07 sen 15:30aktual

“Qarabağ” üçün əlverişsiz təqvim

“Qarabağ” üçün əlverişsiz təqvim
Ötən cümə günü Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı ki, ardıcıl 5-ci dəfə qitə kuboklarında qrupa düşən “Qarabağ”ın da rəqibləri bilindi. Qurban Qurbanovun komandası qitə nəhənglərindən İngiltərə “Arsenal”ı, həmçinin Portuqaliya “Sportinq”i və Ukrayna “Vorskla”sı ilə qarşılaşacaq.
Uğursuz püşk və ya “maksimum”u daşa dirənən hədəf
Mübarizəyə Çempionlar Liqasında başlayan və 3-cü təsnifat mərhələsində BATE-yə uduzmaqla AL-ə düşən ağdamlılar üçün minimum hədəf ikinci dərəcəli klub turnirinin qrupuna vəsiqə qazanmaq idi. Onlar “Şerif”ə səfərdə uduzub işini çətinə salsa da, evdə inamlı qələbə ilə bu missiyanın öhdəsindən gəldi. Ancaq ötən il ÇL-in qrupunda oynayan komandanın əsas hədəfi AL-in qrupundan çıxmaqdı. Əks halda, qrupda 7 xal toplamış komanda üçün aşağı-yuxarı həmin nəticəni təkrarlamaq uğur sayılmayacaq. Di gəl ki, püşk “Qarabağ”ın qarşısına elə rəqiblər çıxarıb ki, pley-offa adlamaq möcüzəyə bağlıdı. Bu mənada qrupumuzu “Qarabağ” üçün “ölüm qrupu” saya bilərik. Hətta ÇL-də elə qruplar var ki, bizim “E” ondan güclüdü. Baxmayaraq ki, “köhlən atlar” ötən il ÇL-də daha adlı-sanlı rəqiblərlə qarşılaşıb. Təmsilçimiz “Çelsi”, “Atletiko” və “Roma” ilə oyunlardakı təcrübədən yararlanmalıdı. İndiki məqamda hər xırda detal nəzərə alınmalıdı. Bu mənada təqvim xüsusilə önəmlidi.
Təqvim də münasib deyil
Məlum olduğu kimi, Qurban Qurbanovun komandası mübarizəyə səfərdə başlayacaq, səfərdə də bitirəcək. Qrupda ilk oyun sentyabrın 20-də "Sportinq"lə olacaq. Ağdamlılar lissabonluların ardından oktyabrın 4-də “Arsenal”ı qonaq edəcək. Bu o deməkdi ki, start həddən artıq çətin alınacaq və bu iki oyunda xal qazanmaq şansımız möcüzəyə bağlıdı. Halbuki ən yaxşı variant mübarizəyə “Vorskla” ilə Bakıda görüşməklə başlamaq idi. Və yaxud “Sportinq”i evdə sınağa çəkmək daha uyğun olardı. Onu da nəzərə almaq lazımdı ki, təmsilçimiz “Sportinq”lə görüşə qədər millinin oyunlarına görə yaranan uzunmüddətli fasilədən sonra premyer-liqada cəmi 1 oyun keçirə biləcək. Millinin düşərgəsindən kimin necə qayıdacağı qeyri-müəyyəndi. Üstəlik, fasilə futbolçuları tonusdan sala bilər. Komanda isə “Sumqayıt”la oyundan dərhal sonra səfərə çıxacaq. “Qarabağ” 3-cü və 4-cü turda, başqa sözlə, iki həftə ərzində “Vorskla” ilə münasibətlərinə aydınlıq gətirməlidi. Sözsüz ki, qrupdan çıxmaq perspektivi baxımından poltavalılarla duellər həyati əhəmiyyət daşıyır. Ümumiyyətlə, belə görünür, Qurban Qurbanovun yetirmələri bütün qüvvəsini son oyunlara səfərbər etməli olacaq. “Vorskla”dan 6, ən pis halda 4 xal qoparmaq mümkün olsa, Ukrayna təmsilçisi ilə görüşlərin ardından Bakıya gələcək “Sportinq”lə duel üçün motivasiya birə beş artacaq. Şübhəsiz, qrupdan çıxmaq istəyən komandadan qəhrəmanlıq tələb olunur. “Qarabağ”ın bu fədakarlığı “Sportinq”lə ev oyununda göstərməsi daha realdı. Doğma azarkeşlərin də dəstəyi ilə bunu reallaşdıra bilərik. Necə ki, ötən il “Atletiko”nu, səviyyəcə “Sportinq”dən də üstün olan İtaliya “İnter”ini, onlardan geri qalmayan “Tvente”ni, “Sent-Etyen”i, “Seltik”i, “Kopenhagen”i, “Rusenborq”u Bakıda büdrətmişik.
Qrup mərhələsindəki son rəqib isə "Arsenal" olacaq. Bu, bir tərəfdən yaxşıdı. Çünki londonlular böyük ehtimalla 1-ci yerin taleyini dekabra qədər həll edəcək. Belədə son turda “Qarabağ”la oyun onlar üçün əhəmiyyətini itirə, formal xarakter daşıya bilər. İşin pis tərəfi odu ki, qrupda son oyunumuz Londonda baş tutacaq. Evdə oynamaq hətta motivasiyasız komanda üçün də stimuldu. Yaxşı olardı ki, son turda “Arsenal”la evdə qarşılaşaydıq. Belədə İngiltərə təmsilçisi Bakıya “ikinci heyət”i gətirə bilərdi. Düzdü, bu komandayla görüşün bizimkilər üçün həlledici ola biləcək son tura təsadüf etməsi istənilən halda əlverişlidi.
“Arsenal”la son turda qarşılaşmaq yaxşıdı, ancaq…
Təqvimə başqa prizmadan da yanaşmaq olar. Maraqlıdı, “Qarabağ”la oyunlar ərəfəsində “Arsenal” İngiltərə premyer-liqasında kimlə qarşılaşacaq? Məlum məsələdi, London klubu son iki mövsümdə Çempionlar Liqasında iştirak etməyib və bu baxımdan xeyli itki ilə üzləşib. Hətta bu uğursuzluğu rəhbərlik az qala bir qərinə baş məşqçi postunda saxladığı Arsen Vengerə bağışlamadı. Unay Emerinin qarşısına qoyulan əsas hədəf premyer-liqada ilk 4 yerdən birini tutub qitənin ən nüfuzlu klub yarışına vəsiqə əldə etməkdi. Ancaq sözsüz, AL-i də ehtiyat variant kimi əldən buraxmayacaqlar. Axı AL-in qalibi də növbəti mövsüm ÇL-də mübarizə aparır. “Arsenal” “Qarabağ”la oktyabrın 4-dəki oyun ərəfəsində, sentyabrın 29-da çempionatda “Uotford”la qarşılaşacaq, Bakıdan qayıdandan sonra isə “Fulhem” səfərinə yollanacaq. “Uotford”un cari mövsümə iddialı başladığını, ilk 4 turda maksimum xal topladığını nəzərə alsaq, Emerinin yetirmələri səfəröncəsi xeyli tər tökməli olacaq və daha sonra yorucu yolçuluğa çıxacaqlar. Bu baxımdan ilk oyunda sensasiyaya imza atmaq üçün daha çox ümid var, nəinki qrupdakı son qarşılaşmada. Məsələ burasındadı ki, “Arsenal” dekabrın 8-də “Haddersfild”lə üz-üzə gələcək, 13-də “Qarabağ”la oynayıb 15-də “Sauthempton” səfərinə yollanacaq. Yəni bu görüşləri bir heyətlə də keçirmək olar. Bu cəhətdən təqvim münasib deyil.
Yeri gəlmişkən, “Sportinq” sentyabrın 16-da Portuqaliya Liqa Kubokunda “Maritimu” ilə qarşılaşacaq. Heç şübhəsiz, lissabonlular əsas diqqətini “Qarabağ”la oyuna yönəldəcək. Ancaq digər tərəfdən, üç gün sonra çempionatda 5-ci tur çərçivəsində “Braqa” ilə prinsipial oyun olacaq. Hər iki komanda “Benfika” ilə birgə 4 oyunda 10 xal toplayıb və bu mənada sözügedən qarşılaşma zirvə mücadiləsi sayılır. “Sportinq” təmsilçimizlə noyabrın 29-dakı oyundan əvvəl “Çaveş”lə, səfərdən döndükdən sonra isə “Riu Ave” ilə qarşılaşacaq.
“Vorskla”ya gəlincə, oktyabrın 20-də Kiyev “Dinamo”su ilə qarşılaşacaq poltavalılar Bakıya əldən düşmüş halda gələcək. Noyabrın 8-dəki görüşdən əvvəl isə “Vorskla” “Lvov”la oynayacaq. Əvəzində komandanı AL oyunundan sonra “Şaxtyor”la çətin matç gözləyir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar