18 sen 22:14aktual

Stuxlik qovulanları başına topladı

Stuxlik qovulanları başına topladı
Avstriyalı vətənində 1 milyonu havaya sovurmaqda suçlanır
Azərbaycanda “futbol hakimi” sözünün əsl sinonimi rüşvətdi. Sizə kimlərdən danışım, kimdən söhbət açım? “Qəhrəmanlarımızın” hansı qəhrəmanlığını yada salım ki, onların əsl simasını təsəvvürnüzə gətirə biləsiz.
Klubla danışığa gedib, pulu həyat yoldaşına çatdırılmasını istəyəndən, “işıqfor”da maşının şüşəsindən pul alandan, klubla danışıb, oğluna ev aldıran və bunun aylıq kreditini ödətdirəndən. Yoxsa hər iki kluba zəng vurub, “filan komanda bu qədər verir, sən nə qədər verirsən?” deyəndən. Saunada oturub, pulu bölən yerdə bir-birinin videosunu çəkənlərdən, klubdan maaş alanlardan, “maklerlik” edib gənc hakimlərin “torbasını tikmək” üçün material toplayanlardan. Disk satanlardan, pul almasının şübhə yaratmaması üçün klub nümayəndələrindən “oyun vaxtı məni söyün ki, şübhələnməsinlər” deyənlərdən, kimlərdən danışım? “Heç-heçəyə 15 min verirlər” deyənlərdən canımız qurtardı, amma “nə qədər?”, “kim verir?” deyən orda olacaq.
Təsəvvür edirsiz? Bu sadaladığımız işlərə gedənlər bu gün Azərbaycanda Hakimlər Komitəsinin üzvləri olacaq, sabah efirdə, mətbuatda haqq-ədalətdən danışacaqlar...
İcraiyyə Komitəsinin ötən cümə keçirilən növbəti toplantısında avstriyalı mütəxəssis, sabiq FİFA referisi, FİFA və UEFA hakim-inspektoru Frits Stuxlik Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri təyin olundu. Bu yerdə haşiyə çıxaraq, bir məqama diqqət yetiməyinizi istərdim. UEFA-nın məsləhət gördüyü Stuxlik öz vətənində o qədər də təmiz imicə malik biri sayılmır. Avstriya mətbuatı 52 yaşlı funksionerin yerli federasiyadakı işini daim tənqid edib. Yerli mediada onun 1 milyon avroluq büdcəni havaya sovurduğunu, əvəzində beynəlxalq aləmdə Avstriyanı təmsil edə biləcək bir nəfər də normal hakim yetişdirmədiyi qeyd olunub. Yenidən qayıdaq İK-nın iclasına və ondan sonra yaşananlara. Bəli, həmin toplantının ardından AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun və yeni komitə sədrinin iştirakı ilə brifinq təşkil edildi. Fürsətdən istifadə edib bəndəniz də baş katibə “məlum dəyişiklikdən sonra sabiq komitə sədri tərəfindən hakimlikdən uzaqlaşdırılan şəxslərin yenidən hakimliyə qayıtması gündəmdədimi” sualını ünvanladı. Elxan bəy ona yönələn əksər suallara ətraflı cavab verdiyi halda, mənim sualıma “gündəmdə deyil” söyləməklə konkret cavab verdi. Bundan sonra çox sevindim, atdanıb-düşdüm, ikinci mayallaqdan sonra özümü ələ alıb düşündüm ki, bəli, AFFA-nın baş katibi ölkənin futbol həyatında çoxdan gözlənilən əsaslı islahatlara Hakimlər və Hakim-İnspektorlar Komitəsindən başlayıb və bütün söz-söhbətə son qoymaq, hakimliyin imicini yüksəltmək üçün Frits (uşaq vaxtı ikinci cahan müharibəsindən bəhs edən filmlərə çox baxmışam. Həmin kinolarda almanların qəddarlığı nümayiş olunurdu. Evləri yandıran, qocaları, qadın və uşaqları öldürənlərə - bunu fritslər ediblər deyirdilər. Ümid edirəm ki, adları eyni olsa da, Fritslə fritslərin əməlləri oxaşar olmayacaq) Stuxliklə birgə hər şeyə yeni sətirdən, yeni absazdan başlayacağıq. Ancaq...
Ancaq həftəsonu premyer-liqa matçlarında gördüklərim, riyaziyyatdan bildiyim “toplananların yeri dəyişdikdə cəm dəyişmir” qanununu yada saldı. Deməli, yeni komitə sədri Azərbaycanda işə başlar-başlamaz ətrafına Xaqani Məmmədovun dönəmində yol verdikləri nöqsanlara görə hakimlikdən uzaqlaşdırılan, adını “müxalifət” qoyan şəxsləri toplayıb. Yeni formalaşacaq komitədə təmsil olunacağı gözlənilən Anar Salmanov, Babək Quliyev avstriyalını addım-addım müşayiət edib matçları birgə izləyiblər. Onların nə barədə danışdığını, hansı mövzuları müzakirə etdiyini deyə bilmərəm. Ancaq məni bir sual maraqlandırır. Görəsən, AFFA-nın yeni kadrı olan avstriyalı funsioner Salmanova, Quliyevə nəyə görə hakimlikdən uzaqlaşdırıldıqları haqda sual veribmi? Veribsə, onların cavabı nə olub?
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar