09 sen 01:18aktual

Dieqo Qusmao Gəncədə mənzil axtarır

Dieqo Qusmao Gəncədə mənzil axtarır
“Sambaçı” növbəti turda “Kəpəz”ə kömək edəcək
İlk iki turda xala həsrət qalan “Kəpəz”in baş məşqçisi Etibar İbrahimov ötən saylarımızın birinə müsahibəsində uğursuz startı sərəncamında təcrübəli futbolçuların olmaması ilə əlaqələndirmişdi. Etibr bəyin bir fikiri xüsusi ilə diqqəti çəkən olmuşdu: “Hazırda heyətdə yer alan futbolçuların hamısı Gəncə futbol məktəbinin yetirmələridi. Sonuncu dəfə 1995-ci ildə “Kəpəz”də ancaq yerli oyunçular top qovub”.
İbrahimov ancaq gəncəli futbolçularla işlədiyini xüsusi qeyd etsə də, nədənsə, heyətdə yer alan Dieqo Qusmaonu unudub. Ötən ilin qışında “sarı-göylər”in sabiq baş məşqçisi Yunis Hüseynovun istəyi ilə kollektivə cəlb olunan braziliyalı xavbek hələ də Gəncə klubunun düşərgəsindədi. Mətbuatda yayılan xəbərlərə inansaq, bir neçə gündən sonra 30 yaşını qeyd edəcək “sambaçı” məşqlərə çıxsa da, çempionat oyunlarında komandaya kömək etmir. Əvəzində ayda 7 min dollar maaş alımaqla klubun büdcəsinin tozsoran kimi sovurur. Mövsümlərarası fasilədə klub rəhbərliyi onu yola yola salmağa cəhd etsə də, futbolçu FİFA-ya şikayət ünvanlayacağını bildirməklə rəsmiləri geri çəkilməyə məcbur edib.
Məsələyə aydınlıq gətirmək üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Azad bəy “sambaçı”nın maaşından xəbərsiz olduğunu bildirsə də, meydana çıxmamağının və Şəmkirdə məskunlaşmasının səbəbini açıqladı: “Bildiyiniz kimi, “Kəpəz” mövsümə Şəmkirdə hazırlaşırdı. Dieqo hər gün Gəncədən Şəmkirə gedib gəlməmək üçün bir müddət Şəmkirdə ev kirayələməyə qərar verdi. Ancaq artıq Gəncəyə köçməyə hazırlaşır. Hazırda şəhərdə yeni mənzil axtarışındadı. Yəqin ki, yaxın günlərdə braziliyalı futbolçu Gəncədə məskunlaşacaq. O ki qaldı onun meydana çıxmamasına, bir müddət zədəli olduğundan tam gücü ilə məşq edə bilmirdi. Yarımmüdafiəçi iki gün öncə həkim müayinəsindən keçib və ona problemin geridə qaldığını bildiriblər. Ümid edirik ki, artıq növbəti turda Dieqo meydana çıxıb komandaya kömək edəcək. O təcrübəsi ilə gənclərə yardımçı olacaq”.
Yeri gəlmişkən onu da qeyd edək ki, dünən “Kəpəz” daha bir yoldaşlıq oyunu keçirib. Etibar İbrahimovun komandası doğma meydanda “Qəbələ”nin U-19-u ilə qarşılaşıb. Komandaların cəhdlərinə baxmayaraq, hesabı açmaq mümkün olmayıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar