13 sen 00:02aktual

Pavelin zədəsinə müayinə aydınlıq gətirəcək

Pavelin zədəsinə müayinə aydınlıq gətirəcək
Ruslanın “23-lük”dən kənarda qalmasını Qurban Qurbanov istəyib
Millətlər Liqasını böyük səbirsizliklə gözləyirdik. Çünki yarışın yaradılmasının əsas məqsədi zəif yığmaların da AÇ-yə yolunu açmaq idi. Bunun üçün aşağı-yuxarı öz gücündə olan rəqiblərlə mübarizədən qalib ayrılmaq lazım idi. Lakin D divizionunun 3-cü qrupunda yer alan Qurban Qurbanovun yetirmələri Millətlər Liqasına yaxşı başlamadı. İlk turda, “doğma divarlar” arasında Kosovo ilə qolsuz “sülh”ə razılaşan yığma srağagün Malta səfərindən 1 xalla döndü. İlk iki oyunda qələbənin qazanılmaması yığmanın qrup birincisi olmaq şansına ciddi təsir etdi. Çünki əsas rəqib sayılan Kosovonun hazırda 4 xalı var. Yığmanın sərgilədiyi oyun qalan 4 matçın hamısında qalib gəlməyin mümkünsüz olduğunu göstərir. Təbii, bütün bunlar müzakirə mövzusudu. Biz isə Malta ilə oyunda diqqəti çəkən məqamlara bir daha toxunaq.
AFFA rəhbərliyi yığmanın yanında idi
Yuxarıda vurğuladığımız kimi, hər kəs Millətlər Liqasının yığma üçün şans olduğunu yaxşı anlayır. Bu fürsəti əldən buraxsaq, çətin ki, milli yaxın illərdə AÇ-nin final mərhələsində çıxış edə. Elə AFFA rəhbərliyi də sözügedən yarışın əhəmiyyətinin fərqindədi. Qurbanovun baş məşqçi postuna gətirilməsi də tarixi şansı dəyərləndirmək arzusunun təzahürü idi. Bir sözlə, federasiya rəhbərliyinin Millətlər Liqasına ümidi çox böyükdü. Yadınızdadısa, hələ Kosovo ilə oyundan öncə AFFA prezidenti Rövnəq Abdullayev komanda ilə görüşmüşdü. Bu dəfə isə assosiasiya başqanı Maltada da yığmanın yanında idi. Özü də Abdullayev tək deyildi. Federasiyanın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov da Malta ilə matçı tribunadan izləyirdi. Sözsüz, AÇ-yə vəsiqə qazanılsa, bu ölkə futbolu üçün inqilaba bərabər bir hadisə olar. İstər Abdullayev, istərsə də Məmmədov bunu yaxşı bilir. Hərçənd qurum rəhbərliyi yarışa nə qədər həssas yanaşsa da, yığma ümidləri doğrultmur.
Paşayevin zədəsi ciddidi?
Malta ilə matçın gedişində Qurbanov üç dəyişikliyə əl atdı. Ramil Şeydayevlə Cavid İmamverdiyevin meydana çıxması oyunu gücləndirmək istəyindən irəli gəlirdisə, daha öncəki əvəzetmə məcburiyyətdən edilmişdi. Belə ki, 34-cü dəqiqədə rəqib kobud oyunla Pavel Paşayevi zədələdi. Həkim müdaxiləsi futbolçunun davam etməsi üçün yetərli olmayınca, Qurbanov müdafiəçini əvəzləmək məcburiyyətində qaldı. Paşayevin yerinə Ürfan Abbasov meydana çıxdı. Dünən Pavelin durumu ilə maraqlandıq. Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlundan aldığımız informasiya görə, hələ ki Paşayevin zədəsinin ciddi olub-olmadığı bilinmir. Futbolçu tibbi müayinədən keçdikdən sonra dəqiq məlumat veriləcək.
Ruslan Qurbanov harda idi?
Avqustun sonlarında təlim-məşq toplanışına start verən yığmanın düşərgəsində 25 futbolçu var idi. Hazırlıq prosesinin gedişində isə yalnız bir dəyişiklik oldu. Belə ki, Səlahət Ağayev atasının vəfatıyla bağlı millidən ayrıldı və baş məşqçi onun əvəzinə Şahruddin Məhəmmədəliyevi dəvət etdi. Kosovo ilə oyunda Namiq Ələsgərovla Bəxtiyar Həsənalızadə “23-lük”də yox idi. Əslində Namiq yeni mövsüm start götürəndən bəri premyer-liqada şans qazanmayıbsa, Həsənalızadə ilk dəfə yığmaya çağırılırdı. Bu baxımdan Qurbanovun seçimini anlamaq olardı. Lakin Malta ilə görüşdə bir qədər fərqli mənzərənin şahidi olduq. Düzdü, bu dəfə də iştirak ərizəsinə salınmayanlardan biri Bəxtiyar idi. Ancaq “23-lük”dən kənarda qalan digər oyunçunun Ruslan Qurbanov olması qəribə göründü. Çünki “Səbail”li ötən oyunda start heyətində yer almış, yalnız sonradan əvəzlənmişdi. Üç gün öncə “11-lik”də olan futbolçunun adının bu dəfə iştirak ərizəsində olmaması diqqəti çəkməyə bilməz. Halbuki oyun təcrübəsi olmayanlardan birini “23-lük”dən kənarda qoymaq olardı. Olmaya baş məşqçi hansısa hərəkətinə görə onu cəzalandırıb? Məsələni Elman Himayətoğlu ilə dəqiqləşdirdik. O, hər hansı cəzanın olmadığını bildirdi. Elman bəy onu da qeyd etdi ki, iştirak ərizəsinə 23 nəfərin adı salındığından 2 nəfər kənarda qalmalıydı və bu, sırf baş məşqçinin seçimidi.
Kimlər oynamadı?
Qurbanov Millətlər Liqasının ilk iki turunda 15 futbolçunun xidmətindən yararlandı. 10 oyunçu nə Kosovo, nə də Malta ilə matçda şans qazandı. Bunlar Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Coşqun Diniyev, Namiq Ələsgərov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Rahil Məmmədov və Bəxtiyar Həsənalızadədi. Cavid İmamverdiyevlə Ruslan Qurbanov yalnız bir oyunun iştirakçısı oldu. Qalan futbolçular isə hər iki görüşdə mübarizə apardı. Söhbət Kamran Ağayev, Təmkin Xəlilzadə, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Ürfan Abbasov, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Emin Mahmudov, Mahir Mədətov, Rauf Əliyev və Ramil Şeydayevdən gedir.
66-cı heç-heçə
Malta ilə qarşılaşma yığmanın 242-ci matçı idi. Milli indiyədək 46 qələbə qazanıb, 66 dəfə heç-heçə edib, 130 məğlubiyyət alıb. Bu matçlarda 178 dəfə rəqib qapısına yol tapmışıq, öz qapımızda 407 qol görmüşük. “Cırtdan”la qarşılaşma yığmanın 120-ci rəsmi oyunu idi. Bu matçlarda hesabımızda 13 qələbə, 25 heç-heçə və 82 məğlubiyyət var. Top fərqində də uçurum diqqəti çəkir: 66-252. Malta ilə görüş Qurbanovun millinin “sükanı arxasında” 8-ci oyunu oldu. Yığma təcrübəli mütəxəssisin rəhbərliyi altında 2 qələbə qazanb, 4 heç-heçə edib, 2 dəfə uduzub. Bu oyunlarda 8 qol vurub, 7-ni buraxmışıq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar