12 sen 23:35aktual

Rəşad Sadıqov U-21-in divizionda yox, premyer-liqada oynamasının tərəfdarıdı

Rəşad Sadıqov U-21-in divizionda yox, premyer-liqada oynamasının tərəfdarıdı
“Mənə nəsə demək lazım deyil, özüm çıxıb gedəcəm”
U-21 Norveçə də məğlub olmaqla qrupdakı yenilgilərin sayını 7-ə çatdırdı. Buna baxmayaraq, Rəşad Sadıqov başçılıq etdiyi yığmanın futbolçuları “Herenven”, “Ayaks”, “Odd”, “Mölde”, “Zulte-Varegam” kimi komandalarda top qovan rəqibə uduzmasına görə məyus deyildi. Hadisələrə real yanaşan Sadıqovun fikirlərindən bunu duymaq çətin deyildi: “Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqincə müqavimət göstərməyə çalışdıq. Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Şəxsi görüşdə norveçlilər almanları məğlub etməyi bacarıblar. Bu gün iki futbolçuları oynamırdı, çünki əsas yığmalarına cəlb olunub. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sona qədər mübarizə aparması sevindiricidi. Verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdılar. Ümumilikdə komandamdan razıyam”.
- U-21-in birinci divizionda mübarizə aparması ilə bağlı ideya irəli sürmək olar?
- Gələn il üçün belə bir şey olsaydı, pis olmazdı. Futbolçular nə qədər bir yerdə oynasalar, bir o qədər yaxşıdı. Amma birinci divizion elə səviyyədə turnir deyil ki, U-21-i ora buraxasan. Məncə, geri addım atmış olarıq. Bundan fayda görməyəcəyik. Premyer-liqa olsaydı, pis olmazdı.
- Qismət Alıyevlə Budaq Nəsirovun çıxışı haqda fikirlərinizi bilmək maraqlıdı.
- Əsas problem odu ki, hər ikisi oyun təcrübəsinin azlığından əziyyət çəkir. Budaq toplanışa qədər cəmi 60 dəqiqə oynamışdı. Qismət isə 3 turda 90 dəqiqə mübarizə aparmışdı. Buna baxmayaraq, bu gün gücləri çatan qədər mübarizə apardılar. Amma bu onların son həddi deyil. Əminəm ki, növbəti toplanışa qədər indikindən də yaxşı formada olacaqlar.
- Kamran İbrahimovun səhvləri göz qabağındadı. Hansısa qapıçını “milliləşdirmək” istəyiniz var?
- Hazırda bu haqda düşünmürəm. Kamran potensialı olan qapıçıdı. Bəli, bu gün səhvləri oldu. Eybi yox, səhv edə-edə öyrənəcək, böyüyəcək, güclənəcək. Mən onu birdən-birə odun içinə atıram ki, “bişsin”. Çünki birinci divizionda oynayır. Ora ilə bura fərqli səviyyələrdi. Ona ümid göstərirəm ki, bəlkə hansısa komandaların diqqətini çəkər, premyer-liqa təmsilçilərindən dəvət alar. Elitada oynasa, daha inamlı olar.
- Barış millimizin UEFA Millətlər Liqasında oktyabrdakı matçlarına dəvət alsa, təəccüblənməyəcəksiz?
- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barış ilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti seçmə mərhələdə daha güclü yığmamız olacaq.
- U-21-də çıxışını başa vurmaq üzrə olan futbolçuların yaxın gələcəkdə əsas yığmaya kömək edə biləcəyinə inanırsız?
- Əlimizdən gələn qədər onlara şans verməyə çalışırıq. Özlərinə yetərincə inansalar, gələcəkdə əsas millinin heyətində yer ala bilərlər. Özlərindən asılıdı.
- Murad Mahmudov Almaniyada klubunu dəyişdiyi üçün millidən ayrıldı. Amma baş məşqçi ona çempionat oyununda şans vermədi...
- İşimi fərqli qurmuşam. Maksimum dərəcədə futbolçulara şans vermək niyyətindəyəm. Murad 2000 doğumludu, U-21-ə yaşı 4 ildən sonra düşəcək. Onun perspektivinə inandığım üçün toplanışlara dəvət edirəm, yoldaşlıq görüşlərində şans verirəm. Daim millinin yanında olmasını istəyirəm. Sadəcə, klubunu dəyişdi və baş məşqçisi sərəncamında olmasını istədi. Mənimlə məsləhətləşdi, gedişinə razılıq verdim. Bu gün burda ehtiyatda qalmağındansa, çempionatda meydana çıxması yaxşıdı. Məcbur bir şey deyildi, sadəcə, məsləhətləşib belə qərar qəbul etdik.
- Qarşıda seçmə mərhələnin son oyunu gəlir. Qrup sonunculuğundan qurtula bilməyəcəyimizi nəzərə alsaq, 1996-97 doğumluları səfərə aparacaqsız?
- 1996-97 təvəllüdlü uşaqları silməmişik. Onların arasında milliyə namizəd futbolçular var. Həmin futbolçuları oynadırıq, oynadacağıq da. Həmçinin gənclərə də şans verirəm ki, gələcək oyunlara köklənə bilsinlər, növbə seçmə mərhələ üçün U-21-i formalaşdıranda çətinlik çəkməyək.
- Milli Millətlər Liqasındakı heç-heçələrə görə tənqid olunur...
- Həmişə olduğu kimi, nəticə yoxdusa, tənqid olacaq, nəticə varsa, tərif olacaq. Heç-heçələrin səbəbləri araşdırılmır. Təəssüf ki, bizdə futbolu düzgün təhlil etmirlər. Diqqətlə baxsaq, çox sayda kadr itkilərinin olduğunu görərik. Bir çoxu oyun təcrübəsinin azlığından əziyyət çəkir. Özüm 2-3 həftə oynamayanda meydandakı yerimi tapa bilmirəm. Bu gün qapımızdan 2 top keçirən Norveçin kapitanı avqustda Hollandiya elitasında “Herenven”in heyətində 3 qol vurub. Bu elə-belə göstərici deyil. Belə futbolçularla, komandalarla başabaş mübarizə apara bilmərik. Düzdü, uşaqlar mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adalarıyla matç finala bərabər olacaq. Qələbə qazana bilsək, vəziyyət dəyişəcək. Çünki sonrakı iki matçı evdə keçirəcəyik. Hər şey öz əlimizdədi. Bu müddətdən uşaqlar maksimum istifadə etməlidi. Artıq indidən Farer adaları ilə matçı düşünməlidilər. Öz üzərilərində əlavə işləməlidilər, şəxsi həyatlarına diqqət yetirməlidilər.
- Bu iki oyun göstərdi ki, millidə lider yoxdu. Əsas yığmaya qayıtmağınız mümkündü?
- Çətinliklərdən qorxan insan olmamışam. Harda ehtiyac duyulubsa, orda olmuşam. İstər futbolda olsun, istərsə də kənarda. Hər zaman dostlarımın, millətimin yanında olmuşam. Məsləhət olsa, yığmada oynayaram. Ancaq bu dəqiqə belə söhbət yoxdu. Düzdü, Ruslan Abışovun zədələnməsindən sonra Qurban müəllimlə aramda belə bir müzakirə olmuşdu. Amma o dərəcədə ciddi nöqtəyə gəlib çıxmadı. Hələ ki burda lazımam, Son 4 ayda 70 gündən artıq toplanışlarda olmuşam. Bir məqsədim var: Azərbaycan futboluna can-başla xidmət etmək. Sabah burda olmayacaq, başqa yerdə olacaq. Daş daşımaq lazım olsa, daş daşıyacam. Təki ölkə futboluna xeyir verdiyimi bilim.
- Əsas və U-21 millilərini bildik. Bəs, aşağı yaş qruplarından ibarət yığmalara nəzarət hansı səviyyədədi?
- Yanvardan bu yana bütün yığmalara ciddi nəzarət var. Hər birində böyük işlər görülür. Bilirəm ki, hər cəhətdən ideal vəziyyətdə deyilik. Əsas odu, işə start verilib və davam edir. Bu, yorucu və ağır prosesdi. Nəyisə dəyişmək istəyiriksə, aşağıdan başlamalıyıq. Düzgün strategiya seçib, illərlə ona doğru getməliyik. Bir az səbirli olmaq lazımdı. Bu gün əlimizdə elə futbolçular yoxdu ki, sistemdən sistemə keçək, rəqibləri oyunlarını bizə uyğun qurmağa məcbur edək. Bu gün üzdə 25-26 futbolçu var. Rəqabət günü-gündən zəifləyir. 17-18 il əvvəl mən əsas milliyə cəlb olunanda mövqeyimdə Tərlan Əhmədov, İlham Yadullayev, Arif Əsədov, Emin Ağayev, Emin Quliyev, Aslan Kərimov kimi futbolçular var idi. Gecə-gündüz futbolu düşünürdüm. Bu gün baxıram ki, rəqabət o vaxt olduğu kimi deyil.
- Yığma məşqçiləri olaraq qarşıdakı dönəmlərdə rayonlara seleksiya xarakterli səfərləriniz gözlənilir?
- Səfərlərə çoxdan start vermişik. Bu dəqiqə Rusiyada U-21-də oynamağa layiq beş futbolçu var, hamısı da “yox” deyir. Hər şeyi açıb danışmaq olmur. Rusiya, Türkiyə kimi ölkələrə gedirik. Bu ayın 14-də köməkçilərimdən biri Rusiyaya oyun izləməyə gedəcək. Daim hamı nəzarətdədi. Hansı yükün altına girdiyimizin fərqindəyik. Bir az vaxt lazımdı. Uğursuzluq olsa, mənə nəsə demək lazım deyil, özüm çıxıb gedəcəm. Bu gün millimizə maraq yoxdu. Sabah 1-2 oyun udandan sonra xaricdəki futbolçular özləri yığmaya gəlməyə can atacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar