14 sen 22:21aktual

Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı

Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı
“Bu gün “Qarabağ” 4-5 il əvvəlki çempionatdakı rəqabətin xeyrini görür”
Əsas yığmanın baş məşqçisi Qurban Qurbanov sentyabrın 11-də Azərbaycan və Norveçin U-21-lərinin oyunundan sonra verdiyi açıqlamalarla bir növ həyəcan təbili çalmış oldu. Yığmaya rəhbərlik etdiyi son 8-9 ayda kifayət qədər ehtiyatlı danışması ilə seçilən təcrübəli çalışdırıcının Kosovo və Malta ilə qarşılaşmalardan sonra “çox şeyə sıfırdan başlamaq lazımdı” deyib üsyan etməsinin səbəbi bəllidi. Artıq Qurbanov da ölkə futbolunun uçuruma yuvarlandığının fərqindədi və bu futbolçularla, bu təfəkkürlə uzağa getməyin mümkünsüz olduğunu anlayır.
Onun dedikləri, yəqin ki, çoxlarının marağına səbəb olub. Xüsusən də vaxtilə iddialı klublarda çalışmış funksionerlərin. Onlardan biri, “Neftçi”nin “qızıl” dönəmində vitse-prezident vəzifəsini yerinə yetirən, qazanılan uğurlarda əsas pay sahiblərindən olan Tahir Süleymanovdu. Qurban Qurbanov “5-7 il əvvəlki klubları, rəhbərlikləri, baş məşqçiləri, legionerləri götürsək, tam fərqli çempionat izləyirdik” deyirsə, deməli, Süleymanovun da söyləyəcəkləri var: “Qurban Qurbanovun fikirləri ilə tanışam. Qeyri-adi heç nə yoxdu, futbolda saç ağardan biri kimi gördüklərini, bildiklərini deyib, ən əsası, real durumu diqqətə çatdırıb. Azərbaycan futbolunun hazırkı durumu göz qabağındadı. Bunu futbolla dünən maraqlanmağa başlayanlar da görür, bilir. Millinin Kosovo və Malta ilə görüşlərdəki heç-heçələri səbəbsiz deyildi. Bunun özünəməxsus səbəbləri var. Bu gün hamı günahı baş məşqçidə və futbolçularda axtarır, ən çox qınanan onlardı. Amma çempionatın səviyyəsinin hardan hara endiyinə, futbolun hansı səviyyədə idarə olunduğuna diqqət yetirən yoxdu. 5-6 il bundan əvvəl çempionluq uğrunda azı altı komanda – “Neftçi”, “Qarabağ”, “İnter”, “Bakı”, “Xəzər Lənkəran”, hətta ”Qəbələ” mübarizə aparanda, həm komandaların gücü, həm də çempionatın səviyyəsi tam başqa idi. Bu komandaların öz aralarında baş tutan qarşılaşmaların səviyyəsi minimum Avroliqanın pley-off görüşü səviyyəsindəydi. Bəzən hətta Avroliqanın qrup mərhələsindəki oyunların səviyyəsi ilə ölçmək olardı. Eyni sözlər legionerlərin bacarığına da aiddi. Flavinyo, Reynaldo, Mitreski, Poşkus, Parks, Vobay, Pits və adını çəkmədiyim onlarla futbolçu ölkə çempionatının səviyyəsinin artmasına kömək edirdi. Onların yanında oynayan yerli uşaqlar çox şey öyrənirdi, rəqabəti görüb “artırırdılar”. Təəssüf ki, həmin dönəm geridə qaldı. Və ildən-ilə futbol uçuruma doğru yuvarlandı”.
Süleymanovun “kimdi günahkar, niyə belə oldu” sualına cavabını dinləyək: “Ölkə futbolunun ümumi durumuna nəzarət edən, etməli olan qurum federasiya, bizdə isə assosiasiyadı, yəni AFFA. Həmçinin klub rəhbərləri və premyer-liqanın təşkilinə, keçirilməsinə cavabdehlik daşıyan PFL. Bu qurumlar ölkə futbolunda yaşananlara nəzarət etməli, inkişaf modelini ortaya qoymalı, nöqsanların aradan qaldırılmasına çalışmalıdı. Futbola kompleks yanaşma olmalı, ortaya yeni layihələr qoyulmalıdı. Və ən əsası, şəxsi maraqlar, dostluq, qohumbazlıq arxa planda qalmalıdı. “Azərbaycanda futbolçu yoxdu” fikri ilə qətiyyən razılaşmıram. Futbolçu olmasaydı, 4 il əvvəl Robert Prosineçki kimi “Real” və “Barselona”da oynamış, bu gün Bosniya və Hersoqovinanı çalışdıran əcnəbi ölkəmizdə çalışdığı ilk günlərdə “burda istedadlı futbolçular var” sözlərini dilinə gətirməzdi. Sadəcə, problemlər üzərində çalışmaq, baş işlətmək lazımdı. İstedadlar düzgün mexanizmlə inkişaf etdirilməlidi, regionlarda böyük futbol bərpa olunmalıdı. Bunları bacarsaq, nəinki Kosovo ilə Malta, hətta Belarus, Qazaxıstan, Gürcüstan, Makedoniya kimi rəqiblər Azərbaycan yığmasının qarşısında baş əyər.
Bu gün “Qarabağ” 4-5 il əvvəlki çempionatdakı rəqabətin xeyrini görür. Fikir verin, Ağdam təmsilçisi 2-3 il əvvəl rahat qrupa vəsiqə qazanırdısa, bu gün BATE-ni keçə bilmir, “Şerif”i son anda udur. Çünki çempionatın səviyyəsi xeyli aşağı düşüb. Belə olan halda avrokuboklardakı rəqabətə dözmək olduqca çətindi. Bu cür davam etsə, artıq qruplar da xəyal olacaq. 10-15 il əvvəlki günlərə qayıdacağıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar