08 sen 13:28aktual

Bibiləri Ayaz Quliyevə şəkərbura və paxlava göndərir

Bibiləri Ayaz Quliyevə şəkərbura və paxlava göndərir
“Evləndikdən dərhal sonra həyat yoldaşımla Məkkəyə getməyi planlaşdırıram”
Rusiya premyer-liqasında mübarizə aparan “Rostov”un futbolçusu Ayaz Quliyevin klubun rəsmi saytında azarkeşlər arasında aparılan səsverməyə əsasən 4,36 balla avqustun ən yaxşı oyunçusu seçildiyini ötən saylarımızın birində xəbər vermişdik. Ötən ayın ən yaxşısı, atası azərbaycanlı olan Ayaz Quliyev bu münasibətlə Rostov təmsilçisinin rəsmi saytına müsahibə verib.
– Moskvada doğulmusan, ancaq cənub mənşəlisən. Bu haqda danışmağını istərdik...
– Köklərim Azərbaycanın Lənkəran şəhərindən, o cümlədən Masallı rayonundakı Boradigah qəsəbəsindən gəlir. Atam hərbi xidmətdən sonra, 20 yaşında Moskvaya köçüb və anamla tanış olub. Təbii ki, həmin vaxtlar bütün ölkədə vəziyyət gərgin idi və atamın işləyib bu şərtlərə uyğunlaşması lazım gəldi.
– Özün Azərbaycanda olmusan?
– Orda olanda uşaq idim. Sonda atamla tətillərim üst-üstə düşmədiyindən, az-az ora gedə bildim. Amma indi əksinədi. Qohumlarımız Moskvaya, bizə qonaq gəlirlər.
– Vətənində futbolla bağlı işlər nə yerdədi?
– Bir ara Lənkəranda pis maliyyələşməyən “Xəzər Lənkəran” adlı klub vardı. Bu bölgədə futbolu çox sevirlər. Bütün qohumlarım matçlarıma baxır və mənə azarkeşlik edir.
– “Spartak”ın məktəbinə necə düşdün?
– Beş yaşım olanda. Onda hələ komanda yığılmamışdı, məni bir yaş yuxarı komandaya götürdülər.
– Niyə məhz “qırmızı-ağlar”?
– Bu klubun yetirmələrini yüksək liqanın, demək olar ki, bütün komandalarında görmək olur. Yəqin atam da bu haqda bilirdi. Bəlkə də buna görə o, bu komandaya azarkeşlik edir.
– Gəl, sənin “Spartak”ın prezidenti Leonid Fedunla məşhur fotonu xatırlayaq. Həmin şəkildə akademiyanın açarlarını sənə verir...
– Bizdə həmin vaxt məşq idi. Mənə deyildi ki, şəkil çəkdirmək lazımdı. Onu da ilk dəfə orda görürdüm. Hətta buna görə bir az həyəcanlanmışdım da.
– Sən “Spartak”ın akademiyasında qalırdın, yoxsa evdə?
– Evdə. Akademiyada yalnız Moskvadan olmayanlar qalırdı.
– Evdə qalmağının sənə köməyi dəyirdi?
– Əlbəttə. Onda illərin necə keçdiyi haqda düşünmürsən. Valideynlərimlə söhbət edəndə həmişə onların qayğısını hiss etmişəm. Bizdə bütün ailə futbolla yaşayır, hətta babam və nənəm də.
– Nə vaxtsa düşünmüsən ki, futbolla məşğul olmasaydın, nə işlə məşğul olardın?
– Əlbəyaxa döyüşlə. Başqa nə ola bilər ki (gülür)? Ola bilsin, peşəkar səviyyədə yox, amma əlbəyaxa döyüşlə məşğul olardım. Futbolu daha əvvəl seçdiyimdən bu idmanla məşğul olmağa vaxtım olmadı. Səhər məktəb, axşam isə məşq idi. Böyük və kiçik qardaşlarım əlbəyaxa döyüşlə məşğuldular. Ona görə də əvvəl onlarla rəqib qismində döyüşürdüm. Onlardan xahiş edirdim ki, futbolla məşğul olduğuma görə ayağıma vurmasınlar. Bizim döyüşlər çox ciddi olurdu. Heç kim bir-birinə güzəştə getmirdi.
– O düzdü ki, yeniyetmələrdən ibarət yığma AÇ-2015-in qrupundan çıxanda ləzginka oynamışdın?
– Onda bu təklifdən imtina etmək olmazdı. Üstəlik yaxşı əhval-ruhiyyə vardı. Ancaq indi belə təklifdən imtina edərdim.
– “Rostov” bu mövsüm avrokuboklara düşsə, təkrarlayacaqsan?
– Yox-yox, mənim üçün daha bəsdi (gülür).
– Yaxınlarda Akinfeyev demişdi ki, öz populyarlığına pis yanaşır. Bəs səndə necədi?
– Hesab edirəm ki, Akinfeyevin populyarlığına çatmaq üçün mən hələ çox çalışmalıyam. Olur ki, yolda məni də tanıyırlar. Ancaq addım atmağımıza imkan verməyəcək dərəcədə tanımırlar.
– Bilirsən, azarkeşlər səni Xabib Nurmaqomedovla müqayisə edirlər...
– Əlbəttə, internetdə görmüşəm. Tez-tez mənə “caps”lar göndərirlər, çox gülməli olur.
– Buna necə yanaşırsan?
– Yaxşı. İstənilən halda, Xabib şərəfli, düzgün insandı. Xoşdu ki, məni onunla müqayisə edirlər. Axı o, təkcə dahi döyüşçü deyil. O, həm də yüksək insani keyfiyyətləri ilə seçilir.
– Makqreqorla onun döyüşünü gözləyirsən?
– Onun istənilən döyüşünü gözləyirəm. O, kəmər uğrunda mübarizə aparanda da, indi də mənim üçün maraqlıdı.
– Döyüşdən öncə ona nə arzulamaq istəyirsən?
– Qələbə! Xabib özünə arxayındı. Bu döyüşdən öncə onun heç bir narahatlığı yoxdu. Nurmaqomedov məğlubedilməz döyüşçüdü, əminəm ki, belə də qalacaq.
– Sənin zövqlərin barədə danışaq. Əvvəl demişdin ki, nə repi, nə də şanson mahnıları sevirsən. Bəs sən hansı musiqilərə üstünlük verirsən?
– Demək çətindi. Türk, çeçen musiqilərinə qulaq asmağı sevirəm. Məsələn, Məkkə Mejiyevanın mahnıları xoşuma gəlir.
– Bəs yeməkdə nəyə üstünlük verirsən?
– Dadlı yeməkləri sevirəm, xüsusən də ət yeməklərini.
– Azarkeşlərə ilk növbədə hansı Qafqaz xörəyini yoxlamağı məsləhət görərdin?
– Çeçen mətbəxini götürsək, bu çapilqaşdı. Bu yeməyin tərkibində pendir, balqabaq olur. Həmçinin jijiq qalnaşı qeyd edərdim. Dağıstan mətbəxini götürsək, əlbəttə ki, xəngəli məsləhət görürəm. Ancaq hamısından çox şərq şirniyyatlarını sevirəm. Xüsusən türk və Azərbaycan şirniyyatlarını. Məsələn, şəkərbura, paxlavanı. Bibilərim həmişə Azərbaycandan belə paylar göndərirlər.
– Sən çox səfər edirsən? BƏƏ-dən fotolarını gördük...
– Dubay və Əbu-Dabidə olmuşam. Səudiyyə Ərəbistanına getmək, hər bir müsəlman üçün vacib olan Məkkədə olmaq istəyirəm. Evləndikdən dərhal sonra həyat yoldaşımla ora getməyi planlaşdırıram.
– Komandada daha çox kiminlə dostluq edirsən?
– Saşa Zuyevlə. Onunla hətta “Spartak”da oynayana qədər tanışlığımız olub. Rizvan Mirzovla tez-tez danışırıq.
– Kənardan elə görünür ki, çox utancaqsan. Evdə də beləsən?
– Deyə bilmərəm ki, utancağam. Açıq olmağa çalışıram. Evdə valideynlərim və yaxınlarımdan heç nə gizlətmirəm, utanmağım üçün heç bir əsasım yoxdu.
– Evlənməyi, ailə qurmağı nə vaxta planlaşdırırsan?
– Düzünü desəm, bu haqda sonra danışmaq istərdim. Ancaq soruşduzsa, deyim. Bu qış evlənməyi planlaşdırıram. Daha sonra bu haqda hamıya ətraflı deyəcəm. Çoxdandı ki, bu iş üzərində çalışıram.
– Gəlini qaçırmaq fikrin yoxdu ki?
– Bu, dinlə qadağandı, ona görə də belə etmərəm. Toya qədər gəlinə toxunmaq heç bir halda olmaz. İstəyirəm ki, hər şey gözəl və İslam qaydalarına uyğun alınsın.
– Bizim şəhərdə ən çox hansı yerləri xoşlayırsan?
– İndi axşamlar məşqlər olur, isti havada isə gəzmək olmur. Ümimilikdə boş vaxtlarımda halal ət satılan restoranlarda yemək yeməyə gedirəm.
– Çoxları Rostovda sürücülərin intizamsız maşın idarə etdiyini qeyd edir. Sən nəyi bəyənmirsən?
– Yolları. Dünya çempionatından sonra vəziyyət bir qədər düzəlib. Maşınımla çuxurlarda getmək olduqca problemə çevrilir. Avtomobilim hündür olmadığından bəzən çətinliklə üzləşirəm.
– Harda yaxşı sürürlər: Rostovda, yoxsa Mahaçqalada?
– Düzünü desəm, Mahaçqalada sürmək daha rahatdı (gülür). Ordakı yollarda özümü daha yaxşı hiss edirəm.
– Rostovda nəyi bəyəndin?
– Mərkəzi çox bəyənirəm. Getmək üçün çox yer var.
– Moskva ilə müqayisədə şəhərdə sakitliyi bəyənirsən?
– Ümumilikdə hə. Amma bəzən böyük şəhərin səs-küyü çatışmır.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar