08 sen 15:15aktual

Startdan 24 il sonra: yeni turnirə necə başlayacağıq?

Startdan 24 il sonra: yeni turnirə necə başlayacağıq?
Yalnız Prosineçki qələbə ilə başlayıb
Dünən UEFA-nın yeni layihəsi olan Millətlər Liqasına start verildi. Millimiz isə bu gün ilk sınağına çıxacaq. Məlum olduğu kimi, bu ilin yanvarında İsveçrənin Lozanna şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, Azərbaycan 3-cü qrupda Farer adaları, Malta və Kosovo ilə mübarizə aparacaq. Startdakı rəqibimiz Kosovodu. “3-cü cəbhə”dəki bu qarşılaşma həm millinin 2018-də, həm də Qurban Qurbanovun ilk rəsmi oyunu kimi tarixə düşəcək. Bəs ümumiyyətlə, yığma əvvəlki illərdə seçmə mərhələyə necə start verib? Düzdü, Millətlər Liqası daha çox mini turnir sayılır. Çünki qrupda cəmi 4 komanda mübarizə aparır. Ancaq nəzərə alsaq ki, qrup mərhələsindən sonra pley-off olacaq, yəni ən yaxşılar ora seçiləcək, ona görə də ev-səfər prinsipi ilə baş tutacaq turnirin bu hissəsinə seçmə mərhələ də deyə bilərik.
İndiyədək dünya və Avropa çempionatlarının seçmə mərhələlərində oynayan milimiz 3-cü bu tip rəsmi turnirə 9-cu mütəxəssislə başlayacaq. Debütü 1992-ci il sentyabrın 17-nə Gürcüstanla yoldaşlıq görüşünə təsadüf edən komandamız rəsmi turnirlərdə 12 dəfə - 6 dünya, 6 Avropa çempionatında iştirak edib. Xatırladaq ki, Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıb. Millinin ilk rəsmi oyunu 1994-cü il sentyabrın 7-də Rumıniyada baş tutub. Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib. 1994-də ölkədəki siyasi vəziyyəti əsas gətirən UEFA millimizin ev oyunlarını Azərbaycanda keçirməsinə icazə vermirdi. Bu səbəbdən AÇ-1996-da yığmamız ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi. Yeri gəlmişkən, millinin Azərbaycanda keçirdiyi ilk rəsmi oyunu 1996-cı il avqustun 31-nə təsadüf edib. Həmin gün komandamız DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrəni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Qeyd etdiyimiz kimi, ölkənin bir nömrəli komandasının ilk rəsmi oyunu 24 il əvvəl eyni ayda və eyni gündə baş tutub. Uğursuz “siftə” Ağasəlim Mircavadovun adı ilə bağlıdı.
DÇ-1998-də isə milli seçmə mərhələyə Kazbek Tuayevlə start verilib. Yenə səfərdə, bu dəfə Norveçdə baş tutan görüş daha biabırçı nəticə ilə yadda qalıb. Komandamız qapısından 5 cavabsız top buraxıb. Növbəti tsiklə də səfərdə start vermişik. Qitə çempionatının ilk oyunu Slovakiyada olub və Vaqif Sadıqovlu milli 3 cavabsız qolla məğlub olub. Başqa sözlə, ilk iki AÇ və bir DÇ-də seçmə mərhələyə səfərdə başlamışıq və hamısı uğursuz olub. Ümumiyyətlə, start çox vaxt bizim üçün uğursuz alınıb. İlk 5 tsikldə nəinki qələbə qazana, qol belə vura bilməmişik. 2000-ci ildə İqor Ponomoryov, 2002-də isə yenə Vaqif Sadıqov başlanğıcda uğursuzluqla üzləşib. Uğursuz gedişatı 2004-cü ildə Karlos Alberto Torres dayandırıb. Mərhum braziliyalı Uelslə DÇ-nin seçmə oyununda 1:1-lik nəticəyə nail olmuşdu. Rəşad Sadıqov hesabda geri düşən komandamıza bərabərlik gətirən qola imza atmışdı. Başqa sözlə, Sadıqov startdakı seçmə oyunlarda ilk qolun müəllifi kimi tarixə düşüb. Bunun üçün 10 il gözləmək lazım gəlib.
AÇ-2008-ə Şahin Diniyevlə start verən milli Serbiyaya uduzub. Növbəti 4 tsikldə (2 DÇ, 2 AÇ) “sükan arxasında” Berti Foqts olub. Komandamız bunlardan 3-də uduzubsa, 1-də heç-heçəyə nail olub. 2012-ci il sentyabrın 7-də, yənu bugünkü tarixdə İsraillə 1:1 bitən oyunda Ruslan Abışov fərqlənib. Ümumiyyətlə, Berti Foqtslu yığma 4 açılış oyunundan 3-də qol vurmağa müvəffəq olub. AÇ-2012-də qrupdakı ilk matçda - Almaniyaya 1:6 hesablı məğlub olduğumuz oyunda Vaqif Cavadov təsəlli qolunun müəllifi olubsa, AÇ-2016-ya Bolqarıstan yenilgisi ilə start vermişik. “Bakcell Arena”da minimal hesabla uduzduğumuz oyunda Dmitri Nazarov fərqlənib. Seçmə mərhələlərdə ilk və hələ ki son qələbə isə Robert Prosineçkinin dövrünə təsadüf edib. Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında San Marinoya səfərdə 1:0 hesabıyla qalib gələn milliyə tarixi qələbəni Ruslan Qurbanov qazandırıb.
Bir maraqlı məlumatı da diqqətinizə çatdıraq. Millinin AÇ və DÇ-lərdəki ilk oyunlarından böyük əksəriyyəti (12-dən 11-i) sentyabra təsadüf edib ki, bunlardan 4-ü ayın 7-də baş tutub. Bu, millinin eyni günə təsadüf edən 5-ci startı olacaq. Qurban Qurbanov isə bu missiyanı yerinə yetirəcək 9-cu baş məşqçidi. Həm Qurban Qurbanovun, həm də millimizin startının bu dəfə uğurlu alınacağına inanırıq.
07.09.1994 AÇSO Rumıniya s 0:3 Ağasəlim Mircavadov
02.06.1996 DÇSO Norveç s 0:5 Kazbek Tuayev
05.09.1998 AÇSO Slovakiya s 0:3 Vaqif Sadıqov
02.09.2000 DÇSO İsveç e 0:1 İqor Ponomaryov
07.09.2002 AÇSO İtaliya e 0:2 Vaqif Sadıqov
04.09.2004 DÇSO Uels e 1:1 Karlos Alberto Torres
02.09.2006 AÇSO Serbiya s 0:1 Şahin Diniyev
06.09.2008 DÇSO Uels s 0:1 Berti Foqts
07.09.2010 AÇSO Almaniya s 1:6 Berti Foqts
07.09.2012 DÇSO İsrail e 1:1 Berti Foqts
09.09.2014 AÇSO Bolqarıstan e 1:2 Berti Foqts
04.09.2016 DÇSO San Marino s 1:0 Robert Prosineçki
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar