13 sen 00:01aktual

“Milli dəstə”nin üzvlərini UEFA-nın göstərişi ilə sərbəst buraxıblar

“Milli dəstə”nin üzvlərini UEFA-nın göstərişi ilə sərbəst buraxıblar
Şamil Mustafayev: “Maltanı uda bilməməyimiz kənardan faciə kimi görünür”
Yığma Maltada azarkeş dəstəyindən məhrum deyildi. “Milli dəstə” bu dəfə də komandanı tək qoymadı. Onların sayı təxminən 40-50 nəfər idi. Azarkeş qrupunun üzvləri hətta Təmkin Xəlilzadənin qolundan sonra iki dənə məşəl də yandırdılar. Təbii, yığmanın əksər matçlarında tribunada yer alan “Milli dəstə”yə təşəkkür düşür. Xaricdə yaşayan soydaşlarımızın, əsasən də tələbələrin formalaşdırdığı azarkeş qrupu yığmanın səfər oyunları zamanı sərhədləri aşaraq, öz hesabına komandanın yanında olur. Lakin onlar Ta’Qalidəki matçı heç də xoş xatırlamayacaq.
Söhbət bizim üçün uğursuz nəticənin qeydə alınmasından getmir. Doğrudu, bu məqamın hər bir azərbaycanlı azarkeş kimi, “Milli dəstə”nin üzvlərinin də qanını qaraltdığı şübhə doğurmur. Ancaq əsas məsələ oyundan sonra başverənlərdi. Belə ki, final fitindən sonra azarkeş qrupunun iki üzvü – Şamil Mustafayevlə Vüsal Əhmədov Malta polisi tərəfindən saxlanılıb. Yalnız AFFA rəsmilərinin, UEFA nümayəndəsinin müdaxiləsindən sonra onlar sərbəst buraxılıb. Ancaq proses o qədər də asan olmayıb. Əldə etdiyimiz bilgiyə görə, azarkeş qrupunun üzvlərinin saxlanılmasının səbəbi məşəl yandırmaları olub. Detalları Şamil Mustafayevin özündən dəqiqləşdirdik: “Biz şənbə günü, yığmadan öncə Maltaya çatdıq. Komandanı hava limanında qarşıladıq. Bəstələrimizi oxuduq, dəstəyimizi nümayiş etdirdik. Bundan başqa, bir gün öncəki açıq məşq zamanı da milliyə dəstək olduq. Ötən il Almaniya ilə səfər oyununda böyük Azərbaycan bayrağı açmışdıq. Üzərində də ingilis dilində “bizim ürəyimiz Azərbaycan üçün döyünür” yazısı var idi. Həmin bayrağı da aparmışdıq, üzərindəki yazılarda düzəliş etməliydik, onu da etdik. Bizə təxminən 25 nəfər müraciət etmişdi. Amma gözlənilmədən 10-a yaxın türk, həmçinin cənubi azərbaycanlı, özbək və başqa millətlərdən olan futbolsevərlər də bizə qoşuldu. Təxminən 40-a yaxın tərəfdarla tribunada öz yerimizi tutduq. Himn səslənəndə 100 kvadratlıq Azərbaycan bayrağını açdıq. Təəssüf ki, kanallarda bunu göstərməyiblər. Halbuki himn səslənəndə həmin ölkənin azarkeşlərini göstərirlər. Bundan başqa, gizli şəkildə stadiona iki məşəl keçirmişdik. Qol zamanı hər ikisini yandırdıq və polis bizə yaxınlaşıb, sənədlərimizi təqdim etməyimizi istədi. Lakin biz bundan boyun qaçırdıq. Asayiş keşikçiləri tribunaya keçə bilmədikləri üçün matçın bitməsini gözlədilər. Fasilə zamanı yenidən bizə yaxınlaşıb, onlarla getməyimizi tələb etdilər. Biz bundan da imtina etdik. Məcbur oyunun sonunu gözləməli oldular. Final fitindən sonra mənimlə Vüsal Əhmədovu stadionun yaxınlığında bir yerə apardılar və bizimlə müstəntiqin gəlib söhbət edəcəyini bildirdilər. Gördük ki, AFFA rəsmiləri, baş katib Elxan Məmmədov Malta Futbol Federasiyasının nümayəndələri ilə söhbət edirlər, onlara nəyisə başa salmağa çalışırlar. Bu müzakirələr təxminən 1 saat davam etdi, daha sonra polkovnik rütbəli bir şəxs gəldi və bizi sərbəst buraxdı. O bizə dedi ki, “ağlınızı başınıza yığın, bəxtiniz gətirib ki, Almaniya və ya Fransada deyilsiz. Bu ölkələrdən birində olsaydız, sizi məhkəməyə aparar, cəzalandırar və həbs edərdilər”. Təbii, sərbəst buraxılandan sonra nələrin müzakirə edildiyi ilə maraqlandıq. Dedilər ki, bizim nəzarətə alınmağımızla bağlı AFFA rəsmiləri Malta Futbol Federasiyasına müraciət edib. Lakin qarşı tərəf problemə yaxın durmayıb, bunun onların səlahiyyətinə aid olmadığını bildiriblər. Belədə AFFA rəhbərliyi UEFA ilə əlaqə saxlayıb. Qitə futbol qurumundan gələn xüsusi göstərişdən sonra azad olunduq. Buna görə də həqiqətən AFFA-ya böyük “çox sağ ol” düşür. Elxan Məmmədovla və federasiyanın başqa işçiləri ilə qısa söhbətimiz də oldu. Hər halda, bizi xilas etmək asan başa gəlməmişdi. Biz də bunun məsuliyyətini anlayırıq. Odu ki, gələn dəfə daha diqqətli olmağa çalışacağıq. Qarşılaşmaya gəlincə, təəssüf ki, yığmamız ürəkaçan nəticə əldə edə bilmədi. Oyun da bizi qane etmir. Futbolçulara da etirazımızı fərdi şəkildə bildirdik. Artıq 2 matçımız geridə qaldı və qarşıda 4 oyunumuz var. Ümid edirik ki, qalan görüşlərdə milli daha yaxşı nəticələr qazanıb qrupda 1-ci yeri tutacaq. Buna inanırıq. Tuta bilməsələr, ona uyğun hərəkət edəcəyik. Hazırda isə mövqeyimiz belədi ki, yığmanı dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik. Çünki düşünürük ki, uğursuz nəticələrə görə bəlkə də bizdən çox üzülən azarkeş yoxdu. Bunu səmimi qəlbdən deyirik. Min kilometrlərlə məsafəni qət edib yığmanın oyununa gedirik, komandanı dəstəkləyirik və nəticə belə olanda ən çox bizə təsir edir. Bəziləri bunu başa düşmür və fikirlərşirlər ki, etiraz etməyə gücümüz yoxdu. Ancaq inandırım ki, etirazımız olanda həm federasiyaya, həm futbolçulara, həm də baş məşqçiyə şəxsən edirik. Yeri gələndə bunu ictimai şəkildə də edəcəyik. Sadəcə, hələ buna lüzum görmürük. Düzdü, Maltanı uda bilməməyimiz kənardan faciə kimi görünür. Ancaq onlar da bizim kimi ölkələrdi ki, futbolu aşağı səviyyədədi. Azərbaycan futbolu heç də yaxşı yerlərdə deyil. Oyunçuların təcrübəsizliyi, qıtlığı kimi məqamlar var. Hərdən emosiyalara qapılıb reallıqları nəzərə almırıq. Malta ilə oyunda da komandaya dəstək olduq. Yəni üzərimizə düşəni etdik. İnanırıq ki, komanda gələcəkdə əziyyətimizin qarşılığını verəcək ”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar