12 sen 23:51aktual

UEFA-da təcili iclas və baş katibin Naxçıvan məsləhəti

UEFA-da təcili iclas və baş katibin Naxçıvan məsləhəti
Replika
Sentyabrın 11-i, UEFA-nın Nyondakı əsas ofisi. Şənbə günü olmasına baxmayaraq, qitə futbol qurumunun prezidenti Aleksander Çeferin təcili toplantı çağırıb. Prezidentin gözləmə otağının qarşısında UEFA-nın baş katibi Teodor Teodoridis və Yarışların Təşkili və Keçirilməsi Komitəsinin rəhbəri (el arasında daha çox püşkatan əmi kimi tanınır) Corco Marketti gözlərini döyərək bir-birinə baxır, plandankənar iclasın səbəbini aydınlaşdırmağa çalışırlar. Hər ikisi dərin düşüncələrə dalaraq Balkan mafiyasının prezident kürsüsünə əyləşdirdiyi bossun qəzəbinin səbəbini aydınlaşdırmağa çalışır. Teodoridis bu dəfə də yunanlara xas bicliyə əl ataraq bir gün öncə Azərbaycandan gələn “Gəncə səbəti”nin içindən götürdüyü şaftalını bahalı kostyumunun üstünə sürtüb təmizləyərək referentə (katibə) uzadıb, hiyləgərliklə gülümsədi. Referent xanım onun xasiyyətinə bələd olduğundan “bağışla, bu dəfə sənə kömək edə bilməyəcəm. Bossun hansı səbəbdən iclas keçirdiyini bilmirəm” söyləyərək, italyan Markettinin gülümsəməsinə şərait yaratdı. Ancaq Corconun sevincli dəqiqələri çox çəkmədi və referentin qırmızı telefonuna gələn zəng hamını yenidən təlaşa bürüdü. Bir dəqiqədən sonra artıq hər ikisi Çeferinin yanında idilər. UEFA prezidenti heç birinə salam belə vermədən birbaşa mətləbə keçdi.
- A.Ç.: Siz nə qazan qaynatmısız? İndi biz bu kişilərə nə cavab verəcəyik, onların hörmətinin qarşılığını necə qaytaracağıq? Heç utanırsız?
- T.T.: Bağışlayın, cənab Çeferin, axı nə baş verib, kimə cavab vermək, kimin hörmətindən çıxmaq lazımdı?
- A.Ç.: Necə yəni kimə? AFFA rəhbərliyinə. Neçə ildi onlar bizə hər işdə dəstək verirlər. Nə deyirik, yerinə yetirirlər. Hələ mən ayda bir dəfə sizə və mənə göndərilən “Gəncə səbəti”ndən, qara kürüdən, tut arağından, nərə balığından danışmıram. Gözünüzdən gəlsin həmin sovqatlar. Sizə deməmişdim ki, elə edin Azərbaycan millisi Millətlər Liqasında ən asan qrupa düşsün?
- T.T.: Demişdiz. Özü də dönə-dönə tapşırmışdız.
- A.Ç.: Bəs nə oldu? Niyə Azərbaycan Kosovo, Malta, Farer adaları kimi top yığmalarla eyni qrupda yer alıb? Niyə dostlarımızın ölkəsinin millisi Gürcüstan, Belarus, Makedoniya kimi demirəm, heç olmasa, “cırtdan” Lüksemburq kimi 3 xal qazana bilməyib? Belə çıxır ki, siz mənə pislik, dost yanında xəcalətli etmək üçün çalışırsız.
- T.T.: Boss, püşkatmadan öncə mən Markettiyə bir daha sizin göstərişinizi xatırlatdım. Qoy indi o məsələyə aydınlıq gətirsin. Mənim heç bir günahım yoxdu. Baş katib kimi mən həmişə çalışmışam ki, AFFA rəhbərliyinə hörmət edim. Avroliqanın 2019-cu ildə keçiriləcək finalını Bakıya verdim. AÇ-2020-nin final mərhələsinin oyunlarını da Bakıya salmaqla borcumdan çıxdım. Mən həmişə haqq-salama, duz-çörəyə hörmət qoyan olmuşam.
- A.Ç.: Buyur Corco, səni eşidirəm.
- C.M.: Boss, and olsun 12-ci Roma Papasının əlindəki çomağa, mən əlimdən gələni etməyə hazır idim ki, Azərbaycanın qrupunda Vatikan, Qrenlandiya kimi yığmalar yer alsın. Ancaq Roma Papası əvvəlcə söz versə də, sonradan keşişlərdən ibarət yığmanı yarışa buraxmadı. Qrenlandiya höküməti isə qış tədarükünə başladığından balıqçıları okeana balina ovlamağa göndərib. Bu üzdən onlar da Millətlər Liqasına qatılmaqdan imtina etdilər.
- A.Ç.: Sən də belədə Azərbaycan millisini ən çətin qrupa saldın, hə?
- C.M.: Vallah, heç də çətin qrup deyil. Malta və Farer adalarının futbolunun hansı vəziyyətdə olduğunu siz də bilirsiz. Kosovo da dünənki uşaq olduğundan düşündüm ki, Azərbaycan üçün ən asan rəqib bunlar olacaq. Mən nə edim ki, bütün dünya futbolu bir cür, azərbaycanlılar başqa cür oynayır. Görmüşük ki, oyundan sonra statistikada ən çox topa yiyələnən hücumçu olar. Yəni bütün komandalar 90 dəqiqə boyunca qol vurmaq üçün ön xətdə yer alan futbolçunu topla təmin edirlər. Ancaq Azərbaycan millisində hər şey əksinədi. Statistikaya əsasən matç ərzində ən çox topla təmasda olan qapıçı Kamran Ağayevdi. Deyəsən, azərbaycanlılar qapıların yerini səhv salıblar. Yaxşı olardı ki, AFFA rəhbərliyi, məşqçilər korpusu əvvəlcə futbolçularına qolu hara vurmağın qaydasını başa salsınlar, sonra bizdən güzəşt tələb etsinlər. Hələ yaxşı ki, onların Qara Qarayev adlı futbolçusu öz qapısına qol vurub, komandanı iki oyunda bir xaldan da etməyib. Millinin aparıcı futbolçusu hesab olunur, ancaq hələ də öz qapıları ilə rəqib qapısının yerini müəyyənləşdirə bilməyib.
- A.Ç.: Yaxşı, çox çərənləmə. İndi siz mənə deyin görüm, növbəti matçlarda Azərbaycan millisinin qalib gəlməsi üçün nə edə bilərik? Teodor, yunan olduğundan biclikləri, hiyləgərliyi yaxşı bacarırsan. Nə məsləhət görürsən?
- T.T.: Boss, çox danışıb vaxtınızı almaq istəmirəm. Bilirəm ki, şənbə günü siz daha çox istirahət etməyi, qara kürü ilə tut arağı içməyi sevirsiz. Rəhmətlik, bağışlayın, sabiq UEFA prezidenti Mişel Platini kimi. Dünən mətbuatdan xəbər tutdum ki, Naxçıvan əhalisi avqust ayı üçün işıq və qaz pulunu 100 faiz ödəməklə nəinki Avropada, dünyada inanılmaz bir şeyi reallaşdırıblar. Bunu isə şərtləndirən səbəb Muxtar Respublikanın rəhbərliyidi. Eşitdiyimə görə, orda çox güclü nizam-intizam hökm sürür. Təklif edirəm ki, Azərbaycan millisi növbəti oyunlardan öncə 15 günlük təlim-məşq toplanışını Naxçıvanda keçirsin. Və hər gün məşq prosesinə Muxtar Respublikanın rəhbəri nəzarət etsin. Azərbaycanın bu bölgəsində 100 faizlik nəticə qazanmağın yollarını çox yaxşı bilirlər. Dünyada iki yer – Şimali Koreya və Naxçıvandı ki, bütün problemlər qeyd-şərtsiz həll olunur. Sizi inandırıram ki, həmin toplanışdan sonra Qara nəinki rəqib qapısının yerini biləcək, hətta hər hissəyə 3 qol vuracaq. Bədavi Vasif xanla bir neçə dəfə görüşəndən sonra daha meydanda əsməyəcək. Mahir Mədətovla Dmitri Nazarov meydanda rəqibin ayaq qoyduğu yerə baş qoyacaq. Ramil Şeydayev isə nəhayət, ora-bura boş-boş qaçmağın başını buraxıb, forvard olduğunu anlayacaq. Xahiş edirəm, təkliflər paketini qısa vaxtda AFFA rəhbərliynə və yığmanın məşqçilər korpusuna göndərin. Geciksək, Azərbaycan Farer adaları qarşısında da aciz duruma düşüb, hamımızı utandıracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar