Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi

AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir?
19 sen 01:10aktual
“Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı

“Qarabağ”ın rəqibinin “11-liy”i bəllidi
“Qarabağ” ölkə çempionatının 4-cü turunda doğma azarkeşləri önündə “Sumqayıt”ı məğlub etməyi bacardı. Portuqaliya birinciliyində isə hələ ki fasilədi. Buna baxmayaraq, həftəsonu ölkə kubokunun matçları keçirilib ki, D qrupunda yer alan “Sportinq” Lissabonda “Maritimu”nu qəbul edib. 90 dəqiqəni üstün keçirən ağdamlıların rəqibi yekunda 3:1 hesablı qələbə qazanmağa nail olub. Hesabı 26-cı dəqiqədə Rafinya açıb, 54-cü dəqiqədə Bruno Fernandes “yaşıllar”ı ikinci dəfə sevindirib. 61-ci dəqiqədə “Maritimu”dan Korrea təsəlli qolunu vursa da, Fernandes dublunu rəsmiləşdirməklə yekun nəticəni müəyyənləşdirən qola imza atıb.
Joze Peseyru start heyətində bu futbolçulara şans verib ki, böyük əksəriyyəti “11-liy”in dəyişməz üzvləridi: Romen Salin, Cefferson, Andre Pinto, Sebastyan Koates, Yovan Kabral, Markos Akunya, Rodriqo Battalya, Borges Fernandes, Rafinya, Bruno Qaspar, Fredi Montero.
Stefan Ristovski, Bas Dost və Nanini (sonuncu ikisi zədəlidi) çıxsaq, paytaxt təmsilçisi qarşılaşmaya, demək olar, əsas heyət oyunçuları ilə çıxıb. Hər halda, çempionatın ilk 4 turunda heyətdə yer alanların adlarına nəzər salanda, bunu anlamaq çətin deyil. Hazırda 10 xalla “Benfika” ilə turnir cədvəlinə başçılıq edən “Sportinq” 3 qələbə qazanıb və həmin “Benfika” ilə heç-heçə oynayıb. Maraq üçün “Qarabağ”ın rəqibinin keçirdiyi oyunların nəticələrini və “11-lik”də hansı futbolçularınb yer aldığını diqqətinizə çatdırırıq.
Moreyrense – Sportinq 1:3
Romen Salin, Cefferson, Jeremi Matye, Sebastyan Koates, Stefan Ristovski, Radoslav Petroviç, Markos Akunya, Rodriqo Battalya, Borges Fernandes, Nani, Bas Dost.
Sportinq – Vitoriya 2:1
Romen Salin, Cefferson, Jeremi Matye, Sebastyan Koates, Stefan Ristovski, Yosip Mişiç, Markos Akunya, Rodriqo Battalya, Borges Fernandes, Nani, Bas Dost.
Benfika – Sportinq 1:1
Romen Salin, Cefferson, Andre Pinto, Sebastyan Koates, Stefan Ristovski, Markos Akunya, Rodriqo Battalya, Borges Fernandes, Rafinya, Nani, Fredi Montero.
Sportinq – Feyrense 1:0
Romen Salin, Cefferson, Andre Pinto, Sebastyan Koates, Stefan Ristovski, Markos Akunya, Rodriqo Battalya, Borges Fernandes, Rafinya, Nani, Fredi Montero.
Adlardan göründüyü kimi, Peseyru komandasının cari mövsümdə keçirdiyi 5 oyunun start heyətində ümumilikdə 17 futbolçunun xidmətindən yararlanıb. Hazırda onlardan ikisinin zədəli olduğunu nəzərə alanda, “Qarabağ”a qarşı oyunun start “11-liy”ində kimlərin yer alacağını müəyyənləşdirmək çətin deyil.
“Çərçivə”nin dəyişməz ad – Romen Salinə tapşırılacağına şübhə yoxdu. Müdafiədəki “dördlük” də, çox güman, dəyişməz qalacaq – Cefferson, Andre Pinto, Sebastyan Koates, Stefan Ristovski. Dayaq yarımmüdafiəçilərindən biri Rodriqo Battalya olacaqsa, yanında argentinalı həmyerlisi Markos Akunyanın oynayacağı gözlənilir. Naninin yoxluğunda yarımmüdafiənin sol cinahında Yovan Kabralın yer alacağı inandırıcıdı. Əks cinahda Rafinya dəyişməz simadısa, oyun qurucusu funksiyasını həmişəki kimi Borges Fernandes yerinə yetirəcək. Hücumun sivri ucunda Fredi Monteronun şans qazanacağı ehtimal olunur. Maraq üçün qeyd edək ki, “ağ-yaşıllar” meydana bu heyətlə çıxsalar, ilk dəqiqələrdən cəmi iki portəgiz futbolçu mübarizə aparacaq – Andre Pinto ilə Borges Fernandes.
Təbii, ehtimal olunan “11-liy”i Nani və Bas Dostun yoxluğu əsasında nəzərə çatdırdıq. Ola bilsin, sentyabrın 20-nə qədər hər ikisi və ya ikisindən biri meydana çıxmağa hazır olacaq. Belədə Nani doğma mövqeyində yer alıb Kabralın ehtiyatda qalmasına səbəbkar olacaqsa, Bas Dostun dönüşü Monteronun kənarda qalması ilə nəticələnəcək. Nanidən fərqli, Dostun oynayacağı güman olunmur.
HƏBİB
Şərh yaz