14 sen 22:50aktual

“Sportinq”in 4 illik avrokubok macərasına səyahət

“Sportinq”in 4 illik avrokubok macərasına səyahət
“Lokomotiv”lə “Astana” bacarıb!
Yığmanın Millətlər Liqasındakı iki oyunu başa çatdı və sıra yenə “Qarabağ”dadı. Avroliqanın qrupuna vəsiqə qazanan və “Arsenal”la “Sportinq” kimi ünlü komandalarla mübarizə aparmalı olan təmsilçimizin ilk rəqibi Portuqaliya nəhənglərindən biridi. Sentyabrın 20-də səfərdə keçiriləcək qarşılaşmada ağdamlıların mübarizəyə necə başlamasından çox şey asılıdı. Simeon Slavçevlə Miçelin itkisini nəzərə alsaq, mümkün 1 xal yağın üstündə bal təsiri bağışlayacaq. Amma bu heç də asan görünmür. Portuqaliya futbolu deyəndə, göz önünə daha çox “Portu”yla “Benfika”nın uğurları gəlsə də, hər il avrokuboklarda çıxış edən Lissabon təmsilçisinin kifayət qədər təcrübəsi var. Heyətdəki adlar bir yana, son 4 ildə avrokuboklarda nə ilə yadda qaldıqlarına nəzər salmaq kifayətdi. Elə isə baxaq. 2012/13 mövsümünü ölkə çempionatının 7-ci pilləsində başa vuran “ağ-yaşıllar” 2013/14 avrokubok mövsümündə iştirak edə bilməmişdi.
2014/15
Paytaxt təmsilçisi premyer-liqada 30 oyundan sonra 67 xal toplayıb çempion ”Benfika”dan 7 xal geri qalsa da, bu nəticə birbaşa Çempionlar Liqasının qrupunda oynamağa kifayət etmişdi. G qrupundakı rəqiblər bunlar idi: “Çelsi”, “Şalke-04” və “Maribor”. Evdə “Şalke-04”lə “Maribor”u udan, ikincilərlə səfərdə heç-heçə oynayan “aslanlar” topladığı 7 xalla növbəti mərhələyə yüksələ bilmədiyindən, mübarizəni Avroliqanın 1/16 finalında davam etdirmişdi. Lissabonda “Volfsburq”la qeydə alınan qolsuz bərabərlik fonunda Almaniyada meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb Marko Silvanin yetirmələrini avrokubok macərasını başa vurmağa məcbur etmişdi.
2015/16
“Ağ-yaşıllar” bu dəfə finiş xəttinə çatana qədər “Benfika”yla “Portu”nu özündən irəli buraxmışdı. Çempiondan 9, gümüş mükafatçıdan 6 xal geri qalması mübarizəyə Çempionlar Liqasının qrupunda yox, pley-offda başlamağa səbəb olmuşdu. Bu dəfə mərdimazar rolunu bizə yaxın olan ruslar oynamışdı. ÇSKA səfərdə 1:2 hesabı ilə məğlub olsa da, 8 gün sonra Moskvada 3:1hesabı ilə qalib gəlib ÇL-in qrupuna yüksəlmişdi. “Sportinq” isə Avroliqanın qrupuna yuvarlanmışdı. Moskva “Lokomotiv”i, “Beşiktaş” və “Şkenderbü” ilə oyunlarda 3 qələbə qazanan portəgizlər evdə “Beşiktaş”la “Şkenderbü”nü, səfərdə “Lokomotiv”i udmağı bacarmışdı. Daha 1 xalı isə “Beşiktaş”la səfər qarşılaşmasında hesabına yazmışdı. Topladığı 10 xal sayəsində qrupdan 2-ci kimi çıxan “ağ-yaşıllar”ın 1/16 finaldakı rəqibi yenə Almaniya tənsilçisi, bu dəfə Leverkuzen “Bayer-04”ü olmuşdu. Evdə 0:1, səfərdə 1:3 hesablı yenilgilər “Sportinq”i diqqətini ölkə çempionatına ayırmağa məcbur etmişdi.
2016/17
Sonuncu dəfə 2002-in yazında çempionluğu bayram edən paytaxt təmsilçisi bu dəfə “qızıl”a çox yaxınlaşmışdı. Lakin “Benfika” ilə çempionluq uğrunda gedən amansız mübarizədə “qırmızılar” rəqibini 2 xal qabaqlayıb növbəti dəfə azarkeşlərini sevindirmişdi. “Gümüş” qazanmasına baxmayaraq, “Sportinq” növbəti dəfə birbaşa Çempionlar Liqasının qrupunda oynamaq şansı qazanmışdı. Rəqiblər də kim olsa yaxşıdı?! “Real”, Dortmund “Borrusiya”sı və “Legiya”. 5 oyunda rəqiblərinə boyun əyən portəgizlər yalnız “Legiya”nı evdə məğlub edə bilmişdi. 4 xal yığan “Legiya” çıxışına Avroliqanın 1/16 finalında davam etdiyi halda, Corc Jezusun yetirmələri avrokuboklarla vaxtından əvvəl vidalaşmağa məcbur olmuşdu.
2017/18
“Benfika” ilə “Portu” bu dəfə də keçilməz olduğundan, rəqiblərindən müvafiq olaraq 12 və 6 xal geri qalan “Sportinq” mövsümü bürünc mükafatçı kimi başa vurmuşdu. Bununla da ötən yay Çempionlar Liqasında mübarizəyə pley-offdan qoşulmuşdu. Bu mərhələdəki rəqibi “Styaua” ilə Portuqaliyadakı qarşılaşmada qolsuz bərabərlik qeydə alınsa da, “ağ-yaşıllar” səfərdə rumınlara divan tutmağı bacarmışdı – 5:1. Qrupdakı rəqiblər bu dəfə də “əjdahalar” idi. “Yuventus”la “Barselona” və “asan yem” olmayan “Olimpiakos”. Yunanları hər iki matçda udan lissabonlular yalnız “Yuventus”la evdəki oyunda 1:1 edib qrupu 7 xalla 3-cü pillədə başa vurmuşdu. 1/16 finalda “Astana”nı Qazaxıstanda 3:1 hesabıyla məğlub edən “aslanlar” Lissabondakı 3:3-ə baxmayaraq, 1/8 finala yüksəlmişdi. Bu dəfə Plzen “Viktoriya”sını mübarizədən kənarlaşdırmaq çətin olmamışdı – 2:0, 2:1. 1/4 finaldakı rəqib Madrid “Atletiko”su idi. Bir neçə ay öncə iki oyunda “Qarabağ”ı uda bilməyən “Atletiko”. İspanlar evdə qazandığı 2:0 hesablı qələbə sayəsində yarımfinala yüksəlmişdi. Portuqaliyada isə meydan sahibləri qalib gəlmişdi – 1:0.
Nəticə
Göründüyü kimi, “Sportinq” zəngin avrokubok təcrübəsinə sahibdi. Təkcə son 4 ilə nəzər salmaqla müəyyən qənaətə gəlmək olar. Hər il qruplarda çıxış edən “ağ-yaşıllar” ev və səfər amillərində qeyri-sabit təsir bağışlasalar da, Lissabonda heç də keçilməz deyillər. “Lokomotiv” bu komandanı doğma azarkeşləri önündə məğlub edibsə, “Astana” heç-heçə oynamağı bacarıbsa, deməli, “Qarabağ”ın səfərdən heç-heçə ilə qayıtmaq şansı var. “Sportinq”in bu il avrokuboklarda oyun keçirmədən birbaşa Avroliqanın qrupunda çıxış etməsi də təmsilçimizin xeyrinə ola bilər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar