillədə qərarlaşacağını heç ən bədbin qəbələli azarkeş belə düşünmürdü. Son illərin dəyişməz çempionu “Qarabağ”ın, yayda heyətini gücləndirən “Neftçi”nin şimallılardan öndə olacağını hardasa ehtimal etmək olardı. Ancaq heyət baxımından heç də “Qəbələ”dən üstün olmayan “Səbail”in, elitanın debütantı “Sabah”ın “qırmızı-qaralar”a yuxarıdan aşağı baxması bir qədər sürpriz oldu desək, yanılmarıq. Elə 4-cü turda Sənan bəyin yetirmələrinin “tələbələr”ə boyun əyməsi də turun sensasiyası kimi qəbul olundu. Düzdü, oyun planında bölgə təmsilçisi Elşad Əhmədovun komandasından daha yaxşı təsir bağışladı, rəqib qapısı önündə daha çox qol vəziyyəti yaratdı. Ancaq 90 dəqiqənin tamamında sevinən tərəf meydan sahibləri oldu.
Bu gün “Qəbələ”nin ən böyük çatışmazlığı məhsuldarlıqla bağlıdı. 4 tura cəmi 5 qol vuran şimallılar bunun üçünü ilk turda “Səbail”in qapısından keçirib. Qalan 3 qarşılaşmada isə Qurbanovun komandası rəqibi cəmi iki dəfə məyus edib. Komandanın əsas qol silahı olan Rauf Əliyev geridə qalan turlar ərzində yalnız bir dəfə adını tabloya yazdırıb. “Qırmızı-qaralar”ın daha bir çatışmazlığı say üstünlüyündən maksimum istifadə edə bilməməsidi. İstər “Sumqayıt”, istərsə də “Sabah”la görüşlərdə “Qəbələ” oyunun son 15-20 dəqiqəsində say baxımından rəqibdən üstün durumda olsa da, bunu hesabda əks etdirə bilməyib. Şimallıların məşqçilər korpusu vaxtında komandanı toparlaya bilməsə, növbəti turlarda “Qəbələ”ni turnir cədvəlinin zirzəmisində görəcəyik. Elə komandanın baş məşqçisini də narahat edən bu məqamdı.
Sənan Qurbanov dünən bizimlə söhbətdə yaşananlara belə münasibət bildirdi: “Sabah”la oyunda, demək olar ki, bütün göstəricilərdə rəqibi üstələdik. Ancaq təəssüf ki, bunu hesabda əks etdirə bilmədik. Futbolçu 1 metrdən boş qapıya düşə bilmirsə, bu artıq bəxtsizlikdi. Komanda meydanda normal oyun sərgiləməsə, qol vəziyyətləri yarada bilməsək və ya oyunçular əzmkarlıq nümayiş etdirməsə, düşünmək olar ki, klubda iş getmir. Ancaq söylədiklərimin hamısı var, sadəcə, son nöqtəni qoya bilmirik. Ən pisi isə odu ki, belə məğlubiyyətlər futbolçulara çox pis təsir göstərir, psixoloji cəhətdən “sınırlar”. İndi mənim əsas vəzifəm “Qarabağ”la oyun ərəfəsində düşərgədə ab-havanı yüksəltmək, futbolçularda özünəinam yaratmaqdı. “Sabah”la oyunun ertəsi məşqimiz oldu, futbolçuları bir araya gətirib üzülməmələrini, məğlubiyyətdən nəticə çıxarıb yolumuza davam etməli olduğumuzu bildirdim. Qarşılaşmanın təhlili də göstərdi ki, komanda normal oyun göstərdi. Bəli, müəyyən çatışmazlıqlarımızın olduğunu etiraf edirəm. Ancaq “Sabah”la matçda bunların heç biri görünmədi”.
Uğursuz start Sənan bəyin kreslosunu da laxladıb. Mətbuatda yazılanlara inansaq, birinci dövrənin sonuna kimi “Qəbələ” “qara zolaq”dan çıxa bilməsə, rəhbərlik “sükan arxasına” başqa mütəxəssis dəvət edə bilər. Ancaq bizimlə söhbətdə Qurbanov söylənilənləri təsdiq etmədi, əksinə, rəhbərliyin ona güvəndiyini dedi: “Son matç da göstərdi ki, biz düzgün yoldayıq və komanda turdan-tura oyununu daha da mükəmməlləşdirir. 3 xallıq sistemdə hazırkı fərqi aradan qaldırmaq o qədər çətin deyil. Bizə bir qələbə lazımdı ki, futbolçular özlərinə gəlsinlər, psixoloji təzyiqi üzərlərindən atsınlar. Növbəti turda bizi “Qarabağ”la çətin oyun gözləyir. Qurban Qurbanovun komandasının bəlli oyun sistemi var. Heyətdə səviyyəli futbolçular yer alıb. Ancaq bütün bunlar bizi qorxutmur. Çalışacağıq həmin oyundan qələbə ilə ayrılaq. Mətbuatda yazılanlara, “Qəbələ” azarkeşlərinin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm ki, hamı bizdən daha yaxşı nəticə gözləyir. Artıq növbəti turdan bizi tənqid edənləri susdurmağa çalışacağıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib Bu gün, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” Bu gün, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək Bu gün, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür Bu gün, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda Bu gün, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq Bu gün, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq Bu gün, 17:22 Yurçeviç hesabat verib? Bu gün, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” Bu gün, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun Dünən, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır Dünən, 15:40 “Səbail” bu gün yola düşür Dünən, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq Dünən, 15:33 Gerye “Qarabağ”ı aldatdı Dünən, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq Dünən, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? Dünən, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist Dünən, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı Dünən, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi Dünən, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi Dünən, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı Dünən, 15:14 “Zirə”dən növbəti transferlər Dünən, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir Dünən, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü Dünən, 10:06 Həftənin idman proqramı Dünən, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Dünən, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Dünən, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Dünən, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Dünən, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Dünən, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Dünən, 09:43 Yığmanın heyəti açıqlandı Dünən, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” Bütün xəbərlər
Ən çox oxunanlar