13 sen 22:57aktual

U-21-in üzvləri problemləri açıqladı

U-21-in üzvləri problemləri açıqladı
Sərtan Taşkın: “Rəşad Sadıqov milliyə sistem gətirib, düşərgədə intizam hökm sürür”
Əsas yığmanın Millətlər Liqasındakı oyunları ilə paralel olaraq, U-21 də bu arada Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2 matç keçirdi. Hər ikisi də evdə - “Dalğa Arena”da baş tutdu. Sentyabrın 6-da İsraili qəbul edən Rəşad Sadıqovun komandası heç-heçəyə (1:1) razılaşdı. Ayın 11-də isə gənclər millisi Norveçə 1:3 uduzdu. Beləliklə, qələbə həsrəti, tsikli qalibiyyətsiz başa vurmamaq istəyi son turadək təxirə salındı. Belə baxanda, norveçlilərlə son oyunda 3 xala ümid etmək olmur. Bu o deməkdi ki, U-21 böyük ehtimalla son 10 ildə ilk dəfə ən zəif nəticə göstərərək, qrupu 3 xaldan az toplamaqla başa vuracaq.
Əslində gənclər millisində təcrübəsinə böyük ümidlər bəslənən futbolçular var. Onlardan biri Sərtan Taşkındı. “Keşlə”nin əsas komandasında müntəzəm çıxış edən, kifayət qədər premyer-liqa təcrübəsi olan müdafiəçidən son iki oyunla bağlı fikirlərini öyrəndik: “Nəticə etibarilə zəif çıxış etdik. İsraillə oyun da gözlədiyimiz, planlaşdırdığımız kimi olmadı. Qələbə qazanmaq istəyirdik. Hesabı da biz açmışdıq, ancaq üstünlüyü qoruya bilmədik. Üç xal əldə etmək olardı. Norveçlə oyunumuz daha çox xoşuma gəldi. Sona qədər mübarizə apardıq. Sözsüz, rəqib çox güclü idi. Ancaq belə deyim, qolları özümüz öz qapımıza vurduq.
Rəşad Sadıqov milliyə sistem gətirib, düşərgədə intizam hökm sürür. Bundan başqa, o, komandanı əla motivasiya edir. Hətta iki top geridə olanda da uşaqlar sona qədər döyüşdü. Əzmkarlıq diqqəti çəkir. Özümüzü tərifləmirəm, bunu futbol adamları deyir. Hələlik bizdə son nöqtəni qoymaq baxımından problem var. Deməzdim ki, hücumçularımız zəifdi. Bəzən arxadakılar həlledici ötürməni düz verə bilmir deyə, qol şansı əldən verilir. Qapı və müdafiə xəttində də səhvlər var. Məsələn, Kamran İbrahimovun topu önünə qaytardığı epizodlarda müdafiə sayıq davransaydı, rəqib hücumçudan əvvəl tez yetişib təhlükəni uzaqlaşdıra bilərdik. Deməli, bizim də səhvimiz var. Şəxsən özümdən razı deyiləm. Son vaxtlar həm klubumda, həm də millidə sanki bəxtsizlik məni izləyir. İnamsız çıxış edirəm. Bunu özüm də hiss edirəm və düzəltməyə çalışıram. Rəşad Sadıqov onu da düzgün irad tutur ki, milli üzvləri budəfəki toplanışa tam hazırlıqlı gəlməmişdi. Yayda keçirdiyimiz yoldaşlıq görüşlərində daha yaxşı formadaydıq. Baxmayaraq ki, mövsümün sonu idi, məntiqlə yorğunluq olmalıydı. Ancaq indi çempionat yeni başlayıb, hələ topu tam hiss etmirik, təlim-məşq toplanışının yorğunluğunu üzərimizdən tam ata bilməmişik. Uşaqların bir çoxu isə klubunda daimi oyun praktikasina malik deyil. Millinin qarşıdakı toplanışına qədər tam formaya düşməliyik. Tsiklin son oyununa daha hazırlıqlı yollanmalıyıq”.
U-21-də cəmi üç rəsmi oyuna çıxan və bunun ikisi Rəşad Sadıqovun dövrünə təsadüf edən, növbəti tsikldə isə yaş səbəbi ilə artıq gənclər millisinə çağırılmayacaq Eltun Turabovun fikirləri də maraqlıdı: "Əlimdən gələni etdim ki, milliyə xeyrim dəysin. Oyunuma məşqçi qiymət versə, daha doğru olar. Siz də gördüz ki, bu oyunlarda müdafiə xəttinin üzərinə daha çox yük düşdü. Açığı, Norveçə qarşı oynamaq daha çətin idi. Qarşılaşmadan sonra baş məşqçimiz gəlib mübarizəyə görə təşəkkür etdi bizə. Mən də öz adımdan Rəşad Sadıqova təşəkkür edirəm ki, inandı, milliyə dəvət etdi. Hamımız döyüşdük, amma Norveçlə oyunda səviyyə fərqi özünü göstərdi".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar