20 sen 00:19aktual

“Sportinq” qrup mübarizəsinə uğursuz başlayır

“Sportinq” qrup mübarizəsinə uğursuz başlayır
Sabah “Qarabağ” Avroliqanın qrupunda mübarizəyə start verəcək. Ağdamlılar Lissabonda “Sportinq”in qonağı olacaq. Təbii, ilk turda qeydə alınacaq nəticədən çox şey asılıdı. Maraq üçün həm “köhlən atlar”ın, həm də portəgizlərin daha öncə qrupun ilk turunda hansı nəticələrə imza atdığını xatırlamaq yerinə düşər. “Qarabağ” 2014-cü ildən qrupda çıxış etdiyindən, hər iki klubun həmin tarixdən bu yana olan nəticələrini araşdırdıq.
Qarabağ
2014/15
“Köhlən atlar” ilk dəfə qrup həyəcanı yaşayırdı. Rəqiblər isə “Sent-Etyen”, “İnter” və “Dnepr” idi. Qurban Qurbanovun yetirmələri ilk turda “Sent-Etyen”i qəbul etdi. Çoxları Fransa təmsilçisi ilə görüşdə “Qarabağ”a şans tanımasa da, ağdamlılar mübarizəyə heç də pis start vermədi. “Böyük beşlik” ölkəsi təmsilçisi ilə dueldə qol səsi çıxmadı. Həmin mövsüm “köhlən atlar”ın hətta qrupdan çıxmağa yaxın olduğunu, “İnter”lə son turdakı oyunda “təmiz” qolunun Miroslav Zelinka tərəfindən qeydə alınmadığını da yada salaq. Nəticədə təmsilçimiz 6 xalla qrup üçüncüsü oldu.
2015/16
Ardıcıl 2-ci mövsüm Avroliqanın qrupuna vəsiqə qazanan “Qarabağ” bu dəfə “Tottenhem”, “Anderlext” və “Monako” ilə mübarizə aparmalı oldu. Ağdam klubu ilk turda səfərdə londonlularla münasibətləri aydınlaşdırdı. Sözügedən görüşdə Qurbanovun komandası erkən qolla “Tottenhem”i təəccübləndirə də bilmişdi. 7-ci dəqiqədə Riçard Almeyda penaltidən hesabı açmışdı. Lakin ilk hissədə ardıcıl 2 qolla üstünlüyü ələ keçirən ingilislər sona yaxın daha bir qol vuraraq, təmsilçimizi əliboş yola saldı. Qeyd edək ki, “Qarabağ” həmin mövsüm qrup sonuncusu oldu.
2016/17
“Qarabağ” bu dəfə Avroliqada “Fiorentina”, PAOK və “Slovan”la eyni qrupda yer almışdı. “Köhlən atlar” ilk turda evdə “Slovan”ı qəbul edirdi. 1-ci dəqiqədə qapısında qol görən ağdamlılar 7-ci dəqiqədə Miçellə hesabı bərabərləşdirdi. 68-ci dəqiqədə qonaqlar yenidən fərqlənsə də, “Qarabağ” qrupdakı ilk oyunda məğlubiyyətlə barışmadı. 3-cü uzatma dəqiqəsində Rəşad Sadıqov səhnəyə çıxdı və onun qolu komandaya 1 xal qazandırdı. Təəssüf ki, 2016/17 mövsümündə də “köhlən atlar” qrupdan çıxa bilmədi. Baxmayaraq ki, 7 xal təmsilçimizin qrupdakı rekord göstəricisidi.
2017/18
Azərbaycanlı futbolsevərlər ilk dəfə Çempionlar Liqası həyəcanı yaşadı. Təmsilçimiz “Çelsi”, “Roma” və “Atletiko” ilə mübarizə aparmalı idi. İlk turda isə ağdamlılar qorxulu səfərə yollandı. “Çelsi” ilə rəqib meydanında üz-üzə gələn “Qarabağ” böyük hesabla uduzdu. Artıq 5-ci dəqiqədə qapısında qol görən Qurbanovun yetirmələri 6 cavabsız qolla uduzdu. Hər halda, ÇL-dəki ilk cəhdində “köhlən atlar” xalsız qalmadı.
Sportinq
2014/15
“Sportinq” Çempionlar Liqasının G qrupunda yer almışdı. Rəqiblər “Çelsi”, “Maribor” və “Şalke-04” idi. Lissabon təmsilçisi ilk oyununu sentyabrın 17-də səfərdə “Maribor”a qarşı keçirdi. Portəgizlər 80-ci dəqiqədə Nani ilə hesabı açsa da, sonda meydanı 1 xalla tərk etməli oldu. 90+2-ci dəqiqədə buraxılan qol “Sportinq”in qələbə arzusunu gözündə qoydu. Başqa sözlə, mübarizəyə qrupun autsayderi ilə görüşlə start verən lissabonlular üçün “siftə” uğurlu alınmadı. Onu da qeyd edək ki, həmin mövsüm “Sportinq” sonda 7 xalla G qrupunu 3-cü yerdə başa vurdu və Avroliqanın 1/16 finalına yollandı.
2015/16
Avroliqanın H qrupunda yer alan “Sportinq”in rəqibləri Moskva “Lokomotiv”i, “Beşiktaş” və “Şkenderbü” idi. Lissabonlular marafona məğlubiyyətlə başladı. İlk turda öz meydanında rsularla qarşılaşan “yaşıl-ağlar” 1:3 hesablı məğlubiyyətlə üzləşdi. 12-ci dəqiqədə qapısında qol görən “Sportinq” 50-ci dəqiqədə Ferdi Monteronun fərqlənməsi nəticəsində hesabı bərabərləşdirdi. Lakin çox keçmədən daha iki dəfə mərkəzə dəvət olunan meydan sahibləri Avroliqaya məğubiyyətlə start verdi. Hər halda, həmin mövsüm Portuqaliya klubu 2-ci yerlə pley-offa vəsiqə qazana bildi.
2016/17
Yenidən qitənin ən nüfuzlu klub turnirinə dönən “Sportinq” çətin qrupda yer aldı. Lissabon təmsilçisinin rəqibləri “Real”, Dortmund “Borussiya”sı və “Legiya” idi. Portəgizlər ilk turda səfərdə “Real”la qarşılaşdı. Maraqlıdı ki, bu dəfə də hesabı açan tərəf “Sportinq” oldu. 47-ci dəqiqədə Bruno Sezarın vurduğu qolla hesabda önə keçən “yaşıl-ağlar” 89 və 90+4-cü dəqiqədə rəqibin fərqlənməsinə mane ola bilmədi. Yeri gəlmişkən, “Real”ın heyətində bərabərlik qolunun müəllifi “Sportinq”in yetirməsi Ronaldo oldu. Mübarizəyə uğursuz start verən lissabonlular yekunda qrupu sonuncu yerdə başa vurdu.
2017/18
ÇL-də “Barselona”, “Yuventus” və “Olimpiakos”la eyni qrupda yer alan “Sportinq”in ilk iki pilləni tutacağı real görünmürdü. Hər halda, “yaşıl-ağlar” mübarizəyə uğurlu start verdi. İlk turda səfərdə “Olimpiakos”la qarşılaşan Lissabon klubu evə 3 xalla döndü. Hərçənd az qala hesabda 3 top fərqi ilə önə keçən “Sportinq” qələbəni əldən verəcəkdi. Belə ki, oyunun ilk yarısında qonaqların heyətində Seydu Dumbiya, Jelson Martins və Bruno Fernandes fərqlənmişdi. Yunanlar 89 və 90+3-cü dəqiqədə qollardan ikisinin əvəzini çıxsa da, hesabı bərabərləşdirmək mümkün olmadı. Qrupdakı mübarizənin sonunda 3-cü yeri tutan portəgizlər Avroliqada yoluna davam etdi.
Nəticə
Göründüyü kimi, “Qarabağ” qrupdakı mübarizəyə 4 cəhddən 2-də heç-heçə, 2-də isə məğlubiyyətlə star verib. “Köhlən atlar”ın yenilgiləri yalnız İngiltərə təmsilçilərinə qarşı səfər matçlarında qeydə alınıb. “Sportinq” isə 4 cəhddən 2-də uduzub, 1-də heç-heçə edib, yalnız 1 dəfə qalib gəlib. Deməli, lissabonlular uğurlu starta o qədər də alışmayıb. “Yaşıl-ağlar”ın xüsusilə ilk turdakı oyunların son dəqiqələrində “çökməsi” diqqəti çəkir. Hər halda, statisktika bunu göstərir. Ümid edək ki, oxşar ssenari “Qarabağ”la matçda da yaşanacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar